Menu

Bakıda polis əməliyyat keçirdi

15.10.2014, 10:40
Bakıda polis əməliyyat keçirdi

Bakıda dələduzluğa görə axtarışda olan iki nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məccələsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan 1975-ci il təvəllüdlü Etibar Mustafayev tutulub.

Eyni maddə ilə axtarışda olan daha bir şəxs Suraxanı polisi tərəfindən yaxalanıb. Belə ki, Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü Bəxtiyar Hüseynov tutulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol