Müslümov Səlim Yanvar oğlunun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılmışdır.
"Report" DTX-nin saytına istinadən xəbər verir ki, toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunmuşdur. Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir.
Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun atası Yanvar Müslümov oğlunun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Y.Müslümov yayılan məlumatları təkzib edib.
O bildirib ki, sabiq nazirin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah yalan söhbətdi, həbs edilməyib. Bu məlumatı kim yayıbsa bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır”.
Lakin bir çox mənbələr, həmçinin S.Müslümovun digər yaxınları sabiq nazirin həbs xəbərini təsdiqləyir.
Onu da qeyd edək ki, S.Müslümov həbs olunmasaydı, xəbəri atası deyil, özü təkzib edərdi.
***
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun fevralın 2-də həbs olunduğu barədə məlumatlar sabiq nazirin yaxınları və hüquq-mühafizə orqanlarındakı mənbələr tərəfindən təsdiq olunur.
"AzPolitika" xəbər verir ki, S.Müslümovun həbsi barədə dünəndən etibarən sosial şəbəkələrdə və bəzi internet resurslarında yayılan məlumatlar təkzib olunmayıb, əksinə, bu gün təsdiq xəbərləri gəlir. Halbuki S.Müslümov mediaya kifayət qədər həssas adamdır və məlumatlar əsassız olsaydı, böyük ehtimalla, şəxsən təkzib etməyə tələsərdi.
İddialara görə, S.Müslümov nazir olduğu dövrdəki iri miqyaslı mənimsəmələrə görə istintaqa cəlb olunub.
Sabiq nazirin həbsi məsələsinə bu gün rəsmi münasibətin açıqlanacağı gözlənilir.
"AzPolitika"

Şərhlər
Guya indi ƏƏSMn-i indi normal ,qayda0qanunla işləyiraaaaaaa7 ayarı erməni olan nazir Müslümdın də betəe yarıtmaz,mənasız ,əhaliyə zərər verən bir şəxsiyyətdir.Nə təhsili,nə təcrübəsi bu vəzifədə olmağa imkan verir.Azərbaycanda vəzifə erməni qarışığı və ya qohumluğu olanlara verilir kia.onlar da bir regionun insanları və ya onlarla quda olanlara verilir.ONA GÖRƏ DƏ ÖLKƏ DÜZƏLMİR..otiydytNAZIRLIYI INDI YAX.;D;R& tULA ITD'N MURDAR !RY
Səlim Müslümov nazir işlədiyi bütün illərin maliyyə fəaliyyəti yoxlanılmalıdır. Əjdər Cəbiyev də intintaqa cəlb olunmalıdır, çünki onda böyük sirlər var....
Sosial layihələr ƏƏSMN-də 30 faizdən qht-lərə satılır. Bu gün də həmin ənənə davam edir. Biz düşündük ki Səlim Müslümov gedəndən sonra bu proses dayanar. Əksinə, bu sahəyə daha çox pul ayrıldı. Orada qht-lərdən ictimai şura yaradılıb. faizlə layihələrə ictimai şuranın üzvləri dəllallıq edirlər.
Əjdər Cəbiyev də həbs edilməlidir.Əjdər bütün nazirlik işçilərin borca soxmışdı.Ejdəri söydürən bilməkdir.Əjdərin əlindən qacib canımızı qurtarmaqdan başqa çarə yox idiAllah ona lənət eləsin.Ozudə guya şair idi .Televizorlar dan düşmürdü.İndi ... kimi gizlənir guya yada düşməyəcək.
2017-ci ilin dekabr ayında məni qəbul edərkən Səlim Müslümov şəxsən mənə "Ziya Məmmədov ayaq üstədir. Hələ bilmək olmaz kimin aqibəti necə olacaq" deyərək sərt etiraz etdi . Səlim Kəmələddinə xəyanət edib Ziya tərəfə keçmişdi. Ziya vurulandan sonra isə Prezidentin iradəsinə qarşı çıxmağa belə cəsarət edəcək qədər qurmuşdu.
DSMF və ƏƏSM Nazirliyində baş verən bütün korrupsiyalaşmış başında ƏKDƏR Ol rəhbərlik edib.Həddindən artıq qəddar, tamahkar, hiyləgər olan Əjdər bu sistemdə çalışanlara qan uddurub.Səlim 1 istəyirdisə Əjdər 2-3 qat artıq alırdı və Səlimə də həmişə atirdi
Allah qapısını açsın, amma gərək düz işləyəydi, nə olub birdən-birə o boyda da gözüdarlıq olarmı...nə isə Ulu tanrıdan can sağlığı və tezliklə, ailəsinə qovuşmağı arzulayıram...
Cənab Əli Nağıyev! Bu sahədə çalışmış tam məlumatlı şəxs kimi Sizi əmin edirəm ki , ƏƏSM Nazirliyindəki bütün qanunsuzluqlarin başında duran, təşkilatçısı, ilhamvericisi Əjdər Cəbiyev idi.İndi milyonlar sahibi, bu hakimiyyətə patoloji nifrəti olan Əjdər Cəbiyevin kənarda qalması tam haqsız və ədalətsizlik olacaq..Bir çox hallarda Səlimi yoldan çıxaran Əjdər idi.Xahis edirəm nəzərə alasiniz.
Şair Əjdər Olun da həmin nazirlikdə böyük "zəhməti" olub...
Səlim Müslümov keçmişini unutmuşdur.......?
səlimin dsmf də lap coxdan işləyən bədnam hüquqşünas adlanan əhmədov munir çütün rüşvət məsələlərinin başında duran birisidir.nədənsə hələdə xətrinə dəyən yoxdu.
Səlim müəllimi darıxmağa qoymamaq üçün YAP-çı dostları Əli Həsənov,metro Tağı,vergi Fazil Məmmədov kimi böyük talançıları da onun yanına göndərmək lazımdır.Akif Çovdarov kimi cinayətrkarı həbsdən yayındıran ölkədə sonadək kimisə həbs olunması boş şeydir.Həbsxanada ancaq kasıblar yatır.
Dövlətimizə xəyanət edənin axırı yoxdur....
Sabiq nazirlerin hamisi tutulmalidir.Taaa burdan tutub ordan buraxmaq yox haa.Qaldiki indiki nazirlerin 5-6 si o deqiqe tutulmalidir,icra bascilarinin 90 faizi,polis reislerinin 50 faizi tutulmalidir.Belke bundan sonra xalq,millet bir az rahat nefes ala.
Səlim Müslümovu digər YAP-çı dostları metro Tağıdan,prezident aparatının məşhuru Əli Həsənovdan,multi-milyarder Fazil Məmmədovdan və digərlərindən ayrı salmaq doğru deyil.Onların həbsi birlikdə olmalıdır ki,darıxmasınlar.
YAP-ın bütün kadrları talançıdır.Ancaq cəza verəndə onları bir-birindən ayırmaq olmaz.Keçmiş vergilər naziri F.Məmmədov,prezident aparatının sabiq məşhuru Əli Həsənov,metro Tağı və s.onlarla oğrunu birlikdə cəzalandırmayanda alınmır.
S.Muslumov xususi mənimsəmə mexanizmilə Sosial sığorta fondundakı kapitaldan 2 milyardı mənimsəmişdir və insanları hal -hazırkı pensiya şərtlərinə vadar etmişdir......Ona görə də pensiya haqqında qanununa qəddar duzəlişlər.irəmişdmilyar
Əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunanda, rayon və şəhərlərin HƏEK-nın (həkim əmək ekspert komissiyası) baş həkimlərini barmaq silkələyərək, qanunu pozduqlarını bəhanə gətirib zaldan qovurdu. Baxmırdı ağsaqqala, qarasaqqala ucdantutma barmağı ilə qapını göstərirdi... Nə isə vaxtilə yataqxanada, kasıb bir şəraitdə yaşamış birisinin, birdən-birə belə mövqe tutması, yəni bu qədər var-dövlətə sahiblənməsinin gözəl bir el deyimi var: "aftafa görməyən arxa, görəndə xoruldayar"...