Menu

“Baku Medical Plaza”da yanğın lokallaşdırılıb - VİDEO(Yenilənib)

08.02.2021, 22:43
“Baku Medical Plaza”da yanğın lokallaşdırılıb - VİDEO(Yenilənib)

"8.02.2021-ci il tarixində “Baku Medical Plaza” klinikasının Babək filialının ikinci korpusunda avtoklav cihazında qızma nəticəsində tüstülənmə baş vermiş, qısa vaxt ərzində hadisə lokallaşdırılmışdır". Bu barədə “Baku Medical Plaza”nın yaydığı məlumatda bildirilib.

Məlumatda daha sonra qeyd edilib: "Havalandırma pərdəsi ilə tüstü mərtəbələrə daxil olduğundan xəstələr birinci korpusa müvəqqəti təxliyyə edilmişlər. Hadisə nəticəsində insan həyatı üçün hər hansı təhlükə olmamışdır".

***

Bakının Xətai rayonu, Babək prospektində yerləşən “Baku Medical Plaza”da yanğın hadisəsi baş verib.“Report” xəbər verir ki, əraziyə FHN-in 3 yanğınsöndürən maşını və polis əməkdaşları cəlb edilib.

Yanğınla əlaqədar xəstələr tibb müəssisəsindən təxliyə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol