Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.
V.Səfərli Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Təşkilatının sədr müavini vəzifəsindən və partiyanın rayon Siyasi Şurasının üzvlüyündən də kənarlaşdırılıb.
Qeyd edək ki, V.Səfərli və “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə, həbs qətimkan tədbiri seçilib. (Unikal.org)


Şərhlər
Son iki ildə talançılıq,rüşvət üzrə həbs olunanların (nazir,ictra hakimiyyətlərinin başçıları,bələdiyyə və digər həbs olunanların YAP üzvü olması bu partiyanın ölkəyə namusla xidmət etmədiyinin sübutu olduğundan YAP bir oartiya kimi ləv olunmalıdır..ü
Vüqar Səfərli, cinayət törədib və kiminlə bölüşübsə həbs edilməlidir...