Menu

MARKETLƏRDƏ QİYMƏT ARTIMI BAŞLADI - Siyahı

15.02.2021, 10:43
MARKETLƏRDƏ QİYMƏT ARTIMI BAŞLADI - Siyahı

Ötən həftədən başlayaraq Azərbaycandakı satış şəbəkələrində bir sıra əsas ərzaq məhsullarının qiymətində ciddi artım baş verib.

Bahalaşma əsas ərzaq məhsullarını əhatə edir və orta hesabala 10-20%, bəzi məhsullarda isə 30%-ə qədər dəyişir. Bahalaşan malların siyahısına «Azersun» şirkətinin istehsalı olan duru yuğlar başçılıq edir. 1 litrlik qarğıdalı yağının qiyməti 4 manatdan 5 manata yüksəlib (bahalaşma 25%).

«Azərsun», «Avrora» və digər şirkətlərin istehsalı olan qəndin qiyməti 1 kiloqram üçün 1,40 manatdan 1,60-1,70 manata yüksəlib (bahalaşma 14-21%).

Şəkər tozunun qiyməti isə topdansatışdı 1 kiloqram üçün 92 qəpikdən 1,08 manata, pərakəndə satışda isə 1 manatdan 1,10 manata yüksəlib (bahalaşma 10-17%).

«Avrora» şirkətinin topdansatdığı unun qiyməti 1 kiloqram üçün 1,15 manatdan 1,30 manata yüksəlib (bahalaşma 13%).

Yumurtanın qiyməti 2-3 qəpik artaraq 15 qəpikdən 17,5 qəpiyə yüksəlib (bahalaşma 13-20%)

Südün 1 litrinin qiyməti isə orta hesabla 10-15 qəpik yüksəlib (bahalaşma 8-10%).

Natural meyvə şirələri də bahalaşan məhsullar sırasındadır. «Natura» və «Vita1000» markkalı meyvə şirələrinin qiyməti 1,34 manatdan 1,45 manata yüksəlib (bahalaşma 8%).

fed.az

Şərhlər

Veteran 2021-02-15 23:27:14

Bu Azərsun neçə illərdir bizim başımıza olmazın oyunlar açır.Müvafiq qurumlar bunun rəhbərinə də əl gəzdirməyi tezləşdirsələr lap yerinə düşər.

Millət 2021-02-15 13:54:49

Əlbəttə bu olmalı idi. Yanacağın qiymətini qaldıranlar bunu nəzərə almalı idilər.Sonunda hər zamankı kimi ziyan çəkən alıcıdır.

Xalq 2021-02-15 13:29:20

malades

Semed 2021-02-15 12:48:44

Deputat Aydın Mirzəzadə bahalaşmanın səbəbini tapıb sen demə bizim toyuqlar xaricdə yumutlayir on görə yumurta qalxıb qalmayan qiymət yoxdu ay özünü ancaq düşünən .illər vəkilləri xalq acından olur

t.ədalət 2021-02-15 12:04:11

Azərbaycanda qida sahəsindəki bahalaşmanı həmişə "Azərsun" təşkil edir.Bu şirkətin hesabına,həm də xərçəng xəstəliyi tüğyan edir.

Qalib 2021-02-15 11:52:17

Elə siz, AZPOLİTİKAçılar, birinci sualıma cavab verin, çəki ilə şörək almısızmı? 1 kq çərək neçəyədir? Bildik ki, suyun ölçü vahidi vedrədir, bəs çörəyin? Yəqin ki, karopkadır deyəcəksiz!!!

Çingiz 2021-02-15 11:14:58

Yəqin qiymət artıran şirkətlər xarici və daxili düşmənlərlə bağlı adamlardır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol