Şuşa şəhərində Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov) - Azərbaycan opera müğənnisi, təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor, SSRİ xalq artistinin evinin ilkin bərpa layihəsi hazırlanıb.
Bunu “Report”a açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyib.
Onun sözlərinə görə, müğənninin Şuşadakı evi 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.
O, bildirib ki, müğənniyə ehtiram əlaməti olaraq Abidələri Müdafiə Təşkilatı İctimai birliyinin üzvü Tural Zeynalov tərəfindən evinin onlayn bərpası hazırlanıb.
Faiq İsmayılov əlavə edib ki, Şuşa şəhərində olan 850-dən çox tarix və mədəniyyət abidələrinin layihə smeta sənədləri hazırlanıb, abidələrə dəymiş zərərlər AMT üzvləri tərəfindən hesablanıb dövlət qurumlarına təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı şəhərdə səfərdə olub.


Şərhlər
Hörmətli "Azpolitika.info"! Bu,"Eli" imzasıyla şərh yazan adamdan "5-ci kolon"un qoxusu gəlir.Hiss olunur ki,Rusiyaya və ermənbilərə yaxın olan anti-türkləri müdafiə edir.Həm də çox təcrübəli bir əməkdaşdır.Bizi Rusiya və ermənilər həmişə belələrinin əli ilə məhv edib.Göz görə-görə Türkiyənin əleyhinə olan birinin - Polad Bülbüloğlu kimi birisinin müdafiəsinə qalxıb.Siz mənim şərhimi verdiniz-vermədiniz özünüz bilərsiz.Ancaq bu ,bir həqiqətdir ki,Azərbaycan bir daha erməni bulaşıqlarının əlində oyuncaq olmayacaq.Böyük Türkiyə Azərbaycanın yanında olacaq.Düşmənlərimizin sonuna çox az qalıb.
Əlinin şərhinə: Hüseyn Cavid bir türk şairi idi.Bəli,onu ermənilər sürgünəö göndərəndən sonra ailəsi Üzeyir bəyin köməyinə ehtiyac duyub.Ancaq milli təəssübkeşlik hissi ilə yaşayan H. Cavidin ailəsi arvadı erməni olan Bülbülün evinə ayaq basmazdı.Gəlin Vətən üçün həyatlarını qurban verənlər haqqında mümkün olmayanları yazmayaq!
Allah rehmet elesin.Bülbülün Azerbaycan medeniyyetindeki xidmetlerini danmaq Allahsızlıq olarDahi Üzeyir bey evezsiz”Koroğlu” operasını mehz Bülbülün misilsiz sesini uyğun olaraq tazıb.Bülbül rehmetlik dahi H.Cavid represiyya olunanda onun etrafı hetta bezi qohumları onlardan uzaqlalanda Üzeyir beyle onun ailesine heyan olublar bu tarix ve kişlik nümunesidir
Bərpa işini daha çox milli xüsusiyyətləri ilə seçilənlərdən başlamaq doğru olardı.Bülbül bir erməni sevdalısıdır.Şuşada Üzeyir bəyin,Çəmənzəminli və digər milli adamların yurdunun bərpasından başlamaq yaxşı olardı.