Menu

"Peyvənd olmadıqda qızılca, məxmərək kimi xəstəliklər alovlana bilir" - Baş infeksionist

11.02.2021, 15:38
"Peyvənd olmadıqda qızılca, məxmərək kimi xəstəliklər alovlana bilir" - Baş infeksionist

“Son vaxtlar pandemiya ilə əlaqədar uşaqlara vurulan peyvəndlərlə bağlı poliklinikalara müraciət azalıb”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19" mövzusunda canlı yayımda çıxışında deyib.

O bildirib ki, əsas diqqət COVID-ə yönəldiyinə görə uşaqların bir sıra planlı peyvəndləri gecikə bilər: "Amma bu peyvəndlər mütləq olunmalıdır. Peyvənd olmadıqda qızılca, məxmərək kimi xəstəliklər alovlana bilir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol