ƏLİ HƏSƏNOVUN DİN-də VƏZİFƏ TUTAN QAYNI İŞDƏN ÇIXARILDI - Bacısı oğlu da DİN-dən qovuldu

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, C.Vəliyev xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Qeyd edək ki, C.Vəliyev daha əvvəl Salyan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, C.Vəliyev Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun qayınıdır. 

Qaynı ilə yanaşı Əli Həsənоvun daha bir yaxın qohumu Daxili İşlər Nazirliyindəki vəzifəsini itirib.

Sfera.az-ın əldə etdiyi məlumata görə, Əli Həsənovun DİN Baş Mühafizə İdarəsində komandir vəzifəsində çalışan bacısı oğlu Məmmədov Siyamək Dilavər oğlu işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Ə.Həsənov "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bu məsələni şərh etmək istəmədiyini bildirib.

635x100

Şərhlər

Zahid Vəliyev 2021-02-13 13:29:05

.... vəzifələrdə nə qədər qohum,qardaş,quda,yerli yerləşib!

Mürsəlov 2021-02-12 21:11:14

BuyurunŞtanış olun.Azərbaycanda kadr siyasəti necə rəşkil olunub.DTK.DİN.Ədliyyə Nazirliyi kimi idarələrdə kadrlar yeniən yoxlanmalı və saflaşdırılmalıdır ki,özbaşınaklıq,rüşvət heç olmasa bir az azalsın.bl

ejder 2021-02-12 18:50:13

...... qohum eqrabalari DINde,prokrurorluqda iwleyer

Həmid 2021-02-12 18:13:53

Əli gedir Vəli gəlir. Eyni tipli,eyni ruhlu. Onun dostu,qohumu,yerlisi,partiyadaşı və s. .

Son yazılar