Menu

ABŞ-da atışma olub - 5 nəfər xəsarət alıb

09.02.2021, 23:32
ABŞ-da atışma olub - 5 nəfər xəsarət alıb

ABŞ-ın Minnesota ştatının Baffalo şəhərindəki klinikada atışma olub. “Report” xəbər verir ki, bu barədə “Star Tribune” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı azı 5 nəfər xəsarət alıb.

Nəşr qeyd edib ki, insidentdən 30 dəqiqə sonra klinikada partlayış olub. Bu səbəbdən müəssisədəki heyət təxliyə edilib.

“Associated Press” agentliyi isə hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol