Menu

Rusiyada İŞİD üzvləri saxlanılıb

07.02.2021, 12:35
Rusiyada İŞİD üzvləri saxlanılıb

Rusiyanın Stavropol diyarında İŞİD terror təşkilatının beş üzvü saxlanılıb.Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

İlkin məlumata görə, onlar arasında həddi-buluğa çatmayan da var.

"Ötən həftə Stavropol diyarında terror qrupunun aşkarlanması üzrə operativ-axtarış tədbirləri keçirilib. Nəticədə İŞİD terror təşkilatına sədaqət andı içmiş beş gənc saxlanılıb", - mənbə agentliyə bildirib.

"Hazırda qrup üzvlərinin terror cinayətlərində iştirakı araşdırılır, onların terrorçularla mümkün əlaqələri müəyyənləşdirilir", - mənbə əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol