Menu

Azərbaycanda Rostov kombaynları yığılacaq

10.02.2021, 00:09
Azərbaycanda Rostov kombaynları yığılacaq

Rusiya KİV-nin məlumatına görə, Rostovun «Rostselmaş» müəssisəsi azərbaycanlı həmkarları ilə bu ölkədə il ərzində 100 ədəd istehsal gücünə malik birgə müəssisənin yaradılması imkanlarını müzakirə edir.

Rostov vilayəti qubernatorunun müavini İqor Sorokinin xəbər verdiyi kimi, 2021-ci ildə Azərbayanda maşınların sınaq partiyasının buraxılması planlaşdırılır. Bununla yanaşı, 2020-ci ildə «Rostselmaş» ixrac həcmini 30 faizdən çox artırıb.

«Üstəlik, Çirçik şəhərində birgə müəssisənin yaradılması və texnologiyanın uğurlu transferi sayəsində Özbəkistan Respublikası ərazisində yüksək texnologiyalı kənd təsərrüfatı texnkası istehsalı mümkün olub. Bu il 100-dən artıq «Vektor» və «Don» kombaynlarının buraxılması planlaşdırılır» - qubernator müavini danışıb.

Qeyd etmək lazımdır ki, 2019-cu ilin noyabrında Rusiya-Azərbaycan forumunda «Rostselmaş» və «Azərmaş» (avtomobil istehsalı ilə məşğuldur, təssisçiləri - İranın «İran Khodro» və Azərbayanın «AzEuroCar» şirkətləridir) niyyət sənədi imzalayıblar. Sənəd Respublikada kombaynların yığılmasını nəzərdə tutur. Bu saziş əsasında «Nova» modelli kombaynların istehsalı planlanır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol