Menu

“Çin Türkiyəni əvəz edə bilməz...” – Ermənilərin “Türkiyə embarqosu” öz başlarında çatlayır

05.02.2021, 16:38
“Çin Türkiyəni əvəz edə bilməz...” – Ermənilərin “Türkiyə embarqosu” öz başlarında çatlayır

Ermənistan hökumətinin 2021-ci il yanvarın 1-dən etibarən Türkiyədən mal idxalına qoyduğu qadağa erməniləri çətin duruma salıb.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında məlum qadağa nəticəsində yaranmış durumla bağlı iş adamlarının narazılığını əks etdirən yazılar çoxalıb. Məsələn, “Sputnik Armenia”da bu mövzuyla bağlı dərc olunan məqalədə deyilir ki, xüsusilə kiçik və orta biznes sahibləri çıxılmaz durumla üzləşiblər.

Belə ki, öz mağazalarını Türkiyə tekstil və geyim brendlərinin satışı üzrə ixtisaslaşdırmış ermənilər nə edəcəklərini bilmirlər.

Bu cür mağazalar şəbəkəsinə malik erməni iş adamlarından biri nəşrə açıqlamasında deyib ki, hökumət qadağa qoyarkən onların maraqlarını və alternativ bazar imkanlarını nəzərə almayıb: “Bizim üçün çox ağrılı məsələdir, nə edəcəyimizi bilmirik. Mal gətirmək istəyirik, lakin indi bu mümkün deyil...”

Türkiyəyə alternativ olaraq, Çin və digər ölkələrdən mal gətirilməsinə gəlincə, iş adamı bunu da mümkünsüz hesab edib. Deyib ki, Çin istehsalı olan geyimlər Türk mallarını əvəz edə bilməz: “Bu halda Çin Türkiyəni əvəz edə bilməz. Nə keyfiyyət, nə də ölçü sarıdan. “

Yazıda qeyd olunur ki, əksər iş adamları çıxış yolunun Türkiyə istehsallı malları Moskvadan alıb gətirməkdə görürlər. Lakin bu halda da onların maya dəyəri 50 faizədək artmış olur.

O da qeyd edilir ki, rəsmi qadağalara baxmayaraq, bəzi “arxalı” iş adamları Türkiyədən müxtəlif yollarla mal gətirməkdə davam edirlər. Lakin bu, hamıya müvəffəq olmadığından qiymətlərin artması qaçılmazdır. Nəticədə həm erməni iş adamları, həm də alıcılar ziyan görmüş olurlar.

Bir sözlə, görünən odur ki, Ermənistan hökumətinin Türkiyə mallarının idxalına qoyduğu qadağa elə ermənilərin öz başında çatlayır. Çünki bu qadağanın Türkiyəyə vurduğu ziyan heç qəpik-quruş səviyyəsində belə olmadığı halda, Ermənistanın biznes sektoru və istehlakçıları bundan ciddi zərər görür.

Cəlal

“AzPolitika.info”  

Şərhlər

Azrbjan 2021-02-05 18:03:36

Ay aman qoymayın ermənilər batır. Utanmaz yaramazlar bizim öz ölkəmizdə qiymətlər sürətlə qalxır nə qədər gənc cavan özünə sui qəsd edir.azrbjan gün gündən dözülməz ölkə olur kimə şikayət edirsən dələduzdan dələduza

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol