Menu

Rusiya sülhməramlıları Kəlbəcərə 185 ton yükün çatdırılmasını təmin edib

16.02.2021, 11:15
Rusiya sülhməramlıları Kəlbəcərə 185 ton yükün çatdırılmasını təmin edib

Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunmuş əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin 25 "KamAZ" markalı hərbi avtomobil və onları müşayiət edən maşınlardan ibarət kolonna Kəlbəcər rayonuna 185 ton civarında yük çatdırıb. Yük generator stansiyaları, elektrik avadanlığı, dəmir-beton konstruksiyası və tikinti materiallarından ibarət olub.

Yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib.

Şərhlər

t.ədalət 2021-02-17 12:23:34

Ərazilərimizə rusun qucağında gedəcəyiksə,day,torpaqların azad edilməsindən necə danışa bilərik.Laçına girə bilmirik,Kəlbəcərin yolları erməni-rus nəzarətində qalıb.Allah bizi qorusun!

Hacı 2021-02-16 13:19:56

Deməli Kəlbəcərə icazəsiz getmək olmaz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol