Azərbaycanı tərk edərək ABŞ-a köçən Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Birləşmiş Ərəb Əmirliklərtinin Dubay şəhərində fəaliyyət göstərən tanınmış daşınmaz əmlak şirkətlərindən biri olan “Provident”lə 3 ildir əməkdaşlıq etdiyini yazıb.
Yeniavaz.com xəbər verir ki, Şamxal Həsənli bu barədə məşhur “Trustpilot” portalında yazıb.
Qeyd edək ki, “Trustpilot” portalı məşhur şirkətlərin tanıtım platformasıdır. Bu platformada qeydiyyatdan keçən şəxslər şirkətləri haqqında məlumat ala bilər və öz rəylərtini paylaşa bilərlər.
“Trustpilot” portalında qeydiyyatdan keçən Şamxal Həsənli qeydiyyat yeri olaraq ABŞ-ı göstərib və “Provident” şirkətilə bağlı rəy yazıb.
Şamxal Həsənli qeyd edib ki, o artıq 3 ilə yaxındır “Provident” şirkətinin rəhbəri Hend Kərəm ilə yaxından tanışdır. Əli Həsənovun oğlu yazır ki, bəzi əməliyyatlarda onunla birgə çalışıb. Şamxal Həsənli daşınmaz əmlak sektoruna investisiya qoymaq istəyənlərə məsləhət görür ki, mütləq Hend Kərəm ilə əməkdaşlıq etsinlər.
“Provident” şirkəti isə öz növbəsində Şamxal Həsənliyə yazdığı rəyə görə təşəkkür edib və gələcəkdə də birlikdə çalışacaqlarına ümid etdiklərini qeyd ediblər.



Şərhlər
Əli Həsənov danışanda deyərdin ki, bu adamı Dövlətçilikdən başqa heç nə maraqlandırmır, ancaq əksinə imiş, onu Dövlətçilik yox, şəxsi mənafe maraqlandırıb. Yeddi nəsil sonrasına da yığdıqları bəs edər, Millətdən, Dövlətdən oğurlayıb, müsadirə olunmalıdır. Bir sözlə törətdiyi cinayətin cəzasını almalıdır...
korrupsiys,oqurluq bu rewimin mahiyyeti
Əli niyə onu vətən müharibəsinə göndərmədi?
Görəsən niyə vəzifəlilərin çoxunun evladları niyə AZərbaycandan kənara çıxarılır? Axı AzərbataZərbviycanda əh gəlirli və prestijli yerlərdə elə ataları əvvəllər yükdək vəzofələrdə işləyənlərin evladları təyin olunduğu məlumdur.Şübhə yaranır ki, yəqin ordudan yaayındırmaq və yığdıqları rüşvət və korrupdiya pullarını xaricə çıxarmaq məqsədi güdülür.f