Menu

Keçmiş deputatın evi və maşını əlindən alına bilər – 10 günə 85 min manatı ödəməsə...

09.02.2021, 17:09
Keçmiş deputatın evi və maşını əlindən alına bilər – 10 günə 85 min manatı ödəməsə...

Keçmiş deputat Gültəkin Hacıbəyli maşınını və evini itirə bilər. O, məhkəmə qərarıyla üzərinə qoyulmuş 85 min manat ödəmək öhdəliyini 10 gün ərzində yerinə yetirməlidir. Keçmiş deputata xəbərdarlıq edilib ki, Nəsimi Rayon İcra Şöbəsində onun haqqında məhkəmə qərarı üzrə artıq icraat başlayıb.

Söhbət G.Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədovanın iddiası üzrə çıxarılmış məhkəmə qərarından gedir. N.Məmmədova iddia edir ki, 2003-cü ildə G.Hacıbəyli evini onun vəsaiti hesabına təmir etdirib, amma xərclənmiş pulu qaytarmayıb. Onun 85 min manatlıq iddiasını Nəsimi Rayon Məhkəməsi təmin edib. Apellyasiya və kassasiya instansiya məhkəmələri də bu qərarı qüvvədə saxlayıb.

G.Hacıbəyli bildirib ki, bu qərarlardan Avropa Məhkəməsinə şikayət edib. O, iddianın yalan, məhkəmə qərarlarının da qanunsuz olduğunu deyib. Keçmiş deputat bildirib ki, məhkəmə qərarlarında onun evi təmir etdirdiyi iddia olunan vaxt artıq M.Mehdiyevlə boşanmışdı, onun həm özü, həm də ailə üzvləri ilə münasibətləri də gərgin idi. O vurğulayıb ki, belə bir vaxtda keçmiş qayınanasının onun evini təmir etdirməsi də absurddur: "Biz bu iddianın yalan olduğunu təsdiqləyən faktları ortaya qoyduq. Amma məhkəmələr o sübutların heç birini nəzərə almadı".

"AzPolitika.info"

Şərhlər

Kendli 2021-02-10 01:57:57

Qaynana pulu qebirsanlıga aparacaq bu yawında pulu alıb neymeyecek gor ne teher qaynanası varmıw Indı bunlar tehsillidiler de?,,

ejder 2021-02-09 22:57:43

musteqil mehkeme,hakim yoxdur bu hakimiyyetde,olmayajaq

Veteran 2021-02-09 22:30:27

nə isdəyirsiz bu qadından ?Milyardları talayanlar Siz də talançılığa görə çarmıxa çəkiləcəksiz. Lap az qalıb.

t.ədalət 2021-02-09 20:35:40

85 min manata mənzilini,ancaq indiki oğru nazirlər təmir etdirir.Normaq təmir 15-20 min manat arası aparılır ki,bunu da hər adam edə bilmir.Əgər,doğrudan da Gültəkin xanımın mənzili 85 min manata təmir edilibsə,öyrənmək lazımdır ki,bu qədər pulu hardan əldə ediblər?

Seyid veteran 2021-02-09 18:55:23

Sabiq deputatdan zorla pul alınıb keçmiş qaynanaya ödəniləcək. Avropa məhkəməsi də qərar çıxardaraq Azərbaycan hökümətini cərmələyəcək və həmin pulu sabiq deputata dövlət ödəyəcək. Və nəhayyət dövlət uduzacaq, qaynan qazanacaq, hakimə də "gözün üstündə qaşın var" deyən olmayacaq. Sifarişli qərar çıxardığına görə vəssəlam...

veten dashı 2021-02-09 18:36:36

Nə deyəsən bilmirsən.Bu cəmiyyəti niyə belə cılızdaşdırırlar..

miri 2021-02-09 18:31:59

Keçmişdə kişilər kişilər ilə mübarizə aparardı. Nə yazıq ki, kişilik, bəylik, alicənablıq yoxa çıxmağa az qalıb

Mubariz 2021-02-09 17:43:36

Нəmişə belədir , yaşasın bizim məhkəmə

VƏTƏNDAŞ 2021-02-09 17:39:25

Vallah ayıbdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol