Menu

Yeni qaz sayğacları ilə bağlı rəsmi açıqlama

17.02.2021, 14:25
Yeni qaz sayğacları ilə bağlı rəsmi açıqlama

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azəriqaz" İstehsalat Birliyi tərəfindən quraşdırılan yeni qaz sayğacları ilə bağlı istehlakçılarda yaranan narazılıqla bağlı mövqeyini bildirib.

"APA-Economics"in məlumatına görə, Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına dair konfransda çıxış edən qurumun rəis müavini Məmməd Abbasbəyli bildirib ki, qeyd olunan məsələ ilə bağlı antiinhisar şöbəsinin təbii inhisarların tənzimləməsi sektorunun rəhbər şəxsləri Energetika Nazirliyinin tərkibində fəaliyyət göstərən Enerji Məsələlərinin Dövlət Tənzimləməsi Agentliyi ilə yoxlamalar keçiriblər:

"Bizim tabelimizdə Azərbaycan Metrologiya İnstitutu fəaliyyət göstərir, hansı ki, bütün ölçü vasitələrinin yoxlamasını aparır. Qaz sayğacları quraşdırılmazdan öncə onların üzərində sınaqlar aparılır və yalnız sınaqlar düzgün olduqda quraşdırılır. Məhz bu səbəbdən biz yoxlamalar aparmışıq. Bizim metroloji xidmətimizin məlumatına görə, bütün sayğaclar yoxlanılıb, hər hansı sayğacda normadan kənarlaşma qeyd alınmayıb".

Dövlət Xidmətinin rəsmisi əlavə edib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mövqeyi bütün şikayətlərə fərdi yanaşma və şikayətlərin tam olaraq araşdırılmasından ibarətdir.

Şərhlər

Mühəndis Bəhram 2021-02-17 17:45:03

Elektron sayğac müasir, mexaniki isə ən azı dünənin texnikası sayılır? Doğrusu, çox sahədə texniki-iqtisadi əsasları biznes maraqları üstələyib? Sayğac dəyişmənin texniki əsasları haqda heç bir söz yoxdur!

Kələntər 2021-02-17 17:14:05

Metrologiya institutunun SOCARdakı nümayəndəsi aylıq haqq alır,əlbəttə sayğaclar "normal" işləyəcək.

Rasim 2021-02-17 15:51:21

Tabelikdə olan ıaboratoriyaya nə deyiləcəksə onuda edəcək. Laboratoriya müstəqil olmalıdır. Sayğaclar artıq yax

MENTIQ 2021-02-17 15:49:30

Qazda smartLar daha munasibdir, kefLeri isteyende ozLerinden oyunLar çixardib camaati incitmesinLer! KommunaL herbi komandanLiq deyiL ki, ne geLdi anormaL qerarLar vereydi!!!

t.ədalət 2021-02-17 15:28:56

Sayğacların dəyişdirilməsi büedcəni talamaq üçün ən yaxşı prosesdir.Axı,bu sayğaclar çox bahadır.Keçən dəfəki dəyikliyin başında Samir Şərifov dururdu.İndi də yəqin ki odur.Çünki Azərbaycan şəxsi gəlir üçün məmurların arasında bölünüb.Sadəcə olaraq,indiki bir vaxtda-dövlətin cərimələr yolu ilə əhalinin belinə mindiyi zamanda,görəsən,büdcəni talamaq hardan ortaya çıxıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol