Bakıda oğurluq etməkdən şübhəli bilinən şəxsin boğazına zəncir bağlanılıb. "Report" xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edilir ki, yaşı təxminən 35-40 olan kişi mağazadan oğurluq edib. Lakin mağazanın sahibi həmin şəxsi tutub, boğazından zəncirlə bağlayaraq onun videosunu çəkib. Oğurluq edən şəxs hadisə vaxtı sərxoş olduğunu, həmin şəxsin onu bağışlamasını xahiş edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti "Report"un sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkə seqmentlərində yayılan videogörüntülər araşdırılır: "Hadisə Sabunçu rayonunda qeydə alınıb. Həmin şəxsin kimliyi müəyyən olunaraq, müvafiq polis orqanına dəvət olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir".


Şərhlər
Hec kimi tehqir etmek olmaz, bu seref ve leyaqetin alcaldilmasidir. Men magaza sahibini basa dusurem. Bilir ki, polis ogrunu hebs etmeyecek ki, 500 manatdan cox ogurluq hadisesi yoxdursa cinayet isi de yoxdur. Bir az gorum baxim edib hemin ogru serbest qalacaq ve yene emellerine davam edecek. Amma layiqli ceza verilseydi ogruya, bu gun biz o zenciri de gormezdik. Yaziq yandigindan bele edib. Bilir ki, ogurlanan pullar geri qayitmir.
Bir çörək oğurlayanı zəncirə bağlayırlar, amma MİLYARDLARİ oğurlayan məmurlara göz yumur dövlət.