Sabiq vergilər naziri Fazil Məmmədov mülklərini satışa çıxarıb. Axar.az-ın məlumatına görə, hazırda Şəmkirdəki malikanəsində yaşayan və səhhəti normallaşan F. Məmmədov bu rayondakı bütün obyektlərini satır.
Artıq sabiq nazirin məşhur “Ekselsior” (Excelsior) hotel şəbəkəsini satdığı da iddia olunur.
Eks-nazirin Şəmkirdəki obyektlərini niyə birdən-birə satışa çıxardığı haqda məlumat yoxdur.
Qeyd edək ki, sabiq nazirin satışa çıxardığı hotel Cəyirçay çayının sahilində, Dəllər kəndinin 4 km-də yerləşir. Bu beşulduzlu otel “Excelsior” şəbəkəsinə daxildir.
Keçmiş nazirin hoteli hansı qiymətə satdığı haqda heç bir məlumat yoxdur.
Sözügedən obyektin fotolarını təqdim edirik:


Şərhlər
Bu yaramaz hansı ki Rusiyada olsa bir uşağa cavab verməyə ...yoxdur,ancaq Vergini quldur yuvasına çevirmişdir. Əsl quldurlar idi. Kiçik bir ofisə mağazinə də quldur kimi girirdilər. Çünki ona imkan verilmişdir milləti talan-qarət edin. İndi də belə?
Bu əmlaklara həbs qoyulmalı və araşdırma aparılmalıdır.Binlat maaşla əmələ gəən deyil.
Bu ..... Vergini quldur yuvasına çevirmişdir. Əsl quldurlar idi. Kiçik bir ofisə mağazinə də quldur kimi girirdilər
Ay qardaş kimdi o qədər pul sayan o oyektlərə.. onları bu nazirlərdən su qiymətinə alırlar.həm də ki necə....
Bu əmlakların dəyəri az deyil. Onu almaq istəyən hakimiyyətdən kənar istənilən şəxs ( bu cür pullu çətin olar) anındaca "lazım"i cevrelerin diqqətini çəkəcək və tehlike ehtimalı yaradacaq. odur bu sovde çətin baş tuta. Ən yaxşı yol pulsuz parasiz ,"lazım" olan yerə təhvil verməkdir.