"Prezident İlham Əliyevin son çıxışlarında ötən 17 il ərzindəki çıxışlarından fərqli tərz müşahidə olunur. Düzdür, bundan əvvəl də o, hansısa məmurun ünvanına müəyyən fikirlər səsləndirib. Amma bu çıxış fərqli idi. Adları çəkilənlərin demək olar ki, hamısı köhnə komandadan qalanlardır. Eləsi var, 26 ildən çoxdur vəzifədədir. Bunlara indi “hədəfdə olan heyət” də demək olar. Çünki bu çıxış onlarla üzülüşmək niyyətinin işarəsi idi”.
Bu sözləri təhlükəszilik məsələri üzrə ekspert İlham İsmayıl dövlət başçısının AzTV-yə müsahibəsində ad çəkərək bəzi məmurları sərt tənqid etməsini şərh edərkən deyib.
Xatırladaq ki, Prezident Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevi, Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovu və Mərkəzi Bankın sədri Elman Rüstəmovu müxtəlif bəhanələrlə Şuşa şəhərində özlərinə rezidensiya tikməyə cəhd etməkdə qınayıb.
"Prezidentin köhnə heyətlə vidalaşmaq niyyəti aşkar görünür. Belə çıxış üçün vaxt olaraq indinin seçilməsi də təsadüfi deyil. Çünki Qarabağ müharibəsindəki uğurdan sonra dövlət başçısının xalqdan böyük dəstəyi var. O da bu dəstəyə güvənərək, köhnə məmur heyəti ilə birdəfəlik vidalaşmaq istəyir", - ekspert bildirib.
İ.İsmayılın fikrincə, əvvəl bu işi görmək elə də asan deyildi: "Onların aid olduğu klanların basqısı olub, zaman-zaman buna görə ölkə rəhbərliyi ehtiyatlı davranıb. Görünür, ehtiyatlılıq aradan qalxır, yeni kadr siyasətinə köklü keçidin əsası qoyulur. Köhnə kadrlarla üzülüşmək, oliqarxiya sistemindən aralanmaq istəyirlər."
Ekspert cəmiyyətin xoş münasibət bəsləmədiyi, illərdir oliqarxiya sisteminin başında olan adamların adlarının eyni vaxtda çəkilməsinə diqqət yetirib: "O adamlar ki, məhz onların simasında uzun illər hakimiyyət tənqid hədəfi olub. Aydın məsələdir ki, onların hamısı bir qərarla işdən çıxarılmayacaq. Amma görünür, 2021-ci ildə sistem bu adamlarla vidalaşacaq. Yeni heyət var – İqtisadiyyat nazirinin simasında. Demirəm ki, idarəetmədə köklü dəyişikliklər olub. Amma nisbətən dəyişikliklər var. Şuşa ilə bağlı məsələ də tam doğrudur”.
"AzPolitika.info"


Şərhlər
Prezidentin hər hansı vəzifəli ilə vidalaşmasına kim və necə mane ola bilər? Lap heç bir şübhəsiz belə, digər ölkə və respublika yetirmələri hamısı şöbə(bölmə, sahə) rəisliyindən nazir vəzifəsi də daxil olmaqla ən tezi Dağlıq Qarabağ tamamilə Azərbaycana(Sülhməramlısız və s) aid olmayana qədər azad edilməlidir. Başlıca "şəbəkə" və ünsürlər oradan başlanır?
Yeni kadrlar da məlum regionun adamları olacaq.Həm də əksəriyyəti səriştəsiz,fərqli biliyi olmayanlardır.İdarə və təşkilatlar qohum-əqraba yuvasına çevrilib.
Cənab Prezidentin adını cəkdiyi şəxslərdən nəyin ki vəzifələrindən uzaqlaşdırmaq onlar barəsində qəti imkan tədbirləri və xalqın dövlətin malını uzun illər aciq şəkildə taladıqları ücün bütün əmlaklarını müsadirə etməlidir. Təkc son beş ilin yoxlamaları aparılsa bu nadürüst vəzifə sahiblərinin milyonlarla döblət vəsaitinə sahib olduqlari saxta sənədlər əsasinda məlum olar. Nəyin ki onlar hətta ətraflarına topladıqları vəzifəyə təyin etdikləri savadsiz qohum əqrabalarının var dövləti hesabına milyonlar otrtaya cıxar. Dövlət əmlakini talayan Ziya Məmmədova hər ayda 100 min para ötürənləri hələ demirəm Axi vəzifəyə təyin edən səbəbkar var.Cənab Prezidentin bilmədikləri hələ cox şey var ki aparılacaq araşdırmalar zamanı üzə cıxar. Sağ olsun Azpolitika bu məsələdə həmişə obyektivdir.
... klanlardan qurtulmasaq normal həyat mümkün deyil.Çünki onlara edilən güzəştlər nəticəsində onlar və həta onların evladları harınlamış həyat tərzinə yönəlmişlər.Ona görə bu klanlar hakimiyyətdən kənar edilməsə Azərbaycanın gələcəyi şübhə altında olacaq.