Menu

Rumıniyada qalmaqal: Baş nazir casusdur

15.10.2014, 09:00
Rumıniyada qalmaqal: Baş nazir casusdur

Ponta prezident seçkilərini udmağa ən real namizəddir

Rumıniya baş naziri və prezidentliyə namizəd Viktor Ponta keçmiş casusdur.

ANS PRESS-in məlumatına görə, bu haqda Rumıniyanın vəzifədən gedən prezidenti Traian Basesku iddia edir. Basesku bildirib ki, Ponta prokuror olduğu vaxt 1997-ci ildən 2001-ci ilə kimi Rumıniya xarici kəşfiyyatının zabiti olub. Basesku hesab edir ki, eyni vaxtda həm prokuror, həm də casus olmaq məqbul sayıla bilməz.

Öz növbəsində Viktor Ponta bu ittihamları rədd edərək bunları yalan adlandırıb.

Qeyd edək ki, Basesku iki prezidentlik dövründən sonra prezidentlikdən gedir. Ponta isə prezident seçkilərini udmağa ən real namizəddir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol