Menu

“Türkiyədə COVID-19-un Braziliya və Cənubi Afrika ştammları aşkar olunub” - Fahrettin Koca

03.02.2021, 23:19
“Türkiyədə COVID-19-un Braziliya və Cənubi Afrika ştammları aşkar olunub” - Fahrettin Koca

Türkiyədə koronavirusun yeni mutasiyaları aşkarlanıb.

“Haber Global” məlumat verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter” səhifəsində yazıb.

“Ölkəmizdə koronavirusun Britaniya ştammı ilə yanaşı, iki nəfərdə Cənubi Afrika, bir nəfərdə isə Braziliya növü aşkarlanıb. Xəstələr və onlarla əlaqədə olan insanlar xəstəxanalarda təcrid ediliblər”, - deyə nazir bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol