Menu

Türkiyədə əməliyyat olunan azərbaycanlı polkovnik: “Ayağımı kəsilməkdən xilas etdilər” - FOTOLAR

10.02.2021, 15:19
Türkiyədə əməliyyat olunan azərbaycanlı polkovnik: “Ayağımı kəsilməkdən xilas etdilər” - FOTOLAR

Türkiyənin Ərzurum şəhərində Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Famil Məmmədovun ayağı amputasiya olunmaqdan xilas edilib.  Bu barədə “Haberler” məlumat yayıb.

Polkovnikə daban tikanı və nəticədə sol ayağın tam aterosklerozu diaqnozu qoyulub. Həkimlərin Bakıdakı və ya Türkiyədəki mütəxəssislərə müraciət etmək tövsiyəsindən sonra Famil Məmmədov müayinə üçün Ərzuruma yollanıb. Ərzurum Mərkəzi Şəhər Xəstəxanasında polkovnik əməliyyat olunub və bununla da ayağının amputasiya edilməsinə ehtiyac qalmayıb.

Həmyerlimizi əməliyyat edən həkim Mehmet Ali Kaygının sözlərinə görə, F.Məmmədov bir qədər gec müraciət etsəydi, ayağının diz nahiyəsindən amputasiyası qaçılmaz ola bilərdi.

Uğurla əməliyyat olunan polkovnik Famil Məmmədov isə həkimlərə təşəkkür edərkən göz yaşlarını saxlaya bilməyib: “Çox şükür səhhətim qaydasındadır. Həkimlərə, burada çalışan hər kəsə təşəkkür edirəm, ayağımı kəsilməkdən xilas etdilər”.

Qeyd olunur ki, hazırda polkovnik özünü yaxşı hiss edir və tezliklə Azərbaycana qayıdacaq.

Şərhlər

Xalq 2021-02-10 20:14:50

Qardaş Türk həkimlərinə bütün xalqımız adından ürəkdən təşəkkür edirik! Çox sağ olun! Polkovnikimizə şəfa diləyirik! Allah köməyiniz olsun!

Xalq 2021-02-10 19:18:10

ÇOX SAĞ Olsunlar Türk həkim qardaşlarımızda,yaralı polkovnikimiz də! Allah polkovnikimizə şəfa versin, yasdığı yüngül olsun, tezliklə ayağa qalxsın inşaallah!!

Eli 2021-02-10 19:16:25

Amin!

Anar Əhmədov 2021-02-10 15:31:38

Allaha çox şükür. Allah türk millətini və bizə dost və qardaş olan bütün xalqları qorusun! Amin!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol