Menu

“Türkiyə və Pakistan Qarabağ məsələsində Azərbaycana diplomatik dəstək göstərdi” - İmran Xanın müşaviri

04.02.2021, 13:50
“Türkiyə və Pakistan Qarabağ məsələsində Azərbaycana diplomatik dəstək göstərdi” - İmran Xanın müşaviri

İslamabadda Türkiyə, Pakistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü zamanı üç ölkə əlaqələrini daha da inkişaf etdirməyə qərar verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pakistanın Baş naziri İmran Xanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Muid Yusif deyib.

“Türkiyə, Pakistan və Azərbaycan keçmişdə yaxın şəkildə əməkdaşlıq ediblər və sağlam əlaqələrə sahibdirlər. Türkiyə və Pakistan Qarabağ məsələsində Azərbaycana diplomatik dəstək göstərdi”, - deyə müşavir vurğulayıb.

Şərhlər

Xalq 2021-02-04 17:28:03

Allah birliyimizi qorusun!

Veteran 2021-02-04 15:41:43

ALLAH QÜVVƏT VERSİN!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol