Amerika Birləşmiş Ştatlarının (ABŞ), Rusiya və Çinlə nüvə silahının tətbiqi ilə münaqişəsi tam realdır. Bu barədə ABŞ strateji komandanlığının başçısı, vitse-admiral Çarlz Riçard hərbi-dəniz institutunun nəşri üçün yazdığı məqalədə bəyan edib.
Bu zaman o, bildirib ki, Pentaqonda nüvə silahının tətbiqi imkanlarına «aşağı kimi» baxırlar. «Real ehtimal var ki, Rusiya və ya Çinlə bölgəsel böhran tez bir zamanda nüvə silahının tətbiq olunduğu münaqişəyə yüksəlsin, əgər onlar hiss etsələr ki, adi silahlardan istifadə məğlubiyyətə gətirir və bu, dövlət və ya rejim üçün təhlükəyə çevrilir. Uyğun olaraq, ABŞ hərbçiləri «nüvə silahının tətbiqi mümkün deyil» fikirinin əsasını «nüvə silahının tətbiqi - tamamilə real imkandır» mövqeyinə dəyişməli və bu reallığın qarşısını almağa çalışmalıdırlar».
Strateji komandanlığın başçısı qeyd edir ki, düşmənin nüvə silahı tətbiqinə olan əvvəlki yanaşma dəyişməli və müasir dinamik mühitə adaptasiya edilməlidir. «Bugünkü rəqabətin nəticələri və bununla bağlı böyük güclərin böhran və ya birbaşa silahlı münaqişə riski xeyli böyükdür» - vitse-admiral hesab edir.
Məqalədə deyilir ki, ABŞ Müdafiə Nazirliyi terrorçuluqla mübarizəyə fokslandığı bir zamanda, «Rusiya və Çin qlobal normalara və qlobal dünyaya aqressiv çağırışlar etməyə başlayıblar». Bununla yanaşı, Riçard hesab edir ki, hər iki dövlət soyuq müharibənin pik dövründən üzübəri görünməmiş güc və təhdid instrumentlərindən istifadə edirlər - kiberhücumlar və kosmosda təhdid kimi.
«Belə davranış sabitliyi pozur və əgər dayandırılmasa, böyük güclər arasında böhran və ya münaqişə riskini artırar. Onların fəaliyyətinə güzəşt bu təsəvvürü möhkəmlədir ki, Birləşmiş Ştatlar istəmir və ya bacarmır ki, cavab versin. Bu isə onları daha da həvəsləndirə bilər» - Riçard bəyan edir.
AzPolitika.info


Şərhlər