Menu

İsraildə İranla müharibəyə çağırış - Əgər ABŞ "sükan arxasında yatarsa"...

05.02.2021, 10:07
İsraildə İranla müharibəyə çağırış - Əgər ABŞ "sükan arxasında yatarsa"...

İranın nüvə bombası hazırlamaq istqamətindəki sürətli səyləri fonunda İsrail Knessetinin Müdafiə və xarici siyasət komitəsinin sədri Avi Dixter (Yəhudi dövlətinin əks-kəşfiyyat və daxili təhlükəszlik üzrə ümumi təhlükəsizlik xidmətinin - «Şin Bet»in sabiq direktoru) İsrail hökumətini ciddi operativ fəaliyyətə - xüsusilə də İsrailin müdafiə ordusunda - çağırıb. Bu barədə fevralın 4-də «Israel Hayom» qəzeti xəbər verib.

Avi Dixter bu çağırışı atom enerjisi üzrə Beynəlxalq agentliyin (MAQATE) İranın sistematik olaraq, nüvə proqramı üzrə Birgə hərtərəfli fəaliyyət planını pozduğunu və nüvə silahı əldə etməyə yaxınlaşdığını aşkar etdikdən sonra səsləndirib.

Dixterin sözlərinə görə, İranın Səudiyyə Ərəbistanının neft obyektlərinə geniş hücumlarına Amerika Birləşmiş Ştatlarının, (ABŞ) keçmiş prezident Donald Trampın dövründə reaksiyanın olmaması iranlıları öyrədib ki, Yaxın Şərqin istənilən nöqtəsində təcavüzün güclənməsinə görə, «cavab verməli olmayacaqlar» və onlara əminlik aşılayıb.

İsrailli deputat əlavə edib ki, ABŞ-ın ifrat təmkin göstərməsi nəticəsində iranlılar bölgədə onlara müttəfiq olan hərbləşdirilmiş qruplarla birlikdə uzaq mənzilli raketlərin yaradılması və uranın zənginləşdirilməsi işini sürətləndiriblər.

Avi Dixter bununla bərabər xəbərdarlıq edib ki, amerikalıların yanaşması nəzərə alınmaqla, «İsrail hərbi fəaliyyətə hazırlaşmalıdır».

«1990-cı illərdə ABŞ sükan arxasında yatdı və əhəmiyətli nüvə silahı ilə Şimali Koreya meydana gəldi. Bu halda İsrail baş verəcək fəlakəti kənardan seyr edə bilər. Əgər Allah eləməsin, Amerika mühafizəsi yatarsa (sükan arxasında), israillilər İranla da yaranan vəziyyətdə kənarda qalmamalıdırlar» - Dixter bildirib.

Bundan əvvəl, yəhudi dövlətinin Müdafiə naziri Beni Hans bəyan edib ki, İsrail əvvəlki kimi, İranın nüvə layihəsinə qarşı, lazım gələrsə, tədbir görmək imkanlarını açıq saxlayır.

«İsrailin dəqiq hədəfi var - İran nüvə silahı əldə etməməlidir! Bu, təkcə İsrailin marağında deyil. Bu, həm də ilk növbədə, qlobal və bölgəsel maraqdır. İsrailin müdafiə ordusu İranın nüvə layihəsinə qarşı tədbir görmək variantına sadiqdir - əgər qaçılmaz olarsa» - nazir ötən bazar günü Misir telekanalına müsahibəsində bildirib.

AzPolitika.info

Şərhlər

Mubariz 2021-02-05 14:43:13

Maraqlidi.Bu danabas yehudi-sionist neyi elde rehber tutub danisir.Özleri Demona nuve merkezinde 200 nuve baskigi hazirlayiblar indu Irana deyirler ilmaz.Əksine IIR sentfuqlarin sayini 500 min edede catdirilmalidir.Son modern IR-2M qazla isleyen sentfuqlara kecse 30 gune 20 nuve basligi hazir olar.Bununlada quzu kimi olacaqlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol