ZİYA MƏMMƏDOV DA İSTİNTAQA ÇAĞIRILIB... – Sabiq nazirdən açıqlama (Yenilənib)

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov hazırda kənd təsərrüfatı işləri ilə məşğul olduğunu bildirib. 

Bu barədə o, "unikal.org"-a açıqlamasında danışıb.

"Mən Ucardakı evimdəyəm, kənd təsərrüfatı ilə məşğulam, əkib-becərirəm. Artıq mənim başqa fəaliyyət növüm yoxdur. Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil. Təsərrüfatımda insanlar işləyir. Bu, həmin ərazidə yaşayan insanların işlə təmin olunmasına dəstəkdir. Mən təbiətcə bekar qalmağı xoşlayan adam deyiləm. İşləmək istəyən insanlar üçün gözəl şərait qurulub. Cənab Prezidentə bu cür şərait qurduğuna görə təşəkkür edirəm", - deyə sabiq nazir vurgulayıb.

Maraqlıdır ki, Ziya Məmmədov istintaqa çağırılması ilə bağlı məlumatı şərh etməyib. Əvəzində "Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil...", - deyə maddi durumunun yaxşı olmadığına dair mesaj verib...

***

Dövlət büdcəsini talamaqda, külli miqdarda mənimsəmələrdə, vəzifə saxtakarlığında, rüşvət almaqda və başqa cinayətlərdə ittiham olunaraq həbs edilən keçmiş məmurların əhatə dairəsi böyüyür.

İlin əvvəlindən "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş sədri Vüqar Səfərov, "Baku Stell Comany" MMC-nin rəhbəri Rasim Məmmədov və sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs ediliblər.

Xatırladaq ki, 2013-cü-ildən başlayaraq yarıtmaz fəaliyyətinə və adı müxtəlif korrupsiya qalmaqallarında hallanan çoxlu sayda məmur istefaya göndərilib. Dövlət hakimiyyətində mühüm vəzifələr tutmuş bu şəxslər və onların yaxınları daim əldə etdikləri hüdudsuz sərvət, dəbdəbəli həyat tərzi və qanunsuz hərəkətləri ilə cəmiyyətin gündəmindən düşməyiblər. Hakimiyyətin nüfuzuna zərbə vuran belə kadrların əksəriyyəti hakim komandadan təmizlənsə də, onlar müxtəlif yollarla cinayət təqibindən yaxa qurtarmışdılar.

Məlumatlı mənbələrdən "AzPolitika.info"-ya daxil olan məlumata görə, aparılan həbslər bu sıraya daxil olan oliqarxlardan da yan keçməyəcək. Mənbə bildirib ki, artıq keçmiş nəqliyyat naziri Ziya Məmmədov istintaqa dəvət edilib. Ölkənin ən varlı oliqarxlarından biri olmuş Məmmədov 2013-cü ildə postunu itirib, onun uzun illər rəhbərlik etdiyi sahədə yol verilmiş korrupsiya əməlləri ilə bağlı araşdırmalar yenilənib.

Mənbə qeyd edir ki, bu şəxslərin məsuliyyətə cəlb olunması korrusiyaya qarşı mübarizədə siyasi iradə nümayişi ilə yanaşı həm də hüquq mühafizə orqanlarının rəhbərliyində aparılan dəyişikliklərlə bağlıdır. Məlumdur ki, DİN, DTX və Baş Prokurorluğa yeni kadrlar rəhbərlik edir. Onların xələfləri keçmiş komanda yoldaşlarının ört-basdır etdikləri korrupsiya və s. cinayətlərinin dosyelərini rəflərdən endiriblər.

Məlumatlı mənbə dövlətə külli miqdarda zərər vurmuş oliqarxların heç birinə güzəşt edilməyəcəyini vurğulayıb.

"Ölkəyə böyük pulların gəldiyi vaxtlar dövlət vəsaitlərini çapıb-taladılar, mənimsədilər, özlərinə burada və xaricdə topdağıtmaz var-dövlət yığdılar. Amma indi hesab vaxtı çatıb, kimin cinayəti varsa, cəzasını da alacaq" - deyə mənbə vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Moshu 2021-02-08 23:36:35

Böyük Britaniyanın sabiq Baş Naziri Marqaret Tetçer Li Kuan YU barəsində bunları deyirdi: Təbliğat dumanını necə aradan qaldıracağını və dövrümüzün əsas problemləri və onların həlli yolları barədə fikirlərini bənzərsiz bir aydınlıqla ifadə etməyi bacarırdı. O, heç vaxt səhv etməmişdir. Li Kuan Yu “Sinqapur tarixi” kitabında yazırdı: Bu ölkə hətta içməli suyu Malayziya və İndoneziyadan daşıyıb gətirirdi. Mənbə çatışmazlığı ağıl, intizam və ixtiraçılıq üstünlüyü ilə kompensasiya edilməli idi. Bu kitabı sosial sabitliyi, iqtisadi çiçəklənməni normal qəbul edən gənc Sinqapurlular üçün yazdım. Sahəsi 640 kvadrat kilometr olan kiçik bir ölkənin dünya xəritəsində qalmasının nə qədər çətin olduğunu bilmələrini istəyirdim. Sinqapur hər hansı bir təbii sərvətdən məhrum, millətçi siyasət yürüdən böyük, yeni müstəqil dövlətlərlə əhatə olunmuşdur. Unutmaq olmaz ki, ictimai asayiş, şəxsi təhlükəsizlik, iqtisadi və sosial tərəqqi və rifah öz-özünə deyil, xalq tərəfindən seçilən dürüst və təsirli bir hökumətin davamlı səyləri və diqqətinin nəticəsidir. Hörmətli “Vətənpərvər” Li Kuan Yu öz yaxın nazir dostunu korrupsiyaya görə tutub türməyə soxması ilə bağlı Moshudan cavab gözləməsini nəzərə alaraq uzunçuluq da olsa bu hadisəni açlqlamaq istərdim. Görünür, dostum mənim məlumatlı olub-olmadığımı yoxlamaq istəyir. Li Kuan Yu daha sonra yazır: Ən dramatik olan Milli İnkişaf naziri Te Chin Van hadisəsi idi. 1986-cı ilin noyabr ayında, köhnə yoldaşlarımdan biri, Korrupsiya Araşdırma Bürosunda sorğu-sual zamanı, köhnə tanışlarından biri Te Çhin Van-a hər biri 400.000 $ olan iki məbləğ nağd pul verdiyini etiraf etdi: bir halda, bir inşaat şirkətinə torpağın bir hissəsini saxlamağa icazə vermək hökümətə məcburi köçürülməsi üçün nəzərdə tutulmuşdu və ikinci halda, xüsusi tikinti ehtiyacları üçün dövlət ərazilərinin alınmasında podratçıya kömək etmək. Bu rüşvət 1981-1982-ci illərdə baş verdi. Te Chin Van rüşvət almağı rədd etdi və işin baş tutmaması üçün Korrupsiya Araşdırma Bürosunun baş köməkçisi ilə bazarlıq etməyə çalışdı. Hökumət katibi bu barədə mənə məlumat verdi və dedi ki, Te Çhin Van mənimlə görüşməyi xahiş edib. İstintaq başa çatana qədər onunla görüşə bilməyəcəyimi dedim. Bir həftə sonra, 15 dekabr 1986-cı il səhəri bir təhlükəsizlik zabiti Te Çhin Vanın öldüyünü bildirdi və mənə bir məktub saxlamışdı. "Son iki həftədir çox kədərləndim və depressiyaya düşdüm. Bu xoşagəlməz insidentə görə məsuliyyətimi dərk edirəm və buna görə tam tam cavab verməliyəm. Nəcib bir şərq centlmeni kimi, səhvimə görə ən ağır cəzanı alsam ədalətli hərəkət olardı. Hörmətlə, Te Çin Van ". Mən Te Çin Vanın dul qadınını ziyarət etdim və cəsədinin yataqda uzandığını gördüm. O, ərinin bütün ömrü boyu hökumətə xidmət etdiyini və şərəfini qorumaq istədiyini söylədi. Yarılma edilməməsinin mümkün olub olmadığını soruşdu, ancaq bu, həkimdən mərhumun təbii səbəblərdən öldüyü barədə bir nəticə alması halında mümkün olacaqdı. Yarılma nəticəsində onun sodyum amitalla zəhərlənməsi nəticəsində intihar etdiyi aşkarlandı. Müxalifət bu məsələni qaldırdı və istintaq komissiyasının yaradılmasını tələb etdi. Dərhal razılaşdım. Tanıtım arvadı və qızı üçün o qədər ağrılı idi ki, Sinqapuru tərk etdilər və bir daha şəhərə qayıtmadılar, çünki nüfuzlarını, etibarlarını itirmişdilər.

Roma 2021-02-08 09:47:10

Maraqlıdır ki, Ziya Məmmədov istintaqa çağırılması ilə bağlı məlumatı şərh etməyib. Əvəzində "Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil...", Ziya Məmmədova gəlin kömək edək, yardım göstərək, insan ac qalmasın...

Moshu 2021-02-08 00:11:29

Bu günkü yazılarla bağlı kifayət qədər fikirlərimlə bölüşmüşdüm, lakin “Vətənpərvər”in şərhindən sonra bir daha geriyə dönmək fikrinə düşdüm. Hörmətli “Vətənpərvər” bir qayda olaraq mən nəyinsə xatirinə nəyisə yazmıram, yazmaram da. Siz məni tanımırsınız, mən də Sizi. Siz haradan bilirsiniz ki, mənim Li Kuan Yu ilə bağlı anlayışım nə qədərdir? Yazdığınız şərhin məzmunundan gördüm Sizin bilgiləri. Ağlım kəsəndən bu dövlət xadiminin vurğunu olmuşam,onun həyatının A-sından Z-ya qədər maraqlanmışam və bu tədqiqatlarımı davam edirəm. Təkcə onun yaratdığı vaxtı ilə Azərbaycandan da korrupsiyalaşmış bir təxmini Kiyev şəhərinin ərazisi qədər olan bir kiçik dövləti ABŞ-la, Almaniya ilə, Yaponiya kimi dövlətlərlə bir çox sahədə rəqabət apara biləcək bir super dövlətə çevirib, korrupaiyanın səviyyəsi minimuma endirilib, demək olar ki, yox səviyyəsindədir. Bu ölkədə korrupsiya ilə bağlı mübarizəni xüsusi, Baş Nazirə tabe olan komissiya aparır. Bir vətəndaş kimi bu mənim arzumdur ki, ölkə başçımız bu yolu rəhbər tutsun. Bizim nəyimiz Sinqapurda yaşayan hindlilərdən, çinlilərdən əksikdir. Məsələn, mənim yeganə arzum heç olmasa bircə dəfə Sinqapurda olmaqdır. Sizin istəyinizi nəzərə alaraq gələn dəfə arzu edim ki, Prezidentimiz Perunun prezidenti Fuximori Alberto, Serbiyanın prezidenti Slobodan Miloşeviç, Nigeriyanın prezidenti Abaça Sani, Konqonun prezidenti Mobutu Sese Seko kimilərinin yolunu tutsun? Ən azından mədəniyyətimiz olmalıdır ki, bir-birimizin fikrinə hörmətlə yanaşaq.

vətənpərvər 2021-02-07 23:00:06

Moshu qağa AZAL-In rəhbəri Cahangir Əsgərovu nə vaxt dama soxacaqlqr .Li Kuan Yu öz yaxın nazir dostunu korrupsiyaya görə tutub türməyə soxmuşdur.Moshu cavab gözləyirəm

vətənpərvər 2021-02-07 19:32:48

Moshu qağa avazın yaxşıdı oxuduğun Quran olsa.Li Kuan Yu olmaq üçün 17 il öncə başlamaq lazım idi.Körpü uçub eşək öləndən sonra yox.Birdə ki sizin kimi anlayışı olmayanlar xahiş olunur Li Kuan Yunun adını ucuzlaşdımayın.Toydan sonra nağara damba durumn

Fərq 2021-02-07 15:53:07

davamı: sistem uğrinda vuruşur, çarpışır və bütün bu gün baş verənlər həmin axtarışın, mübarizənin gpstəricisidir. Biz isə artıq tapmışıq. Bəylər və rəiyyyət, ağalar və qullar cəmiyyəti. Широко шагает Азербайджан, черепашьими шагами.

Moshu 2021-02-07 14:40:41

44 günlük müharibənin gedişi zamanı ölkə başçısı tanınmış media qurumlarına çoxsaylı müsahibələr vermişdi. Onlardan birində O, xatırlatmışdır ki, müharibədən sonra Azərbaycanda yeni durum yaranacaq. Süqilik, üzgörəlik olmasın, Ali Baş Komandan sağlığında Azərbaycasn xalqının qəlbində özünə əbədi heykəl ucaltdı, hər bir həmvətənlərimizin sevimlisinə çevrildi. İndi artıq o dediyi dönəmin zamanıdır. Hər atılan mərmini, gülləni pula çevirsək bu rəqəm milyardlarla ölçülər. Büdcə yazıq neynəsin, gərək haradansa dolsun, bərpa edilsin. Bunu sadə vətəndasşın üzərinə qoymaq isə sadəcə olaraq məntiqsiz görünür. Böyük Vətən müharibəsində azərbaycanlıların hansı qüdrətə malik olması, son varidatını cəbhəyə göndərdi, boğazından kəsib cəbhədə vuruşan oğullarımıza göndərdi və qələbənin əldə olunması Azərbaycan neftinin hesabına olması tarixdən, tarix kitablarından yaşlı nəslin yaxşı xatirindədir. İndi qayıdaq bizim “şərəfli” oliqarxlartımıza. Sözün açığı, bu oliqarx sözünü kim fikirləşib ki, bu oğrubaşların millətin qanından, canından sorub əldə etdikləri hesabına özlərinə titulmu qazanıblar. Birincisi, ondan başlayaq ki, Ziya Məmmədov və adlarını çəkmədiyim bir çox nazirlər, komitə sədrləri, icra başçıları niyə azadlıqda gəzməlidirlər? Bu 44 günlük müharibədə onlar qələbə naminə hansı xidmətlərilə gündəmə gəldilər, hansını oğlu, nəvbəsi bu müharibədə iştirak etdi? Yuxarıda qeyd etdiyim kimi ölkə başçısı artıq onun üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Bəs bu qaniçənlər nələri ilə gündəmdə qaldılar? Mən ölkə başçısı olsa idim onların gündəlik tələbatlarını qane edən məbləğdə vəsaiti saxlamaq şərtilə hamısını maliyyə cəhətdən cəzalandırardım, Əks halda hər bir belə məmurun neçə il işləyibsə, çox lazım deyil, işlədiyi il qədər həbs cəzası tətbiq edilsin. İnanın səmimiyyətimə, bunları başlı-başına buraxsan səhərisi günü hərə öz silahlı dəstəsi ilə bu hakimiyyətə meydan oxuyacaq. Sadəcə olaraq, cənab Prezidentin artan nüfuzunu görüb gözləmə mövqeyindədirlər. Bu gün hansı sabiqlərə toxunsan, altından milyonlar çıxacaq. Mən cənab İlham Əliyevə Sinqapurun sabiq Baş Naziri Li Kuan Yunun yolunu getməyi arzılayardım. Artıq Sinqapur nümunəsi göz qabağındadır.

Tahir 2021-02-07 13:15:28

Bunlar nəsillikcə qaraçı xislətli, gorməmisdilər.Qəflətən hakimiyyət, pul görsələr də gorməmislikləri həmişə ortada idi.Bu gün bunların arxasında DƏNİZləri var, amma damcidan ötrü əl acib dilənərlər, özlərinə ayib bilməzlər.

Moshu 2021-02-06 23:22:47

44 günlük müharibənin gedişi zamanı ölkə başçısı tanınmış media qurumlarına çoxsaylı müsahibələr vermişdi. Onlardan birində O, xatırlatmışdır ki, müharibədən sonra Azərbaycanda yeni durum yaranacaq. Süqilik, üzgörəlik olmasın, Ali Baş Komandan sağlığında Azərbaycasn xalqının qəlbində özünə əbədi heykəl ucaltdı, hər bir həmvətənlərimizin sevimlisinə çevrildi. İndi artıq o dediyi dönəmin zamanıdır. Hər atılan mərmini, gülləni pula çevirsək bu rəqəm milyardlarla ölçülər. Büdcə yazıq neynəsin, gərək haradansa dolsun, bərpa edilsin. Bunu sadə vətəndasşın üzərinə qoymaq isə sadəcə olaraq məntiqsiz görünür. Böyük Vətən müharibəsində azərbaycanlıların hansı qüdrətə malik olması, son varidatını cəbhəyə göndərdi, boğazından kəsib cəbhədə vuruşan oğullarımıza göndərdi və qələbənin əldə olunması Azərbaycan neftinin hesabına olması tarixdən, tarix kitablarından yaşlı nəslin yaxşı xatirindədir. İndi qayıdaq bizim “şərəfli” oliqarxlartımıza. Sözün açığı, bu oliqarx sözünü kim fikirləşib ki, bu oğrubaşların millətin qanından, canından sorub əldə etdikləri hesabına özlərinə titulmu qazanıblar. Birincisi, ondan başlayaq ki, Ziya Məmmədov və adlarını çəkmədiyim bir çox nazirlər, komitə sədrləri, icra başçıları niyə azadlıqda gəzməlidirlər? Bu 44 günlük müharibədə onlar qələbə naminə hansı xidmətlərilə gündəmə gəldilər, hansını oğlu, nəvbəsi bu müharibədə iştirak etdi? Yuxarıda qeyd etdiyim kimi ölkə başçısı artıq onun üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Bəs bu qaniçənlər nələri ilə gündəmdə qaldılar? Mən ölkə başçısı olsa idim onların gündəlik tələbatlarını qane edən məbləğdə vəsaiti saxlamaq şərtilə hamısını maliyyə cəhətdən cəzalandırardım, Əks halda hər bir belə məmurun neçə il işləyibsə, çox lazım deyil, işlədiyi il qədər həbs cəzası tətbiq edilsin. İnanın səmimiyyətimə, bunları başlı-başına buraxsan səhərisi günü hərə öz silahlı dəstəsi ilə bu hakimiyyətə meydan oxuyacaq. Sadəcə olaraq, cənab Prezidentin artan nüfuzunu görüb gözləmə mövqeyindədirlər. Bu gün hansı sabiqlərə toxunsan, altından milyonlar çıxacaq. Mən cənab İlham Əliyevə Sinqapurun sabiq Baş Naziri Li Kuan Yunun yolunu getməyi arzılayardım. Artıq Sinqapur nümunəsi göz qabağındadır.

Vətəndaş 2021-02-06 23:11:41

30 il çapıb talayıb bir söz deyən olmayıb. İndin bu nə deməkdir?

Tahir 2021-02-05 19:55:36

Dolana bilmisən? Yalansa Tanrı səni və əqrəbalarini bütünlüklə bir tikə çörəyə möhtac etsin.Harda olursan oranın bəlası olursan. İH başçısı Mənsur Məmmədov sənin usagindir.Bas başa verib Ucarda insanların axırıncı tikəsini də ağızlarından alırsınız..Allah ən ağır cəzasını əsirgəməz sizlərdən insallah..Amin...

Xalq 2021-02-05 18:34:33

Tülkülər dəstəsi!

İsmayıl xələfov. 2021-02-05 15:37:02

Tez deyil ki?

Veteran 2021-02-05 15:35:31

Bunun dediyinə inansaq şox fağır adama bəzəyir. Ziya Məmmədov çox kasıblayıbsan?Bəlkə 283manatlıq pensiyamı sənə göndərsəm dolana bilərsənmi?Onsuzda köpünü yendən ala b

Mubariz 2021-02-05 15:11:28

Yetim acından ölür ,ay camaat kömək edək< kasıba>

Vətəndaş 2021-02-05 14:58:10

boş söhbətdir,görüntü yaradılıb. Belə gəlib belə də gedəcək. 30 il necə olubsa elə də olacaq. Rüşvət korrupsiya regiyonçuluq ayrıseçkilik və başqa ədalətsizliklər hələ çox davam edəcək

Ədalət 2021-02-05 10:43:31

Tikinti ŞİRKƏTLƏRİNDƏ OLAN KORRUPSİYA ,HEÇ BİR SAHƏDƏ YOXDUR.NİYƏ DÖVLƏT BUNA ĞÖZ YUMUR ???

t.ədalət 2021-02-05 10:06:29

Ziya Məmmədov hətta şəxsi təyyarə də alıb.İndi kim istifadə edir,bilinmir.Ziya dəmir yolu idarəsinə rəis təyin olunan günün səhəri Azərbaycanın milli dirilik simvolu və müstəqillik ideoloqu olan Məmməd Əmin Rəsulzadənin vestübüldəki büstünü balta ilə çapıb dağıtdı.Anti-milli və anti-türk olan bu adam nəqliyyatda qoçuluğun əsasını qoydu.Deyilənə görə,Ziyanın vəzifə sevdasını eşidən Rəsul Quliyev "bu adamın vəzifə mədəniyyəti yoxdur"-deyib.Doğrudan da,Ziya işlədiyi müddətdə oğurluq və çapqınlıqdan başqa heç nə ilə yadda qalmadı.

ejder 2021-02-05 09:19:52

aye,gelin duwun tasa...

Mehdi 2021-02-05 09:06:13

Işdən qovulan vaxt caqirmaq lazim idi ey,gözləmək lazim deyildi milyardlari aradan cixardib xaricdə,orda burda gizlətsin.Aradan 6-7 il kecəndən sonra ayiliblar.Görun bu ölkə nə gundedir ey,bir nəfərdə olsun saq əməlli məmur yox imiş.Allah özu kömək olsun bu millətə.Bəndədən hec bir kömək yoxdu.

Son yazılar