Menu

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıya bilər...” – “Memorandum imzalanmasına hazırlıq gedir”

12.02.2021, 13:08
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıya bilər...” –  “Memorandum imzalanmasına hazırlıq gedir”

Ermənistanın tanınmış politoloqlarından olan Qrant Mikaelyan erməni mətbuatına maraqlı açıqlamalar verib.

“AzPolitika.info” xəbər verir ki, erməni politoloq bu gedişlə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını, hətta bununla bağlı tərəflər arasında şifahi razılaşma olduğunu istisna etmir: “İstisna etmirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq və bununla da Qarabağ məsələsi bağlanacaq...”

Bunun əleyhinə olduğunu gizlətməyən politoloq deyib ki, erməni cəmiyyəti və siyasi qüvvələr “ayıq olmalı və hadisələrin gedişini izləməlidir”.

Politoloq hətta iddia edib ki, Ermənistanla Azərbaycan arasında bu məsələ ilə bağlı memorandumun imzalanacağı gözlənilir və bu istiqamətdə artıq iş aparılır.

Mikaelyan bildirib ki, Ermənistanın indiki hakimiyyəti Azərbaycan və Rusiya ilə əldə edilən razılaşmaları mümkün qədər gizli saxlamağa çalışır.

O, həmçinin qeyd edib ki, Nikol Paşinyan hökuməti Azərbaycanın təzyiqləri qarşısında tab gətirə bilmir.

Cəlal

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol