Menu

AGENTLİYƏ YENİ DİREKTOR TƏYİN OLUNDU - Foto

03.02.2021, 09:50
AGENTLİYƏ YENİ DİREKTOR TƏYİN OLUNDU - Foto

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifəsinə təyinat olub. "Report" xəbər verir ki, bu vəzifə indiyə qədər direktoru əvəz edən Təbriz Əmmayevə həvalə edilib.

O, Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində Böyük Britaniyanın Bristol Universitetinin maliyyə, mühasibatlıq və menecment fakültəsini bitirib, nazirliyə gələnə qədər SOCAR-ın baş ofisində çalışıb.

Xatırladaq ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ölkə prezidentinin 22 sentyabr 2020-ci il tarixli fərmanı ilə yaradılıb. Agentlik bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edir, dövlət siyasətinin həyata keçirilməsində iştirak edir.

Şərhlər

Kazım 2021-02-05 11:00:12

Bu Əmmayev ƏMMA-ya bənzəmir? Sifət də nəsə söyləyir.

Oxucu 2021-02-03 17:24:54

Quldur okeanoloqdan sonra, iqtisadçı enerji bərpa edəcək. Allah ağıl versin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol