Menu

"Hazırda istifadə edilən vaksinlər mutasiyaya uğrayan virusun yaratdığı xəstəliklərdən də qoruyacaq" - TƏBİB

06.02.2021, 09:26
"Hazırda istifadə edilən vaksinlər mutasiyaya uğrayan virusun yaratdığı xəstəliklərdən də qoruyacaq" - TƏBİB

Vaksinasiya hesabına insanların yalnız müəyyən qismində COVİD-19-a qarşı immunitetin yaradılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, bu günə qədər artıq bir çox insan bu virusa yoluxaraq xəstələnib. Bu isə o deməkdir ki, onlarda virusa qarşı immunitet yaranıb:

"Beləliklə, vaksinasiya ediləcək insanlarda da bu immuniteti yaratmış olacağıq. Əgər əhali populyasiyasının təxminən 2/3 hissəsində immunitet yarada bilsək, o zaman virus aramızdan yox olacaq. Bu da pandemiyanın sonu ola bilər".

Vaksinasiyanın istənilən yoluxucu xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yol olduğunu nəzərə çatdıran A.Qurbanov bildirib ki, COVİD-19-a qarşı olan vaksinlərin tərkibində öldürülmüş və ya zəiflədilmiş COVİD-19 virusu var. Vaksin vurulduqdan sonra orqanizmdə virusa qarşı qoruyucu müdafiə immuniteti - antitel və ya anticisimlər yaranır. Bu antitellər orqanizmə kənardan daxil olan virusları zərərsizləşdirir və insanları virusdan qoruyur.

A.Qurbanov qeyd edib ki, hazırda istifadə edilən vaksinlər mutasiyaya uğrayan virusun yaratdığı xəstəliklərdən də qoruyacaq.

O deyib ki, COVİD-19-a qarşı vaksin istifadə edən hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq, qalanları isə xəstəliyə yoluxsa da, onu yüngül keçirəcək,

TƏBİB rəsmisi istifadə edilən vaksinlərin minimal yan təsirlərə malik olduğunu da söyləyib.

Şərhlər

Cəlil 2021-02-06 11:23:03

TƏBİB boşboğazlıq edir.Dünya səhiyyə yəşkilatı seyir ki, naksinasiya yenidənxəstələnməyin qarşısını tam almır və buna görə qaydalara roayəti davam etmək vacibdir.Bu isə öz işə yaramazlığına bəraət qazanmaq üçün ağlına gələni danışır.O boyda Səhiyyə Nazirliyi qarşısında buTƏBİB kimə xidmət üçün yaradılıbsa yanlış olduğu bəlli olduğu halda niyə ləğv edilmir? Dayısı yuxarıdadır?y

Kələntər 2021-02-06 10:26:52

TƏBİB yalan danışır: vaksinlər mutant virusa bata bilmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol