Menu

Neftin qiymətinin düşməsi Putini yola gətirə biləcəkmi?

15.10.2014, 15:36

Russia-s-Prime-Minister-Putin-and-Gazprom-CEO-Miller-attend-a-gas-pipeline-openiTimes qəzeti yazır ki, neftin düşən qiymətləri Putinə ən ağlrılı yerdən zərbə vurur.

Qəzet hesab edir ki, Rusiyadan Nigeriyaya qədər neft qiymətlərinin düşməsi xaos yarada bilər. Ancaq eyni vaxtda bu, sülh də yarada bilər.

Hazırda Rusiyanın öz xərclərini ödəyə bilməsi üçün Putinə neftin qiymətinin 100 dollardan 110 dollar qədər olması lazımdır.

Hazırda neftin qiyməti 86 dollardır və Səudiyyə Ərəbistanının hərəkətləri onu göstərir ki, Sıudiyyə Ərəbistanı neftin qiymətini saxlamaqğa kömək etməyəcəkvə neftin qiyməti düşməkdə davam edəcək.

Bu, Putin üçün dağıdıcı zərbədir. Hətta neftin qiyməti 90 dollara düşəndə Rosneft dövlətdən 37 milyard dollar kömək istədi ki, borc öhdəliklərini yerinə yetirə bilsin.

Fevraldakı Soçi olimpiadasından bəri rubl öz dəyərinin 5-də 1-ni itirib. Yalnız Argentina pesosu bu dövrdə bundan pis nəticə göstərib.

Putinin böhrana reaksiyası dövlət nəzarətini gücləndirməkdir. Bu da öz növbəsində investorları qorxudur.

Bütün bu vəziyyətdən çıxmaq üçün Putin Ukraynada barışdırıcı mövqeyə gedə bilərmi? Və ya Putin Yaxın Şərqdə Qərblə əməkdaşlıq edə bilərmi?

Bütün bunlar neftin qiymətinin düşməyi ilə tamamilə mümkündür.

Qəzet yazır ki, Yaxın Şərqdəki bütün müharibələr neftin qiymətini qaldırır. Bundan isə bir ölkə qazanır. O da Rusiyadır.

Qəzetin fikrincə, neftin qiyməti düşməkdə davam etsə, ən böyük dəyişiklik Rusiyada olacaq.

Putinin neft və qaz sektorunu kleptokratik, yəni oğrular vasitəsilə idarəsi dəyişəcək.  /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol