Milli Məclisin deputatı Eldar Quliyev “Azəriqaz” İstehsalat Birliyini sərt tənqid edib.
E.Quliyev Pravda.az-a açıqlamasında bildirib ki, smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi yolverilməzdir: “İndi qazın pulunu kart vasitəsilə ödəyirik, istifadə edirik. Ödədiyimiz məbləğə uyğun qaz verilir. Mexaniki sayğacların quraşdırılması o deməkdir ki, artıq köhnə sistemə qayıdırıq. Yəqin ki, mexaniki sayğaclara müdaxilə, hava vurmaq şansı böyükdür. Bu, fırıldaqçılıqdır. Qazı yandırırsan, istiliyi olmur. Məsələn, şəkərin şəkərlilik, kərə yağının yağlılıq dərəcəsi var. Qaz əvəzinə daha çox hava vururlar. Havanı vururlar, sayğac yazır, məbləğ şişir. Belə hallarla bağlı mütləq şikayət etmək lazımdır. İnsanları aldatmaq olmaz axı. Vicdanlı məmurlarla yanaşı vicdansız məmurlar da var. Xalqı incidənlər vicdansız məmurlardır”.


Şərhlər
Həftədə 1 gün Gəncədə qaz olmur. Niyə araşdıtmırlar səbəbini? Hava satmaq kimlərə sərf edir ki buna göz yumurlar. Artıq bu hal neçə illərdir ki təkrarlanır.
Düppədüz.
Tamamilə doğrudur.Əlaməti də odur ki,yanan qazın rəngi qırmızılaşır.Buna xalq arasında "Rövnəqskiy priyom" deyirlər.Elə zəhərlənmələrin də səbəbi qazın qatqılı olmasıdır.
Doğrudur,əsasən rayonlarda qazı açıb ona kibrit yaxınlaşdıqrıqda alışmır,Yalnız bir neçə dəqiqə hava buraxıldıqdan sonra aışma baş verir.
Guya bu vaxta kimi belə deildi?
Qaz borusuna vurulan qazın tərkibinin sayğaca o vaxt təsiri ola bilər ki, sayğac ya nasaz və yaxud da saxta olsun! olsun
Kişidi bu ,vicdandan danışır