Menu

14 yaşlı azərbaycanlı qızın nişanlanmasının təfərrüatları məlum olub

08.02.2021, 14:26
14 yaşlı azərbaycanlı qızın nişanlanmasının təfərrüatları məlum olub

Gürcüstanda 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı dayısı oğluna nişanlanması barədə məlumatlar yayılıb.

“Report”un yerli bürosu xəbər verir ki, nişan mərasiminin ötən həftə Poniçala (Soğanlıq) kəndində evdə keçirildiyi bildirilir.

Nişandan çəkilən foto və videogörüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

Kəndin ictimai fəalları “Report”un yerli bürosuna nişan mərasiminin baş tutduğunu təsdiqləyiblər. Onların sözlərinə görə, mərasim “sözkəsdi” adı ilə keçirilib, qızın 14, oğlanın isə 16 yaşı var. Verilən məlumata əsasən, yeniyetmələr bir neçə il nişanlı qalıb yetkintilk yaşına çatan kimi nikaha daxil olmağı planlaşdırırlar.

Poniçala gəncləri kənddə erkən nişanın olması faktını qınayıblar. Onlar deyiblər ki, erkən evlənmə adət-ənənə deyil, stereotipdir və bu cür neqativ halların aradan qaldırılması üçün maarifləndirmə və təhsil səviyyəsinin artırılmasına böyük ehtiyac duyulur.

Şərhlər

t.ədalət 2021-02-08 14:49:53

Get-gedə insanlar mərifətini itirir,başqasının şəxsi həyatına müdaxilə edirlər.Yeniyetmələr məcburi evlənmirlər ki,onları qınayaq.Xoşbəxt olsunlar!Qadın təşkilatrının bəzi üzvləri kimi yaşa dolub,gərək,..... izləsinlər?Ailənin gözəlliyi onun saflığındadır.Yüz hoqqadan çıxıb sonra ərə getməkdən bu yaxşıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol