ReAL Partiyasının sədri İlqar Məmmədov Mərkəzi Seçki Komissiyasında (MSK) təmsilçilik istəyir.
"AzPolitika.info" xəbər verir ki, o Dairə Seçki Komissiyalarında (DSK) azı 36 nəfərlə qanuni təmsilçiliyi təmin etməyə çalışacaqlarını qeyd edib: "Seçki Məcəlləsinə əsasən, hər DSK-da 9 yerdən 3 yer parlamentdə azlıq təşkil edən partiyalara aiddir. Ölkədə 125 dairə var. Parlamentdə YAP çoxluqda, 10 partiya isə azlıqdadır. 125 dairəni 10 partiyaya böləndə, azı 12 dairədə həmin o 3 yer ReAL-a verilməlidir. Ya da 36 dairənin hərəsində 1 yer. Bu təmsilçiliyi qanuna istinadən təmin etməyimiz mümkün olsa, qarşıdakı seçkilərdə nəzarət imkanklarımız bir qədər güclənər".
"AzPolitika.info"


Şərhlər
Sizə 1-yerdə düşmür, sərfəli işlə məşğul ol, hökm etmə. sənin poizin gedib çoxdan..
Sənin sifətin bəllidir,deyirsən 3yer bizə verilməlidir.MM seçkili orqandır ,deyilənə görə ,siz isə təyinat istəyirsən...