"ÖTƏN İL 89 MİLYON ARTIQ VƏ ƏSASSIZ ÖDƏNİŞLƏR AŞKARLANIB" - 52 milyon manat məmurlar tərəfindən mənimsənilib

“Dövlət büdcəsi xərclərinin daha səmərəli, qənaətli, məqsədyönlü istifadəsinin təmin edilməsi və izafi xərclərin qarşısının alınmasının qarşıya qoyulan əsas vəzifələrdən biridir". "Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Samir Şərifov rəhbərlik etdiyi qurumda keçirilmiş 2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda geniş kollegiya iclasında deyib.

O, Nazirliyin struktur bölmələrinə və yerli maliyyə orqanlarına dövlət maliyyəsinin xərclənməsində, satınalma qaydalarına əməl edilməsində baş verə biləcək kənarlaşma hallarına qarşı barışmaz mövqe nümayiş etdirmələri, öz səlahiyyətləri çərçivəsində mübarizə aparmaları barədə konkret tapşırıqlar verib.

Nazir bildirib ki, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin xərclərə nəzarətin daha da gücləndirilməsi, xüsusilə dövlət xətti ilə alınan mallara ciddi nəzarət olunması ilə bağlı tapşırıqları cari ildə fəaliyyəmizdə əldə rəhbər tutacağımız ən vacib istiqamətlərdən biri olacaq : "İlk növbədə, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar lüzumsuz ştatların artırılmasından çəkinməli, uzun müddət üçün istifadəyə hesablanan əsas vəsaitlərin, o cümlədən inventar, avadanlıq, nəqliyyat vasitələri alışları, həmçinin bir sıra cari xərclər, o cümlədən ezamiyyə, dəftərxana, təsərrüfat, nəqliyyat vasitələrinin xidmətləri xərcləri və digər xidmət və alışlar üzrə proqnozlaşdırma, həm də icra zamanı gərəksiz və izafi xərclərdən imtina etməlidirlər".

2020-ci il ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə bağlı aparılan nəzarət tədbirlərindən danışan Kollegiyanın sədri bildirib ki, Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin büdcə təşkilatlarında apardığı yoxlamalarda ümumilikdə 89,24 milyon artıq və əsassız ödənişlər aşkarlanıb, həmin məbləğdən 37,535 milyon manatını yoxlamaların gedişində təqsirkar şəxslərin bərpası təmin edilib.

Bu isə ötən il təxminən 52 milyon vəsaitin məmurlar tərəfindən mənimsənilməsinin aşkarlandığı deməkdir. 

AzPolitika.info 

635x100

Şərhlər

Rasim 2021-02-06 10:59:20

Bu artıq və əsassız ödənişlər millətin puludur.Onun oliqarxlar və monopolistlər tərəfindən udulmasına bu hökumət niyə yol verib? 89 ilyonla nə qədər az təminarlı,pensiyaçıların maddi durumlarına yardım etmək olardı.Amma.... hökumət sanki bu işlərdən kənardadır.Bəs Sizin nəzarət və maliyyə orqanlarınız, il boyu nə ilə məşğuldirlar ?

MÜHASİB 2021-02-06 10:53:53

BƏS BU ARTIQ VƏ ƏSASSIZ ÖDƏNİŞLƏR BARƏDƏ HANSI TƏDBİR GÖRÜLÜB?BU SUALI DACAVABLANDIRSANIZ BƏLKƏ SİZİN FƏALİYYƏTİNİZİN NORMAL OLDUĞUNA İNANAN OLA. AXI BU AZ MƏBLƏĞ DEYİL.

Cəmşid Dərələyəzli 2021-02-06 09:43:31

Maraqlıdır, bütün büdcə talanlarında, artıq və əsassız xərclərə yol veriləndə bu işə məsul Püdcə Hesablama Palatası harada idi. Öz əsasnaməsi ilə bu məsələlərdə küllü- ixtiyar sahibi olan Büdcə Hesablama Palatası bəs onda nəyə lazımdır. Təbii ki, bu da yerində olmayan Milli Məclisin fərqinə varmadığı əsrlərindən biri olmaqdan başqa bir şey deyildir.

Roma 2021-02-05 20:48:45

Cənab Samir Şərifov deyirsiniz: "İlk növbədə, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar lüzumsuz ştatların artırılmasından çəkinməli, uzun müddət üçün istifadəyə hesablanan əsas vəsaitlərin, o cümlədən inventar, avadanlıq, nəqliyyat vasitələri alışları, həmçinin bir sıra cari xərclər, o cümlədən ezamiyyə, dəftərxana, təsərrüfat, nəqliyyat vasitələrinin xidmətləri xərcləri və digər xidmət və alışlar üzrə proqnozlaşdırma, həm də icra zamanı gərəksiz və izafi xərclərdən imtina etməlidirlər". Nazirliyinizdə və yerlərdəki idarələrdə yetərincə işçiləriniz vardır, nəzarət və yoxlama mexanizmini düzgün qursanız qeyd olunan naqisliklər heçə enər...

Son yazılar