Menu

Xınalıqda nadir tapıntılar aşkarlanıb

03.02.2021, 14:53
Xınalıqda nadir tapıntılar aşkarlanıb

Xınalıqda antik dövrə aid maddi mədəniyyət nümunələri aşkar edilib.

AMEA-dan verilən məlumata görə, akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda apardığı arxeoloji tədqiqatlar nəticəsində məlum olub ki, burada 1 hektara yaxın sahədə qədim yaşayış yeri və qədim qəbiristanlıq mövcud olub.

Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyev bildirib ki, adıçəkilən ərazinin cənub-şərq hissəsində 15-dən artıq kurqan aşkarlanıb.

Arxeoloq alim ilkin nəticələrə əsaslanaraq nekropolda aparılan tədqiqatların antik dövrə aid olduğunu vurğulayıb. O saxsı materiallar, dəmirdən hazırlanmış silah nümunələri, tunc bəzək əşyaları, müxtəlif minerallardan və şüşədən hazırlanmış muncuqlarla yanaşı, qəbiristanlıq ərazisində nadir tapıntılara da rast gəlindiyini bildirib.

Şərhlər

t.ədalət 2021-02-03 17:48:11

Qəbirlərin sükutunu pozmaq olmaz.Allah bəla göndərər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol