Menu

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

17.02.2021, 14:02
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Fevralın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“XİN başçıları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli Moskva razılaşmalarının həyata keçirilməsini, eləcə də ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər” – məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol