Menu

Tbilisidə silahlı şəxslər supermarketə basqın edib

03.02.2021, 11:35
Tbilisidə silahlı şəxslər supermarketə basqın edib

Tbilisidə iki silahlı şəxs Çitaya küçəsində yerləşən “Spar” supermarketinə basqın edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub.

Həyata keçirilən xüsusi əməliyyat nəticəsində qarətçilər həbs olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı istintaqa başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol