Ermənistanın sabiq prezidenti Serj Sarqsyan "Armnews" telekanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin onun və Robert Koçaryanın ünvanına söylədiyi fikirlərə cavab verib.
“AzPolitika.info” xəbər verir ki, jurnalistin İlham Əliyevin Azərbaycanın Serj Sarqsyanın və Robert Koçaryanın ordusunu məhv etdiyi barədə bəyanatına münasibətini öyrəndiyi sabiq prezident Azərbaycanın ölkə başçısının “müəyyən mənada” haqlı olduğunu etiraf edib: “Əliyev müəyyən mənada haqlıdır. Bəli, Robert Koçaryan, mən və bir çox başqaları erməni ordusunun yaradılmasında böyük rol oynamışıq. Bəs, “kapitulyant”(Nikol Paşinyan-red.) hansı rol oynayıb? O, bir gün də orduda xidmət etməyib. Bu mənada Əliyev ola bilsin ki, haqlıdır...”
Bununla yanaşı, yenə də məğlub olmadıqlarını iddia edən bu cinayətkar bildirib ki, Azərbaycan erməni ordusundan daha çox Ermənistandakı yarıtmaz hakimiyyəti məğlub edib.
Lakin məlum məsələdir ki, hərbi cani Sarqsyan özünün və Koçaryanın yaramaz Qarabağ siyasətinə, eləcə də hər cəhətdən Azərbaycan Ordusuna uduzan, onun qabağından qaçan erməni ordusuna görə məsuliyyəti yalnız 2018-ci ildə hakimiyyətə gəlmiş və cəmi iki il Baş nazir postunu tutan Paşinyanın üzərinə atmağa çalışır.
Lakin nəinki Azərbaycanda, Ermənistanda da yaxşı bilirlər ki, Azərbaycan məhz Koçaryanla Sarqsyanın az qala 20 ilə yaratdıqları ordunu darmadağın edib.
Cəlal
“AzPolitika.info”


Şərhlər
bir sürü ruslar tərəfindən silahlandırılmış quldur dəstəsi o vaxtlar əliyalın adamlarla döyüşüb torpaqları işğal eliyiblər, elə bilirlər qəhrəmandılar, sərkis siz heç vaxt qalib olmamısız bu mümkün deyil, çünki bizim xalq böyükdür bu qədər sadə.....
məncə sarkisyan və koçaryanın hər ikisi cəllad və qatildirlər. Onlar mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdırlar! Hamının fikri belədir.