Fevral ayının 5-dən 6-na keçən gecədən etibarən Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Məhdudlaşma fevral ayının 9-u axşam saatlarından aradan qaldırılacaq.
AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş edir: "Müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".


Şərhlər