Menu

Türkiyədə koronavirus daha 108 nəfərin həyatına son qoydu

06.02.2021, 22:54
Türkiyədə koronavirus daha 108 nəfərin həyatına son qoydu

Türkiyədə son sutka ərzində daha 108 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin Səhiyyə naziri Fahrettin Koca deyib.

Nazirin sözlərinə görə, 24 saat ərzində həm də 7897 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 26 685, virusa yoluxanların sayı isə 2 524 786 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 412 505 pasiyent sağalaraq evə buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol