Menu

Azərbaycanda məhkəməyə çıxarılan dustaq özünə xəsarət yetirib

11.02.2021, 21:16
Azərbaycanda məhkəməyə çıxarılan dustaq özünə xəsarət yetirib

Gəncə şəhərində 31 yaşlı dustaq özünə kəsici-deşici alətlə xəsarət yetirib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, 1990-cı il təvəllüdlü Vasif Tağızadə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, V.Tağızadə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında saxlanılır. Onun bu gün məhkəmə prosesi keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol