Menu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib

04.02.2021, 09:07
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib.

“Report” xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Samir Qaçay oğlu Məmmədov gətirilib.

S.Məmmədov bu təyinata qədər “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışıb.

Xatırladaq ki, yanvarın 26-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunmuş Rəşad Nəbiyev bir neçə gün öncə nazirlikdə vəzifə tutan bir sıra şəxsləri işdən çıxarıb.

Məlumata görə, vəzifəsini itirənlərdən biri keçmiş nazir Ramin Quluzadənin müşaviri, həm də Nazirliyə məxsus "AzInTelekom" MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Leyla Məmmədovadır. O, bundan sonra yalnız adı çəkilən şirkətə rəhbərlik edəcək.

Bundan başqa, Nazirliyin Aparat rəhbərinin müavini Zamin Nurəhmədov, keçmiş nazirin köməkçiləri Emin Məmmədov və Mələk Məmmədova da vəzifələrindən azad edilib. R.Quluzadənin hər iki köməkçisini özünün yeni iş yerinə (Prezidentin İşlər İdarəsinə) müxtəlif vəzifələrə apardığı deyilir.

Şərhlər

Vətəndaş 2021-02-05 07:30:03

RYTN 1 ci müavin Əli Abdullayev və kadrların rəisi ,Ə Abdulayevin təbirincə desəkSeva yəni Sevinc Hacıyevə nə qədərki nazirlikdədilər rabitə düzəlməyəcək

Vətəndaş 2021-02-05 07:25:02

Azərpoçtun'baş direktoru' Emin Əfəndiyev və onun şaykası rabitəçilərə tutduqları divana görə məsuliyyətə cəlb olunmalıdırlar

Arif Əliyev rabitəçi 2021-02-04 09:42:04

Bu günnazirin 1-ci müavini,Bakıtelekom MMC,Azərpoçt MMC- nin rəhbərliyi nəinki işdən azad olunması,onların məhsuliyətə cəlb edilməsi mütləqdir,hələ indiyə qədər bu nazirlikdə belə açıq saçıq neqativ alver olmamışdı,ondan əlavə bunlar rabitəçi mütəxəsislərinə olmazın zülümlər edtilər,rabitəçilərin inamını məhf etdilər,dövlətdən məqsədli şəkildə narazı saxladılar,bunlar mütləq qanun qarşısında cavab verməlidirlər,xusisəndə Azərpoçtun direktoru Emin Əfəndiyev və onun kadırlara gətirdiyi Neşabə Gözəlova etdiyi qanunzuzlığa cavab verməlidirlər.

Arif Əliyev rabitəçi 2021-02-04 09:31:48

Bu nazirlikdəki bütün neqativ işlərin başında Əli Abdullayev durur,təsəvür edin Prezidentimizin 1785 saylı fərmanından suyu istifadə edərək üısa bir zamanda minlərlə təcrübəli,təhsilli rabitəçiləri işdən çıxardıb yerinə kənardan heç bir təcrübəsi olmayan və bu sahə üzrə təhsil almayanları neqativ yollarla işə götürdü.

Arif Əliyev rabitəçi 2021-02-04 09:25:56

Bu nazirlikdə bütün işləri,qərarları nazirin 1-ci müavini məhşur əmlak alverçisi Əli Abdullayev aparır,Ramin Quluzadənin olub olmaması heç bir fərq etmirdi,yalnız bu nazirliyi sanki təkcə Əli Abdullayevə kimsə bağışlamışdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol