Türkiyənin Mardin rayonunda PKK üzvləri saqqallı olduqları üçün iki nəfəri öldürüb.
Avropa.info-nun məlumatına görə, öldürülən iki nəfərin tamah məqdsədiylə qətlə yetirildiyi məlum olub.
PKK-çıların cinayəti törədərkən "Onsuz da saqqalları var, öldürək, IŞİD-çi deyərik" dedikləri məlum olub. Vəhşicəsinə törədilən cinayətin ardından isə böyük bir faciə çıxıb.
Məlim olub ki qətlə yetirilənlərdən biri Səudiyyə Ərəbistanından gəlibmiş. Hadisə günü üzərində müharibə əlili qohumlarına vermək üçün gətirdiyi 10 min türk lirəsi ilə 15 min rial olub.
Digər öldürülən isə 2 il öncə Suriyadakı müharibədən qaçaraq Türkiyəyə gəlib. İnşaatda çalışıb. Saqqallı olması onu da canilərin əlindən xilas edə bilməyib.
PKK-çılar IŞİD-in Kobaniyə hücumlarını bəhanə edərək onları öldürdüyünü bildirib.


Şərhlər