Menu

Futbol meydanında beynəlxalq qalmaqal - Foto

15.10.2014, 09:45
Futbol meydanında beynəlxalq qalmaqal - Foto

Avropa futbol çempionatının İ qrupunda yarışan Serbiya və Albaniya milli komandaları arasında oktyabrın 14-ü Belqradda keçirilən oyunda beynəlxalq qalmaqal doğura biləcək olaylar yaşanıb. “Media forum” saytı xəbər verir ki, oyun zamanı stadiona uçan aparatla albanların sıx yaşadığı bütün torpaqları vahid ərazi kimi göstərən xəritə həkk olunmuş bayraq endirilib. Bu isə serb azarkeşləri qəzəbləndirib (Serbiya və Albaniya arasında Kosovo probleminə görə gərginlik var.

Albanların çoxluq təşkil etdiyi Kosovo vilayəti 2008-ci ildə Serbiyadan qoparılaraq müstəqil dövlət elan olunub), tribunlar qarışıb.

Serbiya yığmasının oyunçusu Stefan Mitroviçin bayrağı uçan aparatdan qoparmaq istəməsi isə Albaniya milli komandasının oyunçularının etirazına səbəb olub, dava düşüb, ardınca meydançaya azarkeşlər girib. İngilis hakim Martin Atkinson oyunu 42-ci dəqiqədə (hesab açılmayıb) saxlamağa məcbur olub.

APA-nın oktyabrın 15-də yaydığı məlumata görə, Albaniyanın baş naziri Edi Ramanın qardaşı Olsi Rama oyun zamanı həbs edilib. Oyunu VİP lojasından izləyən Olsi Rama stadiona buraxılmış Albaniya milli azadlıq ordusunun bayrağı ilə bağlı insidentin təşkilində şübhəli bilinir. Bayrağın yaxınlıqdakı kilsənin damından buraxıldığı, Olsi Ramanın isə onu VİP lojasından pultla idarə etdiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol