Salvadorda baş verən zəlzələ regionda sunami qorxularına yol açıb.
Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi zəlzələnin episentrindən 300 kilometr məsafədə, Salvador, Nikaraqua və Honduras sahillərində təhlükəli sunami dalğalarının ehtimalı ilə bağlı xəbərdarlıq edir.
Qeyd edək ki, ABŞ-ın Geoloji Araşdırma Mərkəzinin verdiyi məlumata görə 7,4 bal gücündə zəlzələ bazar ertəsi paytaxt San Salvadordan 169 kilometr uzaqlıqda Sakit okeanın 70 kilometr dərinliyində baş verib.
Salvadorun San Migel şəhərinin merinin verdiyi məlumata görə, bir nəfər elektrik dirəyinin yıxılması nəticəsində dünyasını dəyişib. Digər mümkün itkilər barədə məlumat yoxdur (ANS).


Şərhlər