Menu

"Azərbaycanda avtomobil yanacağının keyfiyyətində problemlər var" - Dövlət Xidməti

17.02.2021, 14:14
"Azərbaycanda avtomobil yanacağının keyfiyyətində problemlər var" - Dövlət Xidməti

"Azərbaycanda avtomobil yanacağının keyfiyyəti ilə bağlı aparılan monitorinqlərin nəticələrinə görə, görünür ki, istehlakçıların şikayətlərində həqiqət var. Yəni burada keyfiyyətdə problemlər mövcuddur".

"APA-Economics"in məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına həsr olunmuş konfransında çıxış edən Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, monitorinqlər 36 yanacaqdoldurma məntəqəsində aparılıb və onların böyük əksəriyyətində kənarlaşmalar müşayiət olunub: "Biz bu materialları təhlil edirik və bununla əlaqədar olaraq lazım olan nəzarət-tənzimləyici metodların tətbiqinin müzakirəsini aparırıq. Bununla əlaqədar olaraq tədbirlər planı hazırlanıb ki, qısa müddətdə bu təbirlər planı açıqlanacaq".

Şərhlər

Azər 2021-02-17 14:24:40

Bunlar güya başa düşmürlər ki, problem istehsaldadır? Yoxsa “36 yanacaqdoldurma məntəqəsində monitorinq aparılıb və onların böyük əksəriyyətində kənarlaşmalar müşayiət olunub” deməklə, YDM - ləri. günahkar çıxarmaq istəyir?..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol