Fevralın 15-də Apellyasiya Məhkəməsi sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında xahişini təmin etməyib.
Xatırladaq ki, Səlim Müslümov fevralın 4-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Səbail Rayon Məhkəməsi bir gün sonra onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Keçmiş nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham olunur.
Səlim Müslümov da cinayət məsuliyyətinə cəlb edilən başqa məmur həmkarları kimi barəsində seçilən həbs qətimkan tədbirinə və ittihamlara etiraz etməyə cəsarət etməyib. O, yalnız qərarın ev dustaqlığı ilə əvəzlənməsini xahiş etsə də, hakim onun müraciətini təmin etməyib. 2019-cu ildən etibarən 7 icra başçısı və bir neçə müxtəlif dövlət vəzifələri tutmuş məmurlar, ASC rəhbərləri həbs edilib. Maraqlıdır, onların heç biri barələrində irəli sürülmüş ittihamları rədd etməyib, onları əsassız adlandırmayıb. Onların tutduqları vəkillər də media ilə əlaqə qurmağa həvəs göstərmirlər. Görünür, onların qarşısına elə təkzibolunmaz faktlar qoyulur ki, vəkilləri hətta apellyasiya şikayəti hazırlamaqda belə çətinlik çəkirlər.
Lakin sabiqlər bir qayda olaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunmasına çalışırlar. Təcrübə göstərir ki, onların bəziləri buna nail olub. Məsələn, Xaric İşlər Nazirliyinin yüksək vəzifəli məmurlarının əksəriyyəti məhkəməyə qədər ev dustaqlığına buraxılıblar.
"AzPolitika.info"


Şərhlər
Səlimin savadının, alimliyinin bu Xalqa xeyri dəydimi?, yox, elə isə o savadlıdan, savadsız, amma Xalqına xidmət edən bir başqası daha yaxşıdır...
O,VERILEN GOSTERIWI YERINE YETIB,EJDER OL CANI
ehtiraz etse,analoqu olmayan inkiwaf etmiw neslini keserler
Hörmətli Generalımız Əli Nağıyev.Əlilliyə görə təyin edilmiş pensiyaları yoxlatdirsaniz dəhşətə gələrsiniz.Sahil babayev guya yoxladı.Az bir hissəsiňdə düzəliş oldu.Amma yenə sağlam amma pullu adamların pensiyasına deyilmedi.Bu sahədə korrupsiya hələ də davam edir.
Səlim savadlı iqtisadçı idi.və o bu savadını var gücü ilə pensiyacilarin, aztəminatlilarin bir tikəsini əllərindən alınmasına səfərbər etdi.Bu yazıq,imkansız, xəstə, məzlum insanlara elə böyük zərbə vurdu ki, onların çoxu vaxz dərmansizlirdan, zəif qidalanmadan vaxtından xeyli əvvəl həyatdan getdi. Bu kasıbların nalələri,qargidlari ilə Allahin cəzadır bu gün Səlimə verilən bu cəza
Dövlət büdcəsini mənimsəyən məmur necə məhkəmədə özünü müdafiə etsin... Dövlətinə və xalqına xəyanət edənin axırı yoxdur.
Kul sənin başına ki alim idin, gəlib quldur oldun.Səni bu günə Əjdər Cəbiyev, Natiq Əzizovlar saldı.Cox haqsızlıqlar, qəddarlıqla etdin, çox.Cox qudurmusdun.İndi çək cəzanı.