Menu

ABŞ PUA-sı Cənubi Osetiya sərhədində! - Kəşfiyyat aparıb...

10.02.2021, 00:02
ABŞ PUA-sı Cənubi Osetiya sərhədində! - Kəşfiyyat aparıb...

Cənubi Osetiyanın sərhəd orqanları Amerika pilotsuz uçağının (Global Hawk RQ-4B) Rusiya və Cənubi Osetiya sərhədlərində hava kəşfiyyatı apadığını qeydə alıb.

Cənubi Osetiya Dövlət Təhlükəsizliyi Komitəsinin xəbər verdiyi kimi, uçuşlar yanvarın 14-ü və 21-də baş verib.

«PUA NATO-nun «Siqonella» aviabazasından (Siciliya adası, İtaliya)» havaya qalxıb, Cənubi Osetiya-Gürcüstan və Rusiya-Gürcüstan sərhədlərinin cənubundan (Şila-Kartli, Mixeta-Mtianeti və Kaxetiya) diyarları ərazisindən keçib» - xəbərdə deyilir.

«Global Hawk RQ-4B» pilotsuz aparatı maksimal sürəti saatda 637 kilometrə çatır, 5500 kilometrlik fəaliyyət radiusuna malikdir və təyinatı üzrə zona üzərində 24 saat qala bilir. Onun maksimum uçuş müddəti 36 saat, məsafəsi isə 22 700 kilometrdir. Sutka ərzində bu uçan aparat 138 min kvadrat metr sahənin təsvirini 200 kilometr məsafədən ala bilir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol