Menu

Türkiyədə zəlzələ... - Sakinlər təşvişə düşdü

09.02.2021, 22:57
Türkiyədə zəlzələ... - Sakinlər təşvişə düşdü

Türkiyənin Konya vilayətinin Tuzlukçu rayonunda 4,7 bal gücündə zəlzələ olub. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların ocağı yerin 7,1 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ ətraf bölgələrdə də hiss olunub. Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Dağıntı və xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol