QIZILBAŞLIQ FƏLSƏFƏSİ. HETERODOKS İSLAM

Yasəmən Qaraqoyunlu

AMEA Fəlsəfə İnstitutu

Açar sözlər: Ortodoks, heterodoks, sufizm, Ələvilik, qızılbaşlıq, Bektaşilik, mədrəsə, təkkə, hülul, reinkornasion, vəhdəti-vücud.

Xülasə

Məqalədə İslam mədəniyyətinin iki istiqamətdə-ortodoks və heterodoks dünyagörüşləri çərçivəsində inkişaf prosesləri təhlil edilmiş və Azərbaycanın islam dövrü mədəniyyətinin hetorodoks İslam xüsusiyyətlərinə malik olduğu qənaətinə gəlinmişdir. Tədqiqat nəticəsində Azərbaycan Sufi dünyagörüşünün əsas aparıcı xətti olan Ələvilik-Qızılbaşlıq inancının İslam içərisində təşəkkül tapmış təriqət və dünyagörüş olmasına baxmayaraq, islamla Ələviliyin təməl prinsipləri müqayisə edilmiş və bu iki dünyagörüşün fərqli oldugu ortalıga çıxmışdır.

Tək Allahlı Dinlərin ən təməl prinsipləri olan 

1.Yaradanın(Allahın,Tanrının) dərki və izahı, Allah haqqında təsəvvürlər; 

2.Ölümdən sonrakı həyat(Axirət); 

3. Kainatın, Dünyanın yaradılışı; 

4.İnsanın Yaradılışı haqqında ideyalar qarşılaşdırıldıqda Ələviliklə İslamın fərqli baxışlara malik iki müstəqil dünyagörüş oldugu məlum olur. 

Qızılbaşlıq dünyagörüşünün əsasında Xorasanda formalaşmış əski Hind, Türk və Fars kökənli dini və təsəvvüf cərəyanları- Göy tanrı İnancı, Şamanizm, Şiəlik, Batinilik, Sufizm, həmçinin Salman Farsi, Əbu Müslim, İshaq ət-Türki, Fatimi, Babək liderliyindəki Məvalilik hərəkatları, Neoplatonizm, Hermetizm, Kabbala, ezoterik Batini dünyagörüşlər, Xristianlıq, Zərdüşt, Daosizm, Şamanizm, Buddizm, Maniheizm ideyalarının sintezindən doğulmuş eklektik Heterodoks İslam anlayışı durur. 

Səfəvi idologiyası din olaraq İslam, məzhəb olaraq Şiyə, təriqət olaraq Səfəvi –sufi ənənələri və iyerarxiyasının sintezindən ibarətdir. İslamlaşmış şamanizm adlandırılan Heterodoks İslam hülul, reinkornasion, vəhdəti-vücud ideyaları ilə Əli kultu, Kərbəla kultlarının birləşməsindən formalaşmış bir dünyagörüşdür.

I Hissə

Ortodoks və Heterodoks İslam anlayışı.

Yaxın zamana qədər tarixdəki dini hərəkətlər “ortodoks” və “heterodoks” deyə iki başlıq altında tədqiq edilmişdir.

“Doksi” (doxy), latınca “dünyagörüş, doktrin, inanış” mənasını verir.

“Ortodoks”- bir cəmiyyətdə böyük əksəriyyətin doğru qəbul etdiyi əsas ana dünyagörüşdür. Qaydaları, qurumları (təşkilatları), kitabı müəyyənləşmiş, yazılmış, yayılmış dünyagörüşdür ( din, məzhəb). İslam cəmiyyətində ortodoks dünyagörüş dedikdə Sünnilik nəzərdə tutulur. (6, s.22)

“Hetorodoks” - əksəriyyət tərəfindən “qəbul edilmiş və qurumlaşmış doktrin və dünyagörüşlə ziddiyyət təşkil edən, uyum halında olmayan” düşüncələrə, cərəyanlara deyilir. Ələvilik (Qızılbaşlıq) bu anlamda “heterodoks”bir məzhəbdir. (6, s.22)

Ortodoks və hetorodoks islam anlayışı, “İslamda baş verən parçalanma nəticəsində bir birinə zidd olan 73 təriqətin” ortalığa çıxdığı dövrdən etibarən işlədilməyə başlamışdır. “İslam Təriqətləri haqqında yazan əl-İsfəraini, eş-Şəhristani, əl- Bagdadi kimi alimlər Hz.Məhəmmədə aid edilən, Ümmətin ayrılığa düşməsi haqqında “İsrail oğulları yetmiş bir firqəyə ayrıldılar, xrisianlar yetmiş iki firqəyə ayrıldılar, ümmətim isə yetmiş üç firqəyə ayrılacaqdır” (1, s.5) hədisinə, yaxud “İslam Ümməti 73 firqəyə ayrılacaq və Qurtuluşa çatan Firqə (əl-Fırkatu`n-Naciyə) xaricində qalan 72 firqə cəhənnəmə gedəcəkdir” hədisinə istinad etməklə İslam təriqətlərini təsnifləşdirmişlər” (1, s.24) Bu hədisə əsaslanaraq,73 İslam təriqətindən “Cəhənnəmə gedən 72 təriqət”i Hetorodoks, “Cənnətə gedən 1 təriqət”i (əl-Fırkatu`n-Naciyə) Ortodoks islam kimi xarakterizə edə bilərik.

Əbu Mənsur əl-Bagdadi “Məzhəblər arasındakı fərqliliklər” əsərində islam təriqətlərini 3 bölümdə qruplaşdırmışdır. 1).Sapıq Təriqətlər; 2).İslama mənsub olmadıqları halda İslma aid edilən təriqətlər; 3). Qurtuluşa çatan təriqətlər.

I. Sapıq təriqətlər bölümü də 8 başlıq altında qruplaşdırılmışdır.

1-ci qrup Rafavız: 1).Zeydiyyə (Carudiyyə, Süleymaniyyə və ya Cəridiyyə, Butriyyə); 2).Keysaniyyə; 3).İmamiyyə (Kamiliyyə, Məhəmmədiyyə, Bakıriyyə, Navusiyyə, Şumeytiyyə, Ammmariyyə, İsmailiyyə, Musəviyyə, Mübarəkiyyə, Qatı`yyə, Hişamiyyə, Zurariyyə,Yunusiyyə, Şeytaniyyə);

2-ci qrup. Xəvaric: 1).əl-Muhakkimətu`l-Ula, 2).Ezarika, 3).Necedat, 4).Sufriyyə, 5).Acaridə- (1.Hzımiyyə, 2.Şuaybiyyə, 3. Xalifiyyə, 4.Ma`lumiyyə- 5.Məchuliyyə, 6. Saltıyyə, 7.Hamziyyə, 8.Sealibə-(1.Mabədiyyə, 2.Ahnesiyyə, 3.Şeybaniyyə, 4.Rüşdiyyə, 5.Mukrimiyyə, 6.İbadiyyə, 7.Hafsıyyə-(1.Harisiyyə , 2.Ashabü Taat, 3.Beyhəsiyyə, 4.Şəbibiyyə)

3-cü qrup. Qədəriyyə və Mötəzilə: 1).Vasiliyyə, 2).Amraviyyə, 3)Huzaliyyə, 4)Nazzamiyyə, 5).Esvariyyə, 6).Muamməriyyə, 7)Bişriyyə, 8)Hişamiyyə, 9)Murdariyyə, 10)Cəfəriyyə, 11)İskafiyyə, 12)Sumamiyyə, 13)Cahiziyyə, 14)Şahhamiyyə, 15)Hayyatiyyə, 16)Ka`biyyə, 17)Cubbaiyyə, 18)Behşəmiyyə.

4-cü Qrup.Mürciə: 1)Yunissiyyə, 2) Ğassaniyyə. 3)Tüməniyyə, 4) Sevbaniyyə, 5)Mərisiyyə.

5-ci Qrup.Neccariyyə: 1)Burğusiyyə, 2) Zafərniyyə, 3.Müstədrikə

6-cı Qrup. Cehmiyyə-Bəkriyyə-Dırariyyə:

7-ci Qrup. Kerramiyyə:

8-ci Qrup.Müşebbihə.

II. İslama mənsub olmadıqları halda İslma aid edilən təriqətlər.

Bu bölümə aşağıdakı qruplar daxildir: 1)Səbəbiyyə, 2)Bəyaniyyə, 3)Muğiriyyə, 4)Harbiyyə, 5)Mansuriyyə, 6)Cenahiyyə, 7)Hattabiyyə, 8)Ğurabiyyə-Mufavvıda-Zemmiyye, 9)Şurayiyyə-Nemiriyyə 10)Hüluliyyə (Səbəbiyyə, Bəyaniyyə, Cenahiyyə, Xəttabiyyə, Şurayiyyə-Nəmiriyyə, Rizamiyyə, Mukannaiyyə, Hulmaniyyə, Həllaciyyə, Azafıra), 11) Ashabu`l-İbaha (Babəkiyyə, Maziyariyyə), 12) Ashabut-Tənasüh, 13)Habıtıyyə, 14)Himariyyə, 15)Yezdiyyə, 16)Meymuniyyə, 17)Batiniyyə.

III bölüm. Qurtuluşa çatan təriqət: Fırkay-i Naciyə.

Bu bölümə sünnət və camaat əhli (Sünni məzhəbi) daxil edilmişdir. (1, s.6-8) Prof. Ethem Ruhi Fığlalının yazdıgına görə, Ədalət və tövhid, vəd, qədər, xeyir və şərin təqdiri, hidayət və dəlalət, iradə və idrak, peyğəmbərlik və Şərtləri və İmamət haqqında fikir ayrılıqları İslamın təriqətlərə parçalanmasına səbəb olmuşdur.

Əl-Bagdadiyə görə, Peygəmbərin Hədisində Qurtuluşa çatan İslam ümmətinə, “aləmin yaradılmış olduğunu, onu yaradanın birliyini, sifətlərini, ədalətini, hikmətini, O`nun hər hansı bir şeyə bənzədiyini rəddetməyi və ...Məhəmmədin peyğəmbərliyini və onun risalətinin bütün insanları əhatə etdiyini, şəriətinin sonsuzluğunu və gətirdiyi şeylərin hamsının doğruluğunu, Quranın şəriət hökmlərinin qaynağı və Kəbənin namaz üçün qiblə oldugunu qəbul və təsdiq edən hər kəs” daxildir. 

Bütün bu xüsusiyyətləri təsdiq edən və küfrə götürə biləcək olan hər hansı bir bidətə uymayan hər kəs sünnidir və (Allahın Birliyinə inanan) müvahhiddir.

Əgər bu sözünü etdiyimiz məsələlərə, iyrəniləcək (qəbul edilməyəcək-Y.M) bir bidət əlavə edərsə, ...əgər o, Batıniyyə və ya Bəyaniyyə və ya Muğıriyyə və ya bütün imamların tanrılıqlarına, ya da bir qism imamların illahlıqlarına inanan Xattabiyyənin bidətlərinə və ya Hülul məzhəblərinə və ya tənasühə inananların firqələrinə və ya qızların qızları və oğulların qızları ilə evlənməyi uyğun görən Xaricilərin Meymuniyyə məzhəbinə və ya İbadiyyənin “islam şəriəti axır zamanda qaldırılacaqdır” deyən Yezidiyyə məzhəbinə inanırsa və ya Quranın haram qıldığını halal sayırsa və ya Quranın izahatında (interperetasiyasında-Y.M) ehtiyac duyulmayacaq bir şəkildə halal qıldığını haram sayırsa, İslam ümmətindən deyildir və onun heç bir dəyəri yoxdur.

Fəqət onun bidəti, Mutəzilə`nin və ya Xəvaricin və ya Rafızanın İmamiyyə qolunun və ya Zeydiyyə`nin və ya Neccariyyə,Cəhmiyyə, Dırariyyə və ya Mücəssimənin bidətləri cinsindən bir bid`ət isə, o kimsə bəzi baxımlardan İslam Ümmətindəndir; onun Müsəlman məzarlığına gömülməsinə izn verilir və müsəlmanlarla birlikdə savaşdıgı təqdirdə qənimət və feydən payını almasına və məsciddə namaz qılınmasına əngəl olunmaz; amma bunlar xaricindəki hökmlərdə İslam ümmətindən sayılmaz, yəni nə cənazə namazı qılınır, nə də arxasında namaza durulur; nə kəsdiyi halal olur, nə də sünni olan bir qadınla evlənə bilər...” (1, s.13-14) 

Beləliklə aydın olur ki, Əl-Bağdadinin “Məzhəblər arasındakı Fərqlər” kitabının 1-ci Sapıq təriqətlər bölümü ilə 2-ci İslama mənsub olmadıqları halda İslma aid edilən təriqətlər Hetorodoks İslamı, 3-cü Qurtuluşa çatan təriqət isə ortodoksal İslamı təmsil etməkdədir.

Əl-Bağdadinin “Məzhəblər arasındakı Fərqlər” kitabının türkcə nəşrinə ön söz yazmış Türk alimi Ethem Ruhi Fığlalının yazdıgına görə “bu hədisdə Peygəmbər Fırkay-i Naciyə`ni “Mənim getdiyim yola və getdiyim yolda mənimlə bərabər gedən, məni təqib edən əshabımın yoluna uyanlar” adlandırmışdır. (1, s.25)

İmam Qəzali Peygəmbər Yolunun (əl-Fırkatu`n-Naciyə) üç iman prinsipinin olduğunu yazmışdır. 1).Allaha iman, 2).Nübüvvətə iman ki, Mələklər və kitablara imanı da içinə alır, 3).Axirətə iman. Rəsulullah bu əsaslara inanan şəxslərin müsəlman...və mömin olacağını, bu əsaslardan birini və ya hamısını inkar edənlərin isə nə mömin, nə müsəlman sayılmayacağını bildirmişdir. (1, s.25) XII əsr islam İlahiyyatçısı aş Şəhristaninin (1153-cü ildə ölüb) fikrincə İslamın dörd təməli vardır.

1.Allahın sifətləri və təkallahlılıq. 2.İnsan taleyinin öncədən müəyyənləşdirilməsi(Qədərə inam) və ilahi ədalət. 3.Vəd, qorxu, adlar, qərar. Bunlar inam, tövbə, qorxu, təxirəsalınma, inamsızlıqda günahlandırmaq məsələlərini əhatə edir. 4.Vəhy, agıl, Peygəmbərlik, imamət. Bunlara daxildir, yaxşı və bəd əməllər, xeyirxahlıq, ən yaxşı olmaq, ilahi nemət, Peygəmbərin günahsızlığı, imamətin şərtləri.(15, s.28-29) Biz bütün bunları nəzərə alaraq qeyd edirik ki, Əl –Bağdadinin təsnifləşdirməsində qeyd edilən Peygəmbər Yolu (əl-Fırkatu`n-Naciyə) Rəsmi İslam doktrininə, Sapıq təriqətlər və İslama mənsub olmadıqları halda İslama aid edilən təriqətlər isə Sufizmin və İslam mistisizminin ( Hetorodoks İslam) ideya qaynağına çevrilməklə İslam mədəniyyətinin formalaşmasında önəmli rol oynadılar.

Yusif Rüstəmov Hilmi Ziya Ülkənə istinad edərək yazır. “Türk filosofu Hilmi Ziya Ülkən İslam dünyasında müxtəlif fikir cərəyanlarının və məzhəblərinin meydana gəlməsini islamın əsas doktrinlərini təbliğ edən mədrəsə ilə sufizmi yayan və təşkilatlandıran təkkələr arasında yaranan uygunsuzluqda axtarırdı. “Ona görə də ağılı və ruhu bir sistemdə birləşdirmək mümkün olmadı”. (7, s.15) Bizə görə, ağıl fiqhi və mədrəsə islamını, ruh xalq inanclarını, təkkə islamını təmsil edirdi. Türklərin İslam dinini qəbul etməsindən sonra İslam anlayışı Türk toplumlarında müxtəlif formalarda izah edilmiş və qəbul edilmişdi. Bunlar Dövlət islamı və ya Rəsmi İslam; xalq İslamı və ya Ənənəvi İslam; Mədrəsə İslamı və ya Kitab islamı; Təkkə İslamı və ya mistik islam anlayışlarını ehtiva edirdi. Dövlət islamı və ya Rəsmi İslam, “İslamın siyasiləşmiş formasına deyilməkdədir. Xalq islamı “siyasi bir xüsusiyyət qazanmamış, yalnız bir sosyal həyat tərzi olaraq qəbul edilən, yaşanan, kitaba əsaslanmaqdan çox, cəmiyyətin ənənəvi inanc və həyat tərzinin müəyyənləşdirdiyi, qismən xurafatla qarışıq müsəlmanlıq anlayışı və tərzi kimi qəbul edilməkdədir. Bu “türklərin qədim inanc və ənənələrinin şifahi bir mədəniyyət ünsürü olaraq İslam içində ön plana çıxdığı bir anlayış olub, adına heterodoks islam inancı da deyilməkdədir.Qələndərilik, Bektaşilik, Ələvilik və Qızılbaşlıq bu inanc formasının içindən sıyrılıb çııxmışdır.

Osmanlı Dövlətinin yüksəliş illərində Türkmənlərin Oturaq həyata və hüquq dövlətinə, bürokratik şəhər mədəniyyətinə keçməsi nəticəsində formalaşmış mədrəsə islamı (Fikh və kəlama əsaslanan islam) ortodoksal islam anlayışını təmsil edir. Mədrəsə islamı Türklər arasında XIV yüzilliyin ikinci yarısından sonra ağırlığını hiss etdirmişdir . Osmanlı dövründə “ ...Əhli-sünnət ənənəçiliyi içində bir şərhçilik və haşiyəçilik (təqlidçilik, yaradıcı yanaşmamaq) yolu müəyyənləşdirilmişdir. Osmanlı Mərkəzi idarəçiliyi müxtəlif siyasi və idarəetmə məqsədlərinin gerçəkləşdirilməsində bundan geniş şəkildə istifadə etmişdir. Çöllərdə məskunlaşmış köçəri və yarım köçəri türklər arasında yayılaraq sistemləşən Təkkə islamı, əski Türk inancları və xurafatları, mistik hadisələr, ezoterik batini bilgilər üzərində qurulmuş Xalq islamı (8, s.363) anlayışı olub heterodoks islamı təmsil edir. II Hissə.

Hetorodoks İslamla Ortodoks İslamın Fərqləri:

Ələvilik-Qızılbaşlıq, Bektaşilik Sufi təriqətlərinin təməl Prinsipləri. Ələvi Tədqiqatçılarının yazdığına görə Ələvi-Qızılbaşlıq İslamın bir məzhəbi kimi göstərilsə də, islamla Ələviliyin təməl prinsipləri müqayisə edildikdə bu iki dünyagörüşün fərqli dünyagörüşlər olduğu ortalığa çıxır. Dinlərin ən təməl prinsipləri olan 1.Yaradanın (Allahın,Tanrının) dərki və izahı, Allah haqqında təsəvvürlər; 2.Ölümdən sonrakı həyat (Axirət); 3. Kainatın, Dünyanın yaradılışı; 4. İnsanın Yaradılışı haqqında ideyalar qarşılaşdırıldıqda Ələviliklə İslamın fərqli baxışlara malik iki müstəqil dünyagörüş olduğu məlum olur.

1. Yaradanın (Allahın,Tanrının) dərki və izahı, Allah haqqında təsəvvürlər; İslam Dinində Yaradılışın təməli Allahdır. Allah təkdir, doğmur, doğulmur. Allahdan başqa Allah yoxdur. Bütün Kainatı, dünyanı, İnsanı Allah yaratmışdır. Ələvi inancında isə Vəhdət-i Vücud(Varlıgın birliyi) ideyası hakimdir.Yaradanla yaradılan birdir.Yaradılmışların bütünü yaradanın özüdür.

2. Ölümdən sonrakı həyat; İslamın təməl prinsipi olan Axirət inancı,Cənnət və Cəhənnəm inancı Ələvilik-Qızılbaşlıq dünyagörüşündə yoxdur. İslama görə dönya iki hissədən ibarətdir. Bu dünya,O biri dünya. Bu dünya insanın yaşadığı dünya, Obiri dünya öldükdən sonra gedəcəyi dünyadır. insan öldükdən sonra ölməmişdən öncəki dünyada yaşadığı zaman dilimində etdiyi yaxşılıqlara görə, o biri dünyada Cənnətə, pisliklərə görə isə Cəhənnəmə gedəcəkdir. Cənnət-Cəhənnəm ideyası Zərdüştlükdən alınaraq Sami tək Tanrılı dinlərə keçmişdir. Ələvilik-Qızılbaşlıqda isə Cənnət-Cəhənnəm anlayışı yoxdur, Dövriyyə anlayışı vardır, Dövriyəyə inanılır. Dövriyyə- Reinkarnasyon ideyası, Yunan fəlsəfəsinin Misir kabbalizmi ilə sintezindən doğulmuş Neoplatonik təlim olub islam öncəsi əski təsəvvürlərdə əks olunmuşdur. Neoplatonizmə baxmaq.

Dövriyə inancına görə İnsan öldükdən sonra müxtəlif biçimlərdə (bitki, heyvan, insan) yer üzündə təkrar vücud(bədən) tapacaq və yer üzünə bu gəliş-gedişlər İnsanın kamilləşəcəyinə (insan-ı Kamil) qədər sürəcəyinə və sonunda kamilləşən insanın gəldiyi qaynağa-Yaradana geri dönəcəyinə,Yaradanla bütünləşəcəyinə inanılır. Dövriyə İslamın qəbul etmədiyi ideyadır. Dövriyyə inançı sufi ayinlərində Səma rəqsi vasitəsilə ifadə edilir.

3. Dünyanın yaradılması; İslam inancında Dünyanı, Kainatı Allah yaratmışdır.Ələvilikdə isə Yaradılış Ərşdə asılı duran bir qəndildən(Günəşdən) gələn işığın yer üzünə çatması ilə başlamışdır.İşıq ilə var olmaq Ələvi inancının əsasıdır. İşıqdan yaranmanı yazmaq sitat. 

4. İnsanın yaradılması; islam dininə görə Allah ilk insanı, Adəmi torpaqdan yaratmış və Adəmin qabırğasından Həvvanı yaratmışdır. Ələvilikdə isə ilk insan Göydə toplanmış Qırxlar Məclisində Məclisin qərarı ilə Qırxlardan birinin qurban edilməsi və qanının yerdə “seçilmiş varlıga qatılması” ilə yaranmışdır. (5, s.49-51) Bütün bu fərqlər ələvi-Qızılbaşlığın islamın bir məzhəbi olmadıgını, İslam içində “Gizlənmiş”qədim bir dünyagörüş olduğunu, özünü qorumaq üçün İslam donuna büründüyünü ortalığa qoyur. Ələvilik Mistisizm donuna girərək İslam içində Sufizm hərəkatının dogulmasına səbəb olmuşdur.

Ələvi tədqiqatçısı Erik Cornellin yazdıgına görə “...Özünü daha çox Sufi Mistisizmi içində ifadə edən kimi görünən bu dünyagörüş (inanış) Xristianlıq və İslamiyyətə də təsir etməklə bərabər, daha çox mədəniyyətlərin formalaşmasına təsir göstərmişdir. Kökləri çox qədim tarixlərə uzanan mistik bir qardaşlıq təşkilatı ilə yayılan bu dünyagörüş ... bir çox mədəniyyətlərin içinə gizlicə sinmiş və özünü gizliliklə qorumuşdu. Bu dünyagörüşün (inancın) adı Ələvilik və ya Qızılbaşlıqdır.

Ələvi-sufi təriqətləri ortodoksal islam müdafiəçiləri tərəfindən daim məruz qaldıqları qətliam və basqılardan qorunmaq məqsədilə, olduqları yerlərdə hakim dinlərlə uzlaşma yaratmaq məcburiyyətində qalmışlar”. (5, s.29) Ələvilikdə bir deyim vardır. “Yol bir, sürək min birdir”. Ələvi-Qızılbaşlıq içində yaranma şərtlərinə, yaşadıgı cografiyaya və zamana görə formalaşmış Vəfai, Hürufi, Torlak, İşıq, Taxtaçı, Əxilik, Abdal, Qızılbaş, Bədrəddini və başqa adlarla tanınan cox sayda sürəkləri (cərəyanları) olmuşdur. (5, s.25) Ələvilər sosial təşkilatlanma sistemi içində “Ocaq”lara baglıdırlar. “Ocaq sistemi”ələvilərin təşkilatlanma formasıdır. “Ocaq sistemi”içində bu sistemin dini və sosial liderliyini həyata keçirən “Dədəlik qurumu” təməl bir əhəmiyyətə(önəmə) malikdir. Dədələr ocaqların və bu ocaqlara baglı Ələvilərin ruhani liderləridir. Dədəlik bir ailə təşkilatıdır və qan baglılıgına söykənərək irsən atadan oğula keçir. Ələvi dədələrinə Ocaqzadə (ocaqdan doğulan) deyilir. Ələvi dədələri sahib olduqları ruhani səlahiyyət və haqlılıqla Ələvilərin sosial həyatlarını və yaşam prinsiplərini, qanunlarını tənzimləyən yeganə güc olmuşlar. Dədələr və dədələrin rəhbərlik etdiyi ocaqlar üç iyerarxik quruluşa əsaslanaraq təşkilatlanmışlar. Mürşid, Pir, Rəhbər. Rəhbər Pirə, Pir, Mürşidə baglıdır. Bu iyerarxiya bir birini tamamlayaraq bir bütün yaradır.

Dədəlik-Vəzifə başındakı (posta oturmuş, post-nişin) dədələrin ən əsas vəzifəsi dədəlik vəzifələrinin yerinə yetirilməsidir. Bu vəzifələrə Ələvilər arasında “Cəm yürütmək və talip görmək”(Cəm ayinlərini aparmaq və tələbə yetişdirmək) və ya “Cəm cəmaat görmək”deyilir. Ələvi ərkanı (seçilmişləri-Y.M) içində Ələvi dədələrinə verilmiş ən önəmli vəzifə, Ələvi inancını yeni nəsillərə gizlilik içində (simvollarla-Y.M) və sirr pərdələri altında çatdırmaqdır. Əsas iş bu vəzifənin yerinə yetirilməsidir. Bu vəzifənin yerinə yetirilməsi üçün gərək olarsa hər şeydən vaz keçilir. Bu təməl düstur Ələvilik içində “Yol cümlədən uludur” və ya “Könül qalsın, yol qalmasın” cümlələri ilə ifadə edilir. Ələvi yolu içində ocaqlar müstəqildir, biri digərindən üstün tutulmaz, ocaq iyerarxiyası içində ocaqlara “Əri ərdən seçən kordur”prinsipi qorunmaqla heç bir fərq qoyulmaz. (4, s.65) Ələvilər özlərini “Güruh-u Naci”, “Zümre-i Naci” və ya “Ümmet-i Naci” adlandırırlar ki, mənası seçilmiş və ya qurtarılmış camaat, topluluq deməkdir.

Arzulayıb gəldim devr-i aləmdən

Ey Güruh-u Naci sizə eşq olsun

Nəsihəti böylə aldım dədəmdən

Ey Güruh-u Naci sizə eşq olsun. (4, s.64)

Sərsəm Əli Baba.

Ancaq Ələvi ata-anadan doğulanlar Ələvi ola bilər. Lakin bu yetərli deyildir. Ələvi ola bilmək üçün eyni zamanda “Yola Girmək”, “İkrar vermək” və “Müsahib edilmək” gərəkdir. Ələvi ailəsində doğulan hər bir şəxs bir “rəhbər”lə bərabər ikrar vermə Cəm`ində ikrar verərək yola girər. Yola girən şəxsə “Talib” deyilir. İkrar vermə bütün ələvilərin “Yol”a qəbul edildikləri mərasimdir. Müsahib edilmək Ələviliyin yeddi Fərz`indən biridir. Müsahib edilmək kişi üzvlər arasında fərz qılınmışdır.

İkrar verib Yola girən ələvi bütün yaşayışı boyunca ələvi inanışının disiplinlərinə uymaq məcburiyyətindədir. ələvi yoluna və ərkanına zidd davranan şəxslər “düşkün”elan edilərək ələvi cəmiyyətindən xaric edilir. “düşkünlük”ələvilərdə ən agır cəzadır.Ələviliyə qəbul edilən şəxs ələvi yolu içində ələvi inancını öyrənmək üçün dörd qapıdan(dərəcədən) keçmək məcburiyyətindədir. Bu qapılar Şəriət qapısı, təriqət qapısı, Mərifət qapısı, həqiqət qapısı adlanır. Hər qapının on məqamı(mərhələsi)var. Bu qapılar Sir pərdələri kimidir. ələvi sirlərinə çatmaq üçün dörd qapıdan,qırx məqamdan keçmək gərəkdir. Həqiqət qapısının onuncu məqamında şəxs(Yolçu-Y.M) Sirr-i Həqiqətə çatır. Bu məqam şəxsin “Yaradan içində əriməsi” halıdır.

Şəriət qapısının müridlərinə “Bel oğlu”deyilir və səmavi dinin(İslamın-Y.M) şəriətinə (qayda qanunlarına) uymaq məcburiyyəti sadəcə bu qapıda vardır.

İkinci qapı Təriqət qapısıdır.Təriqət yol deməkdir. Bu qapının müridlərinə “yol oğlu”və ya sevən dost mənasını verən “Mühip” deyilir. Bu qapıda islam dininin bütün qaydaları (Şəriət) tərk edilir.Üçüncü qapı Mərifət qapısıdır. Bu qapının müridlərinə “Dərviş”deyilir. Bu qapıda Dərvişlərə Yaradan ilə Yaradılanın Birliyinin (Vəhdət-i vücud) mənaları öyrədilir.

Dördüncü qapı Həqiqət qapısıdır. Həqiqət qapısı kamil insan dərəcəsidir. Bu qapının müridlərinə “Baba”, “Ərən” deyilir. Bu qapıda “İnsan-i kamil” Yaradan ilə bütünləşmişdir.

İnsan Şəriət qapısında Adəm oğludur

Təriqət qapısında Yol oğludur

Mərifət qapısında Kamil insandır

Həqiqət qapısında Göy oğludur. (4, s.64)

Və yaxud Bektaş Əli Təmələ aid olan başqa bir Nəfəsdə deyilir.

Şəriətdə Adəm oğluyam

Təriqətdə yol oğluyam

Mərifətdə Kamal oğluyam

Həqiqətdə göy oğluyam

Atam göy anam Yer. (4, s.182)

Ələvi Ayin-i Cəm`i Ələviliyin təməl daşıdır. Ələviliyi bütün səmavi dinlərdən fərqləndirən iki özünəməxsus inanc təməli vardır. 1.Yaradılış 2.Varlıgın Birliyi (Vəhdət-i Vücud). Ələvi ayin-i Cəm`i və Ələvi inancının təməl əsasları hesab olunan Yaradılış və Varlıgın Birliyi ideyaları bir birini tamamlayan bütünün parçalarıdır. Bir sistemli dünyagörüşdür. Ələvi nəfəslərində əks olunmuş Ələviliyin yaradılış inancına görə, yaradılış üç mərhələ, üç dövr keçmişdir; Dünyanın ortaya çıxışı, dövriyyə, insanın yaradılması (xəlq edilməsi). Ələvi inanışına görə Kainatın ortaya çıxması, özündən başqa bütün maddələri yox edəcək, genişlənən və yüksək istilik halında olan işığın partlaması nəticəsində baş vermişdir. Bu partlama nəticəsində bir neçə mərhələdən keçərək günəşdə toplanan enerji, burada yanaraq işığa çevrilmiş və yer üzünə çataraq dünyada həyatın əsasını qoymuşdur. Yer üzündə həyat, yaşam formaları, təkamül yolu ilə çoxalmış, çeşidlənmiş, öncə cansız varlıqlar (hərəkətsizlər) ortaya çıxmış, sonra bitkilər, heyvanlar və nəhayət insan meydana gəlmişdir. Ələvi inancı yaradılışdakı bu təkamül mərhələlərini Dövriyyə adlandırır.

Ələvi inancında İnsanın yaradılışı.

“Tanrı insanı öz surətində yaratdı”.

Tövrat-Yaradılış kitabı.

İnsanın yaradılışı Ələviliyin “Sirr-i Həqiqət”lərindən biridir. Bu ilahi bir sirrdir və Ələvi yolu içində, dörd qapı (Təriqət, Şəriət, Mərifət, Həqiqət), qırx məqamdan keçərək kamilləşən və aydınlanan, bu sirri daşımağa qadir olan şəxslərə (mürid məqamından mürşid məqamına yüksələnlərə-Y.M) verilir. “Sekahum sirri”adlanan bu inanca görə, insan yaradılış təkamülünü bir başqa planetdə tamamladıqdan sonra, özünü Öz( Mən, Can, Ruh) və surət olaraq, yer üzündəki insansı (insanabənzər-Y.M) varlığa genetik yolla transfer etmiş, onun içində yerləşmiş və beləliklə yer üzünə enmişdir. (4, s.72) Ələvi inanışına görə insan iki mərhələdən keçərək yaradılmışdır. Birinci mərhələdə insan bədənləşməmiş bir enerjidir, işıqdır (nur-i kadim). İkinci mərhələdə insan dövriyyə yolu ilə, təkamül mərhələlərini keçərək vücud (bədən) qazanmış və cism kimi ortaya çıxmışdır. İnsanın bu iki yaradılış mərhələsi Ələvi Yunus Əmrə, Pir Sultan Abdal, Qul Nəsimi, Səfil Sadık, Aşıq Sənəm,Yeksani, Qul Himmət, Gufrani, Şah İsmayıl Xətai kimi Ələvi şairlərinin və ozanlarının nəfəslərində, şerlərində əks olunmuşdur. (4, s.72) Ələviliyə görə, minlərcə ildir insan nəsnədən bitkiyə, bitkidən heyvana, heyvandan insana, insandan kamil insana dogru bir yol keçib, dövriyənin tamamlanması qayəsini təmsil edir. Dövriyə prosesi içində olan insanın yaradılışının tamamlanması üçün dünyadan kənardakı varlıqlar tərəfindən insana genetik müdaxilə olmuşdur. Ələvi inancına görə Göydə külli-aləmi idarə edən Qırxlar Məclisi fəaliyyət göstərir. İnsana genetik müdaxilə bu “Qırxlar məclisi”nin üzvlərindən birinin qurban seçilməsi və qanının Yer planetindəki insana vurulması ilə insanın yaradılması tamamlanmışdır. Insanın yaradılışı haqqında məhz bu Ələvi düşüncəsi Səmavi dinlərin və elmi nəzəriyyələrin irəli sürdüyü baxışlardan fərqlidir. Bizim fikrimizcə Ələvi inancındakı “Qırxlar məclisi” haqqındakı anlayış paqanist mədəniyyətin Tək Allahlı mədəniyyət içində gizlicə ifadə olunmasıdır. Ələvi inancına görə ilk insan bir başqa aləmdə, Yaşıl planetdə təkamül yolu ilə ortaya çıxmışdır.Yer planetində ilk insanın ortaya çıxması isə, dünyadan kənardakı insanların(bəzi ələvi deyimlərində isə mələklərin) yer üzündəki təkamül prosesi keçirən insana genetik müdaxiləsi yolu ilə olmuşdur. Bu genetik müdaxilə ilə yer üzündəki insana özünü transfer edən dünyadan kənardakı varlıq bu genetik transfer ilə yerüzündəki insanın içində özünə yer tapmışdır. Lakin sonradan İnsanın yaradılışı və Qırxlar Məclisi haqqındakı bu paqanist inanc islam ilə sintez olunduğu üçün Qırxlar Məclisinin qərarı ilə Qırxlardan birinin seçilərək qurban edilməsi və qanının insana vurulması ilə insanın yaradılışının tamamlanması prosesində iştirak edən varlıq-qurban, Cəbrayıl adını almışdır. Bu ideya Xristianlıqda İsanın qurban edilməsi ideyası ilə yaxınlıq təşkil etməkdədir) Beləliklə qeyd edilməlidir ki,Ələvi baxışlarında yaradılışın yer üzündən başqa bir aləmdə başladığı, insanlığın başlanğıcının üzərində yaşadığımız planet olmadığı haqqında təsəvvürlər mövcuddur. Qul Himmət bu təsəvvürü aydın ifadə etmişdir.

“Yox ikən yer ilə göy,

Mən əzəldən var idim”. (4, s.88)

Ələvi nəfəs`lərində dünya mövcud olmamışdan çox əvvəl,insanın atasının yaşıl planetdə, cism kimi mövcud oldugu yazılmışdır. yazır.

“...Dünya qurulmadan yüz min il əvvəl

O yaşıl qəndildə cismimiz vardır” (4, s.89)

Aşıq Devrani

“Xəlq etmədən ərş-i kürsi aləmi

O yaşıl qəndildə verdik salamı”. (4, s.89)

Pərvanə. Saysız Ələvi nəfəs`lərində insanın qədim atası olan varlığın, ilk öncə yaşıl bir planetdə oldugunu, sonradan məkansız qaldıgını və yer üzünə gələrək dünyanı məkan tutdugu təsvir edilir.

“La məkan elindən qonaq gəldim

Bu fani mülkünə basdım qədəmi

Haranın salamını gətirdin desən

Elest-i bəzmindən endik bu dəmə

(Qırxlar toplantısındn endik bu zamana)

Pir sultan Abdal.

Elmi mülahizələrə görə “Üzərində yaşadıgımız Yer planeti 4.6 milyard il öncə yaranmışdır. Insanın bir cism olaraq bu yerüzü qurulmadan öncə mövcud oldugunu önə sürən Ələvi nəfəs`lərinə görə, insan bu dünyada ən azından 4.6 milyard il öncədən bəri var idi. (4, s.90) Ələviliyə görə ilk insan ərşdə qurulmuş Qırxlar Məclisində Qırxların qərarı ilə Qırxlardan birinin özünün və surətinin yerüzündən seçilərək ərşə yüksəldilmiş varlığa qatılması ilə yaradılmışdır.

Bu Qırxlar məclisində insana qatılmaq üçün seçilmiş qırxlardan biri Ələvi nəfəsində belə anladılır.

Güruh-u Naci`yə(Seçilmiş insana-Y.M) özümü qatdım

Insan sifətində çox gəldim getdim

Bülbül oldum firdevs bağında ötdüm

Bir zaman gül için zarə düş oldum

Bir zaman gül üçün Haydar Haydar

Zarə düş oldum.  (4, s.91)

Sıdqı Baba

Haydar ələvilikdə yaradanın xüsusiyyətlərini İnsanda əks etdirən addır. Hay yaradan deməkdir. Dar şəkilçisi sifət sözlər yaratmaq üçün türk dilində işlənən şəkilçidir.(bayraq-bayraqdar,möhür-möhürdar). Haydar, Hay`ı –Yaradanı özündə gəzdirən, əks etdirən mənasındadır. Ələvi nəfəslərində insanın yaradılışı və yaradanla yaradanın birliyi haqqında təsəvvürlər şifahi şəkildə dastanlaşıb və belə təsvir olunur. “Yer və Göy qurulduğu zaman başlanğıcda tanrısal sirr mənəvi bələdçiyə verildi və ona (Allah tərəfindən-Y.M)“sən kimsən ,mən kiməm”sualı verildi,sual soruşuldugu anda O, (Mənəvi bələdçi) qan içində qaldı. Mənəvi bələdçi olan Cəbrail (Allaha-Y.M) “sən sənsən, mən mənəm” dedi.Bu mürşidinin(Allahın-Y,M) əmrinə uygun cavab deyildi. (Bələdçi-Y,M) On dörd min il havada dolandıqdan sonra, boyun əymə nöqtəsinə çatdı dayandı. O zaman qaipdən bir səs gəldi, ya Cəbrail sözlərimə inan, sən yaradansan mən yaradılanam de həmən. (Cəbrail bu sözləri dedikdən sonra-Y.M) Qara rəngi qırmızıya boyandı.

Mürşidlər yeddi qat yeri aradılr nə dağ qoydular nə daş nə mərmər, yaradan insanda gizləndi, göydə uca məqamı arayanlar boşa yoruldular.

Seçilmiş varlıga(güruh-i naci) özünü qatan “Qırxlardan biri” Yaradanın “sən kimsən ,mən kiməm” sualına “Sən sənsən,mən mənəm” cavabını verməklə öncə yaradana asi olmuş, sonra “Sən yaradansan,mən Yaradılanam” deyərək boyun əyərək qırxlar məclisində hüzura gəlmiş, burda “Qırxların qərarı”ilə seçilərək,qurban edilmiş, qanı axaraq insanla birləşmişdir. (4, s.92) Bu hekayədə insanla birləşən “Qırxlardan biri” islam təsəvvürlərinin Ələvilikdə ağırlıq qazanmağa başladığı XVI əsrdən etibarən Cəbrail adlanmışdır. XVI əsrdən əvvəl isə Ələvi deyimi ilə “Qırxlardan biri” adlanmışdır. Cəbrailin ilk insana (Heydər/ Adəm) özünü qatması Ələvi deyimlərində Cəbrailin Adəmə qardaş olması və ya Şahid olması terminləri ilə ifadə olunur.

Cəbrail Adəm`ə şahid olmadan,

Qübbe-i Rəhmanda təktik ərənlər. (4, s.94)

Davud Sulari.

Cəbrailin ilk yaradılmış İnsana (Heydər/Adəm) qardaş olması Ələviliyin içindəki müsahiblik adətinin başlanğıcı olmuşdur. Müshiblik adəti (Ənənəsi) Ələvi inancının yeddi təməlindən (Fərz) biridir. (4, s.94) İrene Melikovaya görə “Necə Ayin-i Cəm o biri Aləmdəki “Qırxlar Cəm-i`nin yerdəki bir təkrarlanışıdırsa, din qardaşlığı-Müsahiblik də zaman və məkan xaricində olmuş və bədənləşmənin( Cəbrailin qurban edilməsi və insanla birləşməsi nəticəsində insanın bədənləşməsinin-Y.M) Dövriyəsinə (mərhələlərinə-Y.M) görə yaranmaqda olan bir adətin yerüzündəki izidir”. (9, s.270) Müsahib Ayin-i Cəm`ində hər dəfə daim təkrarlanan “Mənim qanım sənin qanın, mənim ətim sənin ətin, mənim aglım sənin aglın, mənim ruhum sənin ruhundur” sözləri Qırxlar məclisində İnsanın yaradılma Dövriyəsi içində, özünü “Yaradanın özü” qatılmış “Seçilmiş varlıga”(heydər-insan) qatan “Qırxlardan biri”(Cəbrail) nin Heydərə (İnsana) söylədiyi sözləri əks etdirir. (9, s.270) Ələvi Hekayələrində insanın yaradıldıgı (xəlq edilməsi) Qırxlar məclisində “Özün özə”(Cəbrailin İnsana qatılması) qatılması üçün “Qırxlardan biri”(Cəbrail) qurban edilmişdir. Ələvi deyimlərində, İnsanın yaradılması zamanı başqa dünyanın varlıqlarının (Qırxlar Məclisinin) insana genetik müdaxiləsi (Cəbrailin qanının insana qarışması) baş vermiş, yaradılış tamamlanmışdır. Özün özə qatılması, bir candan başqa cana keçiş (Reinkarnasion- Cəbrailin, “qırxlardan biri”nin insan bədəninə keçməsi) qan vasitəsilə olmuşdur.

Ələvi nəfəslərində genetik dövriyənin (davam etmənin) qan vasitəsilə olduğu və qurban edilənin(Qırxlardan birinin) yeni yaranan insanda həyat tapmasına dair çoxlu örnəklər vardır.

Adəm olub insan içinə gəldim

Gerçək nəsib eylərsə Qandan içəri

Məcnun kimi qandan-qana gəzərkən

Bir qana ugradım qandan içəri (4, s.95)

Virani.

Qırxların qəlbi durudur

Gələnin qəlbin arıdır

Gəlişin qandan bəridir

Söylə sən kimsən dedilər. (4, s.96)

Xətai.

Naci derlər bir güruha uğradım

Hər biri birinin almış əlini

Məkanımız qanda dedim söylədim

Məkan tutmuş həqiqətin elimi. (4, s.97)

Xətai.

İnsanın yaradılarkən “qan yolu ilə edilən genetik dövriyə (Genetik transfer) zamanı genləri (özü və surəti) seçilmiş varlıga transfer edilən Qırxlardan biri qurban edilmişdir. Ancaq bu qurban edilmə bir yox olma demək deyildir, qurban edilən varlıq (qırxlardan biri) bir başqa varlıgın (Heydər) içində yaşamaga davam etmişdir.Ələvi deyimləri bu vəziyyəi “Ölmədən ölmək” kimi izah edir.

Ölməzdən əvvəl ölmüşük

Vasil-i can olan can olur

Xətai. (4, s.97)

Ələvilərdə “Öncə can, sonra can içindəki can” deyimləri, qırxlardan birinin Adəmdə yaşaması təsəvvürünü əks etdirir. Hacı Bektaş Vəli Qırxlar məclisində insana edilən bu genetik transferi belə izah etmişdir. “Həm can var, həm canın canı var, indi əzizim, can ikidir.Biri candır, biri can-ı candır” (10, s.60-67)

“Məni məndə demə məndə deyiləm

Bir mən vardır məndə məndən içəri. (4, s.100)

Yunus Əmrə.

Bir can var canında, o canı ara.

Cəlaləddin Rumi

“Can içindəki can”inancı ələviliyi səmavi dinlərdən fərqləndirən əsas cəhətlərdən biridir. “Haq buyurdu, mən səndəyəm, sən məndə... (4, s.102)

Gənc Abdal

Ələvi inancına görə, Qırxlardan birinin “Özü”(Məni, Ruhu) “seçilmiş varlıga”(Güruh-i Naci), Heydər`ə (Adəm) qatılmış və onun canı, seçilmiş varlıgın canı içində hər zaman yaşamaya davam etmişdir. Əsas olan, içimizdəki o canı aramaq, tapmaq, hiss etmək, dərk etməkdir. (4, s.94) Erdogan Çınar Ələvilikdəki insanın yaradılma təsəvvürlərinin Şumer dastanlarında əks olunmuş yaradılış təsəvvürləri ilə eyniyyət təşkil etdiyini yazmaqdadır. “Şumerlər eynən ələvilər kimi, ilk insanın dünya xaricindən gələn varlıqlardan birinin özünü yerüzündən seçilmiş bir varlıgın içinə qatması ilə xəlq olduguna inanırdılar... şumer Yaradılış Mifi`ndə belə bir bölüm var.

“Bir tanrı qurban edilsin

Beləcə tanrılar onda yıxanıb arınacaq

Onun əti və onun qanıyla

Nintu gili qarışacaq

Beləcə Tanrı və İnsan qarışacaq...

“O tanrının ətində bir ruh vardır

O`nun işarətləri yaşayanlarda açıga çıxacaq

Beləcə bu ruhun varoldğu unudulmayacaq”. (4, s.99) Bu Şumer şer parçasında ifadə olunan fikirlər sonralar Xristianlıqqda əks olunaraq İsanın qurban edilməsi ilə insanlığın günahları yuyulmaqdadır fikri kimi qarşımıza çıxmaqdadır..

Ələvi inancında Kainatın yaradılması.

Zamandan öncə, çatılması mümkün olan ən qədim keçmişə gedildiyində qarşımıza “Biq- banq” deyilən böyük bir partlama çıxar.Kainatın başlangıcını təşkil edən böyük partlamadan əvvəl, çox parıltılı isti və böyük bir işıq (işıq topası-Y.M) var idi. Kainatda mövcud olan hər şeyin əsli, əsası bu işıqdır. Bu işıq hər şeyin öncəsində, şərqdən qərbə, hər yeri qaplamışdı(örtmüşdü).

Yüziyirmidördmin peygəmbər əvvəli

Qurulmadan bu dünyanın təməli

Ay, Gün yayılmazdan(çıxmazdan) əvvəli

Məgribdən məşriqə dogan nur nədir?

Qul Hümmət.

Sonra böyük partlama oldu. Böyük partlamadan öncə , mövcud olan işıq topası haqda müxtəlif təsəvvürlər vardır. Jaques Girardon partlamadan əvvəlki bu işıq topası haqda yazır. “O çox təəccüblü bir an idi, böyüklüyü və İstiliyi o qədər yüksək idi ki, maddənin özü belə yarana bilmirdi. İşıqdan başqa bir şey yox idi. Bektaşiliyi sistemləşdirən və Hacı Bektaş Vəlidən sonra Bektaşi təriqətinin Babası olan Balım Sultan özündən başqa hər şeyi udan bu işıq haqqında belə deyir. 

“O nəsnə nə idi Cahanı uddu

Cahanı udandan xəbər ver indi”

Balım Sultan.

Ələvi inanışına görə,Kainatın yaradılışı “Uca bir nurdan fışkırma( böyük partlayış-biq banq) ilə başlamışdır. Bu nurdan gəliş hər şeyin əslinə dönüşünü bildirən ilahi qanunun hökmü gərəyi, Nura geri dönüş ilə nəticələnəcəkdir.

Yunus Əmrə ələvilikdəki yaradılış inancını belə ifadə etmişdir.

Yeddi göy yaradıldı işıq ilə bünyad oldu.

Torpaga nəzər qıldı, aksırıb durugəldim. (Yeddi göy gurultu ilə fışqıraraq gələn işıqla yaradıldı). (4, s.73)

Kainatın və dünyadakı yaradılışın başlangıcdan bu günə qədər olan bütün mərhələləri Ələvi nəfəslərində elmi biliklər şəklində yer almışdır.

Günümüzdən on iki milyard il öncə maddəni əridən o ən geniş,ən parlaq,ən isti işıq partlayaraq dagıldı. Bu partlamadan kainat doguldu. İnsalıgın bilə bildiyi bu ən qədim keçmişdən sonra ortaya çıxan bir ulduzun daha sonra dagılması ilə yaranan qaz buludundan günəş və dünyamız meydana cıxdı. Günəşdə olan, yanaraq işıga dönən, dünyadakı yaşayışın başlangıcı və səbəbi olan enerji, böyük partlayışdan öncə əsil qaynaqda idi. Bu enerji böyük partlamadan sonra bir ulduzda toplandı. Bu ulduzun dagılması ilə enerji günəşə keçdi və burada yanaraq işıga döndü və yer üzünə çataraq yaşayışı başlatdı. . (4, s.74)

Bir qəndildən bir qəndilə atıldım

Turab oldum yer üzünə saçıldım

Bir zaman haqq idim haqq ilə qaldım

Könlümə od düşdü yandım da gəldim.

Xətai.

Qəndil ələvi terminalogiyası içində ulduz, günəş və planet mənasında işlədilir. Xətai bu dördlüyündə kainatın və yaradılışın qısa xülasəsini ortaya qoymuşdur. (4, s.75) Ana qaynaqdan (İşıq topasından) qopan enerji, 7.4 milyard il boyunca bir və ya bir neçə dəfə, bir günəşdən qoparaq başqa bir günəşdə toplanmışdır. (Bir qəndildən bir qəndilə atıldım). Yerüzü daha yxın zamana qədər söyləndiyi kimi soyuyan bir parçanın günəşdən qopması ilə vücuda gəlməmiş,dagılan bir ulduzun toz buludu içindəki mikrondan kiçik kosmik tozlarının bir araya gəlməsi ilə yaranmışdır. (Toz oldum yer üzünə saçıldım.)

Günəşin içindəki Hidrogenin yanaraq Heliyuma çevrilməsi ilə ortaya çıxan böyük enerji, işıq şəklində yer üzünə gəlir.(İçimə atəş düşdü yandım da gəldim).

Günəş və dünya 4.6 milyard il öncə eyni zamanda ortaya çıxmışdır.Ancaq dünyada yaşayış şərtlərinin yaranması üçün müəyyən bir zamanın keçməsi tələb olmuşdur. Bu zaman ərəfəsində dünyadakı yaşayışın əsli olan enerji günəşdə qalmışdır.(Bir zaman gerçək idim, gerçək ilə qaldım). (4, s.76) Başlangıcda günəşdəki enerjinin dünyada yaşayışın əsasını qoyması üçün uygun ortamın olmadıgı və yerüzündə uygun şərtlərin olması üçün yüz minlərcə il keçməsi gərəkdiyi bir çox ələvi nəfəsində təkrarlanmışdır.

Neçə yüz min illər qəndildə durdum

Atanın belindən anadan gəldim.

Qul Hümmət

Günəşdə keçən yüz minlərcə il ərzində, fövqəladə hadisələr yaşandı.Bu fövqəladə hadisələr, yerüzünü və yer üzündəki yaşayışın təməlini qoydu.

Neçə yüz min dəfə kəramət tapdım

Qəndilin içində durdugum zaman

Pərvanə

Əsil qaynaqdan qopub gələn və günəşdə toplanan enerjinin yer üzündəki yaşayışın başlangıcı və əsli oldugu ələvi nəfəslərində ifadə edilmişdir.

Haqq bizi yoxdan var etdi

Şükür yoxdan vara gəldim

Yeddi qat ərşdə asılı

Qəndildəki nura gəldim

Pir Sultan Abdal

Ələvilik dünyagörüşündəki Yaradılış haqqında təsəvvürlər bir dini inancdan daha çox elmi mülahizələr xarakteri daşıyır. Ələvilər Yaradılış haqda bu elmi mülahizələrini “Gerçək” adlandırırlar. Buna görə də ələvi Gülbənkləri(dua) “Gerçəyin dəminə hu” cümləsi ilə başlayır.

Hu deyəlim gerçəklərin dəminə,

Gerçəklərin dəmi nurdan sayılır.  (4, s.78)

Xətai

DÖVRİYƏ. (Reinkarnasyon).

Ələvi dünyagörüşündə insan ruhunun əsil qaynagı olan gerçək varlıqdan (Vücud-u Mutlak) ayrılıb, təkrar ona dönənə qədər keçirəcəyi mərhələlərə “Dövriyyə” deyilir. Insan, atanın belinə və ananın rəhminə düşməmişdən əvvəl, öncə cansızlar (hərəkətsizliklər), sonra bitkilər və heyvanlar aləmindən keçər. Insan, cansızlar, bitkilər və heyvanlar aləmindən öncə dörd qüvvətin içindədir.

Bu dörd qüvvət torpaq, su, hava və atəş ilə təmsil olunur. İnsanın dörd qüvvətdən öncəki halı isə nurdur (işıqdır). Nur isə Vücud-u Mütləq`dən (gerçək varlıq) qopmuşdur. Dövriyə düşüncəsinə görə, Vücud-u Mütləq`dən qopan nur, göyləri, yeri, təbiəti və dünyanın dörd qüvvəsini yaratdı. Göy ata oldu, Yer və dörd qüvvə ana oldu. Yaradılış prosesi ata ilə ananın birləşməsindən başladı. (4, s.80) Ələvi inancına görə, insan ruhunun gəldiyi əsl qaynaga dönüşü ancaq insanın kamilləşmə prosesini tamamlaması ilə olur. Öncə cansız nəsnə, sonra bitki, heyvan və insan bədənlərində ortaya çıxan ruh, insan-ı kamil mövqeyinə çatdıgı zaman gəldiyi qaynaga geri dönür. Yaradan ilə bütünləşir, onun içində əriyir. İnsan-ı kamil`in gerçək yaradan olan Vücud-u Mütləq ilə bütünləşməsi ilə dövriyə tamamlanmış olur. Dövriyyə iki yaydan təşkil olan bir dairədir. Bu dairənin gerçək varlıqdan (Vücud-u mütləq) qoparaq yerüzündə cansız varlıga gələnə qədərki bölümü əhatə edən mərhələlərə enən yay (Kavs-ı nuzul) deyilir.Cansız nəsnədən bitkiyə, heyvana, insana və insandan kamil insana və kamil insandan Yaradana dönüşü əhatə edən mərhələlərə də çıxan yay (Kavs-ı uruc) deyilir. (4, s.81). Ələvilikdə dövriyə inancının bir parçası olaraq “ruhun ölməzliyi”nə və “ruh köçü”nə inanılır. Bu inanca görə ölümlü olan bədəndir, ruhlar ölməz. Bu inanc Ələvilikdə “Ruh ölməz,Tən ölür” cümləsi ilə ifadə edilir. Bədənin ölümü ilə ruh bədəndən ayrılaraq başqa bədənlər və şəkillər altında yenidən ortaya çıxar.Ruh yaşamın, həyatın özüdür. Heç bir zaman yox olmayacaq əsil qaynagına geri dönüncəyə qədər müxtəlif şəkillərdə və görüntülərdə daim var olacaqdır. Ancaq insan-ı kamil olan insan ruhu gerçək varlıga, əsil qaynaga ( Vücud-u mütləq) yəni Yaradana qovuşur, onunla bütünləşir. Ələvi deyimi ilə “Haqq ilə Haqq olur”. Haqq ilə haqq olmaq, “gerçək ilə gerçək olmaq” deməkdir.

Ələvilikdə İnsan-ı Kamil mərtəbəsinə çatmış şəxsə “Ərən” deyilir. Ərən deyimi, kamilləşmə prosesini tamamlamış, insan-ı Kamil olmuş ələvi mürşidlərini, pirlərini tanıdan sifətdir. Bu mərtəbəyə çatmış şəxlərin adları bu sifət ilə bəzənir.(Baba Ərənlər, Xorasan ərənləri, Urum(Rum) ərənləri kimi). Ərənlər ölməzlər “Haqqa çatarlar”. Bu üzdən ələvi pirləri, mürşitləri, uluları üçün öldü deyilməz, “haqqa çatdı” deyilər. Hələ kamilləşməmiş, insan-ı Kamil mərtəbəsinə çatmamış şəxslərə “xam ərvah” deyilir. Hələ kamilləşməmiş “xam ərvah”ların arxasından “dövriyəsi asan olsun” deyə dua edilər. Bu dua ilə kamilləşib yaradanla bütünləşməsi üçün “Xam ərvah”a asanlıq dilənir. Ələvi yazılı ədəbiyyatında “dövriyə”ni təsvir edən saysız nəfəslər vardır.

“Qətrə idim ümmanlara qarışdım...

Dövrə edib aləmləri dolşdım...” (4, s.82.

Varlıgın birliyi (Vəhdət -əl vücud)

Həm Batinəm həm zahirəm

Həm əvvələm,həm axıram

Həm mən O`yam, həm O mənəm

Həm O Kərim-ü xan mənəm

Yunus Əmrə.

Varlıgın birliyi anlayışı əsas olaraq, Yaradan (Xaliq) və yaradılan (Məxluq) arasında ikiliyi rədd edən, yaradan və yaradılanın tək bir varlıq və tək bir gerçək oldugunu,yaradılanın Yaradandan ayrı bir gerçəklik olmadıgını qəbul edən bir dünyagörüşdür. (4, s.105) Bu dünyagörüşə sahib olan Ələvilik Yaradan və yaradılanı ayrı qəbul edən (ikilik yardan) islamdan fərqlənir. Islamın təməli olan Allahdan başqa Tanrı yoxdur (La İlahe illallah) prinsipi Varlıgın Birliyi anlayışı içində Allahdan başqa varlıq yoxdur (La Mevcude İllallah) cümləsi ilə ifadə olunur.

Ələvi təsəvvürünə görə varlıgı Yaradan və Yaradılana bölmək ikilik yaratmaqdadır.Yaradan və Yaradılan birdir, təkdir. Bir, tək olan Yaradandır. Ancaq İnsan da daxil olmaqla yaradılmış olan hər şey Yaradanın xaricində deyil, içindədir.Yaradandan başqa varlıq yoxdur, yaradılmış olanın tamamı Yaradanın özüdür. Ələvilər bu təsəvvürü qısaca olaraq belə ifadə edirlər. “Ən böyük, ən kiçikdə gizlidir”. Bu baxımdan insan Yaradanın özüdür. Varlıgın birliyi inancı ələvilərdə “Ənə-l Haqq” (Allah mənəm) kimi ifadə olunur. Ənə-l Haqq” (Allah mənəm) ifadəsini ilk dəfə Mənsur Həllac 911-ci ildə Bagdadda söyləmişdir. Bu təsəvvür islamın təməl prinsiplərinə zidd oldugu üçün Mənsur Həllac işgəncə ilə öldürülmüşdür.

Varlıgın Birliyi inanışına görə yaradan mütləq varlıqdır. Kainatdakı bütün varlıqlar yaradanın yansımasıdır. Varlıgın birliyi yaradan ilə Yaradılışı birləşdirən, yaradılış içində dəngə saxlayan ilahi bir haldır. Yaradılışın dəngədə durmasının səbəbidir. (4, s.105-107)

Ayin-i Cəm və Qırxlar Məclisi: Ələvi inancına görə ilk Ayin-i Cəm, insanın yaradıldıgı Qırxlar Məclisində yürüdülmüşdür. Ələvilərin yerüzündə yürütdüyü Ayin-i Cəm insanın yaradılması zamanı Ərşdə toplanan Qırxlar Məclisi tərəfindən yürüdülən Cəmin yerüzündəki təkrarıdır. (4, s.108)

Ayin-i Cəm Ələvi ibadətinin təməl daşıdır. Ələvilərdə Ayin-i Cəmi ocaqzadə ələvi dədələri idarə edir. Ayin-i cəm Cəm evlərində, təkkələrdə, ələvi dədələrinin evlərində təşkil edilir. Ayin-i cəm məqsədlərinə görə, müxtəlif adlar altında təşkil olunur ki, bunlar əsasən aşagıdakılardır.

Görgü Cəmi-Ələvilərin ən böyük dini mərasimidir.

Müsahib Cəmi-iki ələvi gənci arasında Müsahib qardaşlıgı və ya axirət qardaşlıgı deyilən bagın qurulması üçün müsahib olmaq istəyənlərin tələbləri əsasında yerinə yetirilən Cəmdir. İkrar vermə Cəmi-Bir ələvinin Yola alınma törənidir.Yola alınmayan şəxs ələvi sayılmaz. Abdal Musa Cəmi-bütün kəndin iştirakı ilə həyata keçirilən Cəmdir. Toxumlar torpaga atılmadan öncə keçirilər.

Loxma Cəmi-ələvilərdə müqəddəs sayılan Çərşənbə günündən Cümə gününə keçən gecə keçirilər. Düşgün qaldırma Cəmi- düşkün elan edilib təriqətdən xaric eilən şəxsin yola alınması üçün keçirilən Cəmdir.

Dardan endirmə Cəmi- ölən şəxsin borcunu-xərcini həll etmək və cəmiyyətin halallığını almaq üçün məsrəfləri uşaqları və müsahibi tərəfindən qarşılanmaqla təşkil olunan Cəmdir. (4, s.111-112).

Ayin-i Cəmdə yerinə yetirilən On iki xidmət.

Ayin-i cəmin idarə və təşkil edilməsi on iki məsul şəxs tərəfindən həyata keçirilir. Bu şəxslərə on iki xidmətçi deyilir. Bunlar;

Pir-i mürşid: Dədə. Ayini Cəmi idarə edir; Rəhbər- Cəmdə görgüsü olanlara yol göstərir.; Gözçü-Cəmdə qayda-qanunu təmin edir; Çıraqçı-Cəmin başlangıcında Çırağ uyandırar (yandırar). Cəmin sonunda çıragı sır edər (söndürər); Zakir- Cəmdə saz çalar. Gülbənglər (dua) və nəfəslər (Ələvi dünyagörüşünü əks etdirən şerlər, hekayələr) söylər; Fərraş- Süpürgəçi.Cəm evlərini təmizləyər; Qurbançı və ya süfrəçi- Qurban kəsilmə və yemək təqdim etmək işlərini tənzimləyər; Saka- Cəmdə su paylayar.Yemək bitdikdən sonra təmizlik üçün ibrik, ləyən, havlu gətirər; Peyik- Ulaq da deyilir. Cəmin keçiriləcəyi yeri və saatı öncədən iştirakçılara bildirər; Pərvanə- Cəm Evinə gələnlər və gedənlərlə ilgilənər; Niyazçı- İbrikçi də deyilir. Cəm evinin təmizliyinə baxar; Qapıçı- Cəm təşkil olunan yerin qapısını gözləyər. On iki xidmətçi tərəfindən təşkil olunan Ayin-i Cəm müxtəlif bölümlərdən ibarətdir. Çıraq Uyarma(Yandırma); Tövhid; Meraclama; Taclama; Mum söndü; Çıragın sır edilməsi (söndürülməsi).

Ayin-i Cəm içindəki hər bölüm müqəddəs bir rəqs olan səmalarla, zakirlərin oxuduqları coşgun musiqilərlə müşayiət olunan nəfəslərlə və müxtəlif rituallarla bəzənir. Ayin-i Cəm zamanı oxunan gülbənglər(dualar) Ayin-i Cəmin ayrılmaz hissəsidir. Gülbənglər mövzulara görə adlanır. Cəm yaratma Gülbəngi, Dolu Gülbəngi, Müsahiblik Gülbəngi, Dəm Gülbəngi v. s. Ayin-i Cəm zamanı dönülən Səmalar oxunan nəfəslərlə və rituallarla dünyanın yaradılmasını, insanın xəlq olunmasını və yer üzünün keçirdiyi təkamül(Dövriyə) mərhələlərini simvollarla əks etdirər. (4, s.112-113)

Səma.

Sən, sən olduqca, səma etməkdəyəm çevrəndə,

Mən, sən olduqca,çevrəmdə dönüb durmaqdayam.

Mövlana Cəlaləddin Rumi.

Ələvi Ayin-i Cəmlərinin təməl ritualı Səma rəqsidir. Səma coşqun musiqinin müşayiəti ilə edilir. Səmanın təməl xüsusiyyəti odur ki, səma rəqsi zamanı bir yandan öz oxu ətrafında fırlanılarkən, ,bir yandan da bir dairə ətrafında dönərək, dövr edilir. Səma rəqsləri hüceyrə içindəki nüvə ətrafında fırlanan elektronları, həm öz oxu ətrafında, həm də günəş ətrafında dönən planetləri, həm öz çevrələrində və həm də başqa qalaktikaların çevrəsində fırlanan qalaktikaları, ən kiçikdən ən böyüyə, yaradılışın hər mərhələsində mövcud olan təməl dövriyəni simvolizə edir. Planetlərin,ulduzların,ulduz topalarının və qalaktikaların öz oxu ətrafında və daha böyük sistemlər çevrəsində fırlanmalarını əks etdirən bu kosmik rəqsin adı Səma-göy üzüdür. Səma rəqsində dönənlərə Pərvanə adı verilir. Ələvilikdə Pərvanə planet deməkdir ki, bununla Səmnın Kosmosdakı dövriyə üzərində qurulduguna işarə edilir. Səma rəqsində Yaradılışın ən təməl qanunu-hər şeyin fırlanaraq hərəkət etməsi ifadə edilir. Sonsuz dönməni ifadə edən ritual Bəngi Səma`sı adlanır. Bəngi “daim qalacaq olan, ölümsüz” deməkdir. (4, s.115) Kainatda hər şeyin dönməsi qanununa Ələvilikdə “Bütün kainat Səma dönər” deyilməkdədir. (4, s.116) Kainat, kainatda olan hər şeyin fırlanması ilə dəngədə (tarazlıq) durur. Səma ilə Kosmosun bu ruhu, qanunu Ayin-i Cəm içinə daşınır. Səma kainatın dəngəsinin Göy cismlərinin daim fırlanmalarının Ayin-i cəm`dəki ifadəsidir. Səma Yaradan ilə bütünləşmənin təsviridir. Hacı Bektaş Vəli Səma haqqında belə demişdir. “Səma ariflərin aləti, mühiblərin ibadəti, taliblərin maqsududur...” (4, s.116) Ayin-i cəm`lərdə Səma rəqsləri qadınlarla kişilərin bir yerdə iştirakı ilə keçirilər. Səmanın Qırxlar Səması, Durnalar Səması, Ya Xızır Səması, Könüllər Səması, Əli Nur Səması, Hubyar səması, Çarx Səması, Ərzincan səması kimi növləri var. (4, s.116) Səma zamanı musiqi müşayiəti ilə nəfəslər oxunar, ayaqlar yalın olar, əl-ələ tutulmaz. Səma dönənlər həm öz ətraflarında, həm də dairə ətrafında dönərlər, bu dönüş zamanı, Mürşidin (Pirin, Dədənin) oldugu nöqtəyə gəlincə, buraya arxalarını çevirməzlər. Dədənin durdugu Yer Çıraq taxtı(İşıq taxtı) deyilən müqəddəs məkandır. Səma zamanı Pərvanələr əllərini göyə qaldırar və yerə dogru uzadarlar, bu hərəkətlə yaşayışın qaynagı olan Günəşdən qopan İşıgın Yer üzünə yolçulugu simvolizə edilər. Ələvi inancına görə, Səma ritualı ilk dəfə Ərşdə qurulan Qırxlar Məclisində Qırxlar tərəfindən yerinə yetirilmişdir.Yer üzündə dönülən Səmalar bu Səmanı yad etmək üçündür. Bu üzdən Səma zamanı “Səmamız Qırxlar səması olsun” deyə dua edilər. “Səmahlar saf ola,..haq üçün ola, ..döndüyümüz səmalar Qırxların döndüyü səma ola. Birliyimiz, dirliyimiz və bərabərliyimiz qaim ola, daim ola. Dərgah-ı ilahiyə qeyd ola. Gerçəyə hu” (4, s.117)

Çıraq Uyarma (ÇıraqYandırmaq).

On iki xidmətçilərdən biri olan Çıraqçının çıragı yandırması ilə Ayin-i cəm başlayar. Ayin-i Cəm`in bir işıq yandırılaraq başladılması kainatın bir işıqdan doğulduğunu və yer üzündə həyatın Günəşin işıqları ilə başlamasını ifadə edir.

Yuhanna İncilində “öncə söz vardi” deyilməkdədir.Ələvilikdə isə “Öncə işıq vardı,” “işıq ilk başlangıcdır və yaradanın sözüdür” deyilməkdədir. Bektaşi ayin-i cəm`lərində öncə böyük bir çıraq yandırılır və ona “Xorasan çıragı” deyilməkdədir. Sonra bu böyük “Xorasan çıragı”ndan alınan odla “on ikilər çıragı” adlanan on iki kiçik çıraqlar yandırılar. Xorasan sözünün mənası Günəşin yeri anlamını bildirir və bu ritualla Günəşdən gələn işığın on iki Yer üzünü aydınlatdığı ifadə edilir. Bəzi Bektaşi təkkələrində isə yalnız bir böyük Çıraq yandırılar və adına ərəbcə bir kəlmə olan “Sirac-ı Münir”deyilir ki, bu da günəşi simgələyir. Sirac-ı münir aydınlatan işıq deməkdir. Çıraq yandırma ritualı yaradılışın işıqla başladığını, bu işığın qaynağının öncədən var olan əsil qaynaq olduğunu simgələyir. Bu rituala “dəlil uyarmaq”(sübut göstərmək) da deyilir. Ələvilikdə “Dəlil uyarmaq” “İşıq Yaradılışın sübutudur” düşüncəsinin təsdiq edilməsidir. “Çıraq uyarmaq” ritualı yerinə yetirilərkən zakirlər oxuduqları nəfəslərdə Yaradılışın işıqla başladığını, insanın yerüzündəki həyatının başlanğıcından əvvəl, işıq və enerji formasında günəşin içində olduğu qeyd edilməkdədir. (4, s.118-119)

Tövhid (Varlıgın birliyi).

Ayin-i Cəm`də Çıraq yandırıldıqdan sonra Zakir Dünyanın Yaradılmasını əks etdirən bir nəfəs söyləyər. Sonra Səma rəqsləri edilər. Səma`dan sonra Tövhid başlanar. Tövhid bölümündə Ələvi dünyagörüşünün əsası olan “Varlıgın birliyi” inancı simvollarla, musiqi və rəqslə, nəfəslərlə ifadə edilər. “Vəhdət-i vücud” adlanan “Varlıgın Birliyi” inancı varlıgın yaradan və yaradılan olaraq ikiyə ayrılmasını rədd edir, varlıgın yaradan və yaradılan olaraq ayrılmasını “birliyi pozaraq ikilik yaratmaq” oldugunu və bunun qəbul edilməzliyini örəli sürür.Yaradan və yaradılan eyni bütünün parçalarıdır.Yaradılan Yaradandan gəlmişdir və ona dönəcəkdir. Ən böyük ən kiçikdə mövcuddur. Bu səbəbdən insan, Yaradanın yansıması hesab edilməlidir.

“Ene-l Haqq” (Mən Allaham) şəklində ifadə olunan Varlıgın Birliyi (Vədət-i vücud) inancı həm də “Allahdan başqa varlıq yoxdur (La Mövcude İllallah) ifadə edilir. Ayin-i Cəm`in Tövhid bölümündə Ələvilər ekstaz vəziyyətində yaradanla bütünləşirlər, buna görə də Tövhid Ayin-i Cəm`in ən yüksək nöqtəsi hesab olunur. Bu yüksək nöqtədə Yaradan ilə yaradılan birdir, eyni ilahi qanunlara bağlıdır.Yaradılan Yaradanın aynasıdır (güzgüsüdür),ondan gəlmişdir və O`na dönəcəkdir ideyası ilə, Səma rəqsləri edən ələvi Yaradanla bütünləşir, ”Canlar birləşir”, Vəhdət-i Vücud baş verir. Yaradılışın dəngəsi yaradanla Yaradılanın birliyindən doğar. (4, s.122)

Meraclama

Ayin-i Cəm`in “meraclama”bölümündə insanın yaradılışından öncə, seçilmiş varlığın Göy üzünə alınması və yaradanın özü (ruhu) nün və surətinin seçilmiş varlıga qatılması ilə insanın yaradılması hekayə edilir. Ələvi inancında Göyə yüksəldilən varlıq Qırxlar məclisində hüzura alınır. Ərşdə toplanan bu məclisdə göyə yüksəldilən seçilmiş varlıga (Güruh-i Naci) yaradanın ruhu və surəti qatılaraq insan yaradılmışdır. İnsan Qırxlar Məclisində (Ələst-i Bəzmi) yaradılmışdır. Ərşdə toplanan Qırxlar məclisində yaradılmanın gerçəkləşməsi üçün ilk öncə seçilmiş varlıgın (Güruh-i Naci) ərşə yüksəldilməsi gərəkdir. Ələvi inancında Güruh-i Nacinin Göyə yüksəldilməsi “Merac” adlanır.

Ərəb sözü olan Merac Göyə yüksəlmə mənasında işlədilir. İslam dinində Merac Hz.Məhəmmədin Göyə yüksəldilərək Allahın hüzurunda qəbul edilməsi və Bakara surəsinin son ayətlərinin burada Peygəmbərə təblig edildiyi və beş vaxt namaz qılmanın fərz oldugunun Peygəmbərə çatdırılması haqqında hədis vardır. Lakin islam alimləri bu hədisin səhihliyi barədə mübahisələr etməkdədirlər.

Ayin-i Cəm`in merac bölümündə merac hekayəsinə Hz.Məhəmmədin də meracı qatılaraq söylənməkdədir.Ələvilər özlərinin merac hekayələrini islama qataraq sir kimi qorumuş, islam içində yaşatmışlar. (4, s.123-125)

Müsahiblik

Ayin-i Cəm`də “Meraclama” seçilmiş varlığın ərşdə toplanmış Qırxlar Məclisinə yksəldilməsi ilə bitdikdən sonra, Qırxlar məclisində seçilmiş varlığın-insanın yaradılması hekayəsi “Müsahib edilmə”bölümündə anladılır. “Müsahib” və ya “Din qardaşlığı” adəti aralarında qan bağı olmayan iki şəxsin arasında “qan qardaşlığı”nın yaradılması mərasimidir. Ələvilikdə Müsahib edilmə inancın yeddi təməlindən (Fərz) biridir. Müsahiblik, Müsahib edilmə cəmi adlanan toplantıda təşkil olunur. Müsahiblik sosial bir təsisatdır və ələvilik inancına görə, Qırxlar məclisində bir mələyin (bu mələk İslam inancında Cəbrayıl, Ələvi inancında Qırxlardan biri adlanır) özünü seçilmiş varlıga (Güruh-i Naci) qatmasını, müsahib olmasını əks etdirir. İrina Melikova bu inancı “...Cəbrail ilə Adəm qurşaq qurşanmış, qardaş olmuşlar” kimi təsvir edir. Özünü seçilmiş varlıga qatan mələk yaradılan insana belə deyir. “Mənim qanım sənin qanın, mənim ətim sənin ətin, mənim aglım sənin aglın, mənim ruhum sənin ruhundur”. Burada mələyin insana transfer edilməsi, insana genetik keçiş təsvir edilir. Ələvi nəfəslərində Mələyin bədən, ruh və idrakın insana keçişi sırasında mələyin Tanrıya asi olması, sonra isə O`na boyun əyməsi və insanın yaradılması üçün özünü fəda etməsi təsvir edilmişdir. Ərşdə gerçəkləşmiş bu hadisədə Mələk qanını, ətini, aglını, ruhunu insana vermiş və yeni yaranan insanla qardaş olmuşdur. “Müsahib edilmək”bu qardaşlıgın yer üzündə təkrar canlandırılmasıdır. Yaradanın bütün xüsusiyyətlərini özündə daşıyan bu insana “Heydər” deyilmişdir. (4, s.126-129) Mum söndü.

Başlangıcda söz vardı, söz tanrı ilə birlikdəydi və söz Tanrıydı. Başlangıcda O Tanrıyla birlikdəydi. Hər şey onun araçılıgı ilə var oldu, var olan heç bir şey O`nsuz olmadı. Yaşam O`ndaydı və yaşam insanların işıgıydı. İşıq qaranlıqda parıldayar.Qaranlıq O`nu qəbul edə bilmədi (ona paxıllıq etdi-Y.M) (2, s.1332; 4, s.133).

Ayin-i cəm`in sonlarına dogru icra olunan “Mum söndü” bölümündə bir anda çıraq söndürülür və sonra yandırılır. Bununla Dünyanın keçirdiyi qaranlıq dövrlər, təbii fəlakətlər, mədəniyyətlərin və sivilizasiyaların yox oluşu anladılmaqda, dünyanın təkrar işıga qovuşması, həyatın günəş və işıqla başladıgı təsvir edilməkdədir. Lakin “Mum söndü”mərasimi ələvilərin “cinsi sapıqlar” kimi adlandırılmasına səbəb oldugu üçün Ayin-i Cəm mərasimlərindən çıxarılmışdır. Dünyanın qaranlıq dövrünü, işıgın qaranlıqla olan mübarizədən qalib çıxmasını simgələyən “Mum söndü” mərasimi bir çox xalqlarda Yeni il gecəsi işıgın söndürülüb yandırılması adəti halında yaşamaqdadır.

Çırağın “Sır” edilməsi.

Ayin-i Cəm`in qapanış ritualında çıraqçı çıragı Ayin-i Cəm`in keçirildiyi meydana gətirir. On iki xidmətçi öndə duran Pirin arxasında düzülür.Çıraqçı bu Gülbəngi(Dua) oxuyur.

“Allah, Allah

Çox öydüyümüz nurun işığı gizli oldu

Məhəmmədin günəş üzü açığa çıxdı

Gerçəyə hu”.

Gülbəng oxunduqdan sonra çıraqçı “çırağı sır edər”(gizlədər) və Ayin-i Cəm sona çatar. Ayin-i Cəm`in bu hüznlü və mistik qapadılma ritualında çıraq üçün söndürmə və ya qapadılma terminləri işlədilməz, “Sır edilər”(gizlədilər) termini işlədilər ki, bununla Ələvi dininin Məhəmmədin dinində gizlədilərək qorunub saxlanıldığı ,işığın, gerçəyin ortadan qalxmadığı simgələnir. (4, s.134)

III hissə 

Hetorodoks İslam Hərəkatları: Qızılbaşlıq-Bektaşilik-Ələvilik.

Heterodoks islam anlayışının əsas qurucularından olan Fuat Köprülü bir məqaləsində XIII-XV yüzillər arasında Anadoludakı dini təşkilatlanmadan söz edərkən Sufizmə əsaslanan heterodoks islamdan söz etməkdədir. (2, s.297-310) Cemal Kafadar ...təriqətləri və dini hərakatları “ortodoks” və “heterodoks” deyə iki qrupa ayırmağın asan olmadığını bildirir və “metadoksi” deyə yeni bir termin təklif edir. “Osmanlıda osmanlı Dövlətinin ilk quruluş illərində köçəri-bəylik mədəniyyətinə əsaslanan (Osman və Orxan qazilərin dövründə) Türkmən ənənələri ilə qarışmış sünniliklə, Dövlətin yüksəliş illərində Türkmənlərin Oturaq həyata və hüquq dövlətinə, bürokratik şəhər mədəniyyətinə keçməsi nəticəsində formalaşmış mədrəsə mədəniyyəti ,(Fikh və kəlama əsaslanan islam) ilə formalşmış sünnilik eyni deyildir. (6, s.22) Fuat Köprülü, Abdülbaki Gölpınarlı və Əhməd Yaşar Ocak kimi tarixçilərin “heterodoks” adlandırdıqları Anadolu Səlcuqlarına qarşı böyük üsyan qaldırmış türkmən şeyxi Baba İlyasla onun müridləri olan Şeyx Edebalı və Hacı Bektaş Velinin yolları da fərqlidir. ...Şeyx Edəbalı və Hacı Bektaş Vəli ilə Osman Qazi və Orxan Qazi Babai-Vəfai təriqətlərinə mənsubdurlar. Bunların hansı ortodoks, hansı heterodoksdur bunu müəyyənləşdirmək olmur. ...Camal Kafadar “ortodoks” və “heterodoks” terminlərinin Osmanlı dövlətinin hüquq dövlətinə çevrildiyi zamana qədərki Anadolunun son dərəcə rəngli dini tablosunu izah edə bilməyəcəyini bildirərək “doxy”lərin fövqündə bir “metadoxy” vəziyyətinin yrandıgını bildirir. “Metadoxy” ,yəni “doxy” fövqündə bir müsəlmanlıq. (6, s.22-23) Anne Marine Şimmel, İrina Melikova kimi Sufi tədqiqatçılarının yazdıqlarına görə, XIII-XV əsrədək Türk xalqları arasında Yəsəvilik, Bektaşilik, Əxilik, Ələvilik-Qızılbaşlıq təriqətlərinin yaydığı Xalq İslamı hakim olmuşdur. İrina Melikova Türk xalqları arasında yayılmış Xalq İslamını “İslamlaşmış Şamanizm”adlandırmışdır.

Anadolunu fəth edən Türklər zamanla Oturaq həyat tərzinə keçərək şəhərliləşməyə başladılar. “Oturaq həyat tərzi dərvişlərin şəhər və qəsəbələrə yaxın yerlərdə qurulan təkkələrə yerləşməsinə səbəb oldu. Bu dərvişlər Osmanlı hakimiyyətinin ilk üç yüzili boyunca, onlara ehsanlar verən, ərazi bagışlayan padişahlar tərəfindən qorundu. Osmanlılar yeni fəth etdikləri torpaqların koloniləşdirilməsində də bu təriqətlərdən istifadə etmişlər. (Kolonizator Türklər)

Osmanlılar təkkələrdən Anadolunun müqədəs yerlərindəki heterodoks və üsyan, igtişaş çıxaran ünsürlərin nəzarət altına alınmasında da istifadə etmişlər. Bu yerlərdə Abdallar, Torlaklar, İşıklar və Qələndərilər adı ilə bilinən bəzi anarxist dərviş qrupları ortaya çıxmışdı. Bu qrupların öz dini liderləri, yerli övliyaları var idi. Fəqət bir müddətdən sonra osmanlı hökmdarlarının fəaliyyətləri nəticəsində bu övliyaların hamsı tək bir şəxsiyyətin adı altında toplandılar: Bu Xalqın dini yaşayışına hakim olan Hacı Bektaş Vəli idi.

Ələviliyin iki qolu. Bektaşilik və Qızılbaşlıq.

İslam dövründə Türklər arasında formalaşmış Köçəri və oturaq şəhər mədəniyyəti arasındakı fərqlər islamın yayılma və təşkilatlanma formasında da fərqlərin doğmasına səbəb olmuşdur və bu fərqlər oturaqlaşmış, dövlətləşmiş,şəhərliləşmiş türklərin hüquq dövlətinə, hüquq anlayışına sahiblənməsinə, beləliklə fiqhə əsaslanan ortodoksal bir islam inancını(mədrəsə islamı) mənimsəməsinə səbəb olmuşdur. Oturaqlaşmamış, şəhərləşməmiş türklər isə islam öncəsi əski mədəniyyətlərin və inancların sintezindən doğulmuş sinkretik dünyagörüş olan heterodoks islam(təkkə islamı, xalq islamı) anlayışını mənimsəmişlər. Ortodoks və hetorodoks islam inancına söykənən türklər arasında zaman-zaman savaşlar baş vermişdir. Bu savaş dövlət sistemi ilə əşirət sisteminin, hüquqla-xalq inanc sisteminin, mədrəsə islamı ilə təkkə islamının, oturaq mədəniyyətlə köçəri mədəniyyətlərin qarşıdurmasından yaranmışdı.

Türklər islamı qəbul etdikdən sonra, islam içində formalaşmış Ələvilik adlanan heterodoks islam anlayışı içində iki fərqli qrup ortaya çıxmışdır.. Şəhərlərdə qurulmuş Təkkələrdə oturaq həyat sürən Bektaşilər və çöllərdə köçəri və yarımköçəri həyat sürən Qızılbaşlar. Qeyd etməliyik ki, həm Osmanı dövlətini, həm də Səfəvi qızılbaş dövlətini quran Türklər (Müəllifi bəlli olmayan “Tarix-i Qızılbaşan” əsərində Şeyx Heydər (1460-1488) zamanında böyük bölümünü Azərbaycan və şərqi Anadolu türkmən boylarının- Şamlu, Rumlu, Ağacəri, Bayramlı, Əkrəmi, Ördəkli, Qaraçorlu, Ağqoyunlu, Bayındırlı, Mosullu, Pornak, Şeyxavənd, Çepni, Bayat, Bayat və Bozçalu, Arapgirli, Hınıslı, Tekelu, Qaraqoyunlu, Alpavut, Baharlı, Cagirlı, Qaramanlı, Saadlı, Hacılı, Bayburtlu, Varsak, Evoğlu, Qaracadağlı, Kürt tayfaları, Lur tayfaları, Ustaclı, Zülqədər, Avşar və Qacarların Qızılbaş tayfalarını təşkil etdiyi qeyd edilmişdir) ilk öncə xalq islamına-Ələvi inancına malik olmuşlar.

Aran, Şirvan, Şərqi Anadolu, Azərbaycan, İraq-ı Əcəm, İraq-ı Ərəb, Kirman, Fars və Xorasan bölgələrini Səfəvi dövləti tərkibində birləşdirən Qızılbaşlıq İslamla Türklərin əski inanclarının və gələnəklərinin sintezindən formalaşan” xalq islamıdır. Qızılbaşlıq türk tarixinin ən önəmli köç dalğalarından birisinin nəticəsində ortalığa çıxmış olan, təməlində Türk mədəniyyəti, Vəhdət-i vücud dünyagörüşünü mənimsəyən və məzhəb təəssübü çəkməyən sufilik anlayışıyla yoğrulmuş müsəlmanlıq və böyük Əhl-i Beyt sevgisi olan sosio-politik fərqliləşmə hərəkatıdır. Qızılbaşlıq dünyagörüşünün formalaşmasında Xorasanda formalaşmış və sintezləşmiş Hind,Türk və fars kökənli dini və təsəvvüf cərəyanları- Şiəlik, Batinilik, İsmaililik, Hənəfilik,Cəhmilik, Zəndəkilik, Cəbriyyə və Mürcilik, Zeydiyyə, Xaricilik, Məlamilik, Sufilik, Məvaliliyin ilk təmsilçisi Salman Farsi, don dəyişdirmə-donbadon və reenkarnasion inancını Heterodoks islam anlayışına yükləmiş Əbu Müslim və ədalətin islam xalqları arasında bərabərhüquqlu şəkildə təmini ideyasını yayan İshaq ət-Türki hərəkatları, Fatimilik (Əbu Müslimin qızı və davamçısı, Əl-Mukanna kimi də tanınır-Y.M) , Babəkilik-Xürrəmilik, Göy Tanrı təsəvvürü ilə Türk atalar və ruhlar kultunu sintez etmiş Yəsəvilik, Buddizm, Maniheizm, Xristianlıq, Babailik, Ayyarilik, Qələndərilik, Vəfailik, Hürufilik ideyalarını özündə birləşdirən Heterodoks islam anlayışı durur. Səfəvi idologiyası din olaraq İslam, məzhəb olaraq Şiyə, təriqət olaraq Səfəvi –sufi ənənələri və iyerarxiyasının sintezindən ibarət idi. Səfəvilik türk islam dünyasında iç-içə bir-birini təsirləndirən, motivləndirən,qarşılıqlı əlaqələr və təsirlənmə nəticəsində orta əsrlərin fikir və siyasi quruluşuna yaxından təsir edən faktorların nəticəsində meydana gələn bir hərəkat olmuşdur və Sührəvərdilikdən, Hürufilikdən,Əxilikdən , Xürrəmilikdən təsirlənmişdir. “Qızılbaşlıqda qam –ozan anlayışı aşığa, ata-dədə anlayışı şeyx-dərvişə dönmüşdür. “Hülul (Allahın insanda təcəllisi), tənasüh(ruhun öldükdən sonra başqa bədəndə yenidən doğulması), don dəyişdirmə (ruhun bir bədəndən başqa bədənə çevrilməsi)” ideyaları Qızılbaşlığa mistik heterodoks anlayışlar yükləmişdir. Qızılbaş adı Səfəvi dövlətinin qurucusu Şah İsmayılın (Şah İsmayıl Abbasilər dövründə yüksəlmiş Türk məvali kimliyi ilə Xorasan kökənli Türk Xalq islamını sintezləyən hökmdardır və Xətai adı ilə yazdığı Türkcə şerləri ilə Türk Xalq ədəbiyyatı ilə divan ədəbiyyatı arasında körpü rolu oynamış, Nəsimi, Füzuli, Nəvai, Saib Təbrizi ilə bərabər Türk ədəbiyyatının formalaşmasında böyük rol oynamışdır) babası Şeyx Heydər (1460-1488) zamanında ortaya çıxmış, şeyx Heydərin və müridlərinin 12 qırmızı zolaqlı başlıq taxdıqlarına görə deyilmişdir. Bu başlıga Tac-ı Haydari, yəni “Heydərin tacı” deyilirdi. Osmanlı bölgələrində Qızılbaş “zındıq” və “zındıq asi” (yəni ortodoksal islam qaydalarına əməl etməyənlər) mənasında deyilmiş, bu aşagılayıcı adın yerini sonradan Ələvi adı almışdır. Qızılbaşlıgın yerini almış Ələvilik zamanla Türkiyədəki heterodoks qrupların adı halına gəlmişdir. Ələvi sözü bu qrupların ilahi bir kimlik hesab etdikləri Əliyə ibadət etmələrinə işarədir. Iranda isə Əliyə ibadət edənlərə Aliüllahi deyilməkdədir. Iranda Ələvi sözü Əlinin soyundan gələn şəxs, yəni Seyyid anlamına gəlməkdədir. Osmanlı bölgələrində Qızılbaşlar zındıq, rafizi, Şiyə və mülhid , daha sonralar Ələvi adlandırılmışlar. Qızılbaş adı Şah İsmayılın babası Şeyx Heydər (1460-1488) zamanında ortaya çıxmış, şeyx Heydərin və müridlərinin 12 qırmızı zolaqlı başlıq taxdıqlarına görə deyilmişdir. Bu başlıga Tac-ı Haydari, yəni “Heydərin tacı” deyilirdi.Osmanlı bölgələrində Qızılbaş “zındıq” və “zındıq asi” mənasında deyilmiş, bu aşagılayıcı adın yerini sonradan Ələvi adı almışdır. Qızılbaşlıgın yerini almış Ələvilik zamanla Türkiyədəki heterodoks qrupların adı halına gəlmişdir. Ələvi sözü bu qrupların ilahi bir kimlik hesab etdikləri Əliyə ibadət etmələrinə işarədir. Iranda isə Əliyə ibadət edənlərə Aliüllahi deyilməkdədir. Iranda Ələvi sözü Əlinin soyundan gələn şəxs, yəni Seyyid anlamına gəlməkdədir. (11,s.8-9; 8, s.364). İsmyıl Mahmudova görə isə “Səfəviliyin ortaya çıxması... xalq islamı və ya heterodoks islam anlayışı içində axtarılmalıır”. (8, s.363) Bir çox araştırmaçı Qızılbaşlıq anlayışını Şiyəlik adlandıraraq, səfəviləri “Müfrit şiyələr” kimi xarakterizə etmişlər. Ancaq şah I Təhmasibə qədər Səfəvilərin Şiyəliklə o qədər də əlaqələri olmamış, Osmanlıların sünniliyi dövlət ideologiyası qəbul etməsi nətcəsində Şah İsmayıl da Şiyəliyi dövlət məzhəbi elan etmişdir. Ancaq buna rəgmən həm Şah İsmayıl özü, həm də Qızılbaş boy bəyləri daim Türk xalq islam inancına sahib olmuşlar. Şah İsmayıl şiyəliyi dövlət məzhəbi kimi qəbul etdikdən sonra Səfəvilər Şiyə alimlərini- Şeyx Nurəddin Karaki, Şeyx Əbdüləli b. Əli, Qiyasəddin Mənsur b.Sədrü-l Hükəma,Şəhid Sani, Şeyx hüseyn Amili, Şeyx Bəhaəddin Amili, Mir Məhəmməd Bakir b.Şəmsəddin Damad, Əbül Qasım,Yəhya Sədrəddin Şirazi, Məhəmməd Tağı Məclisi, Məhəmməd Murtaza Kaşani, Məhəmməd Bağır Məclisini Ərəb bölgəsindən, xüsusilə də Cibal-i Amel`den dəvət etmişlər. (8, s.363) Ahmed Yaşar Ocak Səfəviliyin təməllərini təşkil edən Heterodoks islam anlayışı haqqında daha geniş açıqlma verməkdədir. “Bu heterodoks islam köçəri Türklər arasında xaricdən gətirilmiş və ya o zamankı islam dünyasında mövcud olan bir sıra heterodoks mezhebler kimi, illərlə sürən teoloji mübahisələr nəticəsində yaranmadı. Bu heterodoks islam izahı zatən öncəki dinləri vasitəsi ilə alışdıqları mistik mədəniyyət üzərinə yeni mistik xüsusiyyətlərlə gələn islamın geniş şəkildə qədim dinlərin qalıntıları ilə -bunları mifoloji şifahi ənənələr halında saxlayan sosyo-mədəni bir zəmində-birləşərək dəyişimə ugramasıyla zaman içində meydana gəldi”. Bu heterodoks islam XV yüzilin sonundan başlayaraq XVI yüzil boyunca Anadoluda bir qism elat(yarı oturaq, yarı köçəri) türkmən zümrələrini geniş şəkildə təsiri altına alan On iki İmam (İmamiyyə) Şiəliyinin , Hz.Əli Kultu, on iki imam kultu və kərbala kultu kimi Şiyə motivlərini sonradan qazanmışdır. (12. s.43-46 ; 8, s.364) Türk xalq islam inancı Şiyə anlayışından fərqli olub, böyük ölçüdə Şamanist ünsürlərin İslamlıqla sintezindən qaynaqlanırdı. Bu inancın şəkillənməsi IX-X yüzillərə qədər uzanmaqda olub, Əhməd Yəsəvinin gətirdiyi izahla daha da təkmilləşdi. Ən sonda Qızılbaşlıq və Ələvilik halını alacaq bu inanc biçimi xüsusilə köçəri Türk qrupları arasında yayılmışdı. Əhməd Yaşar Ocaq köçəri və yarım köçəri türk ünsürləri arasında yayılmış bu dünyagörüşü belə açıqlamaqdadaır. “Təsəvvüf, XIII yüzil Anadolusunda (Azərbaycandakı Türk kəsimi üçündə keçərlidir-İ.M) köçəri və yarım köçəri çevrələrdə də qüvvətli təmsilçilər tapdı. Çöllərdə köçəri, yarı köçəri bir həyat sürən Türkmənlərlə birlikdə olan və qədim qam-ozanlara bənzəyən babalar, mədrəsə mənşəli fəqihlərin öyrətdiklərindən daha bəsit və sadə bir İslam anlayışı yayırdılar və bu arada Anadolunun( və Azərbaycanın şərtlərinə uygun-İ.M) bir xalq təsəvvüfü formalaşdırılırdı.Bu səbəbdən Türkmən dədələrinin təlqin etdiyi müsəlmanlıq, bu çevrələrdə sadə və xurafatla dolu bir sufilik halında formalaşırdı. Bu bir növ Xalq islamı idi və bu xalq islamı, sünni xüsusiyyət daşımaqdan çox, heterodoksi bir xüsusiyyətə sahib idi. Çünki bu dədələrin xitab etdiyi Türkmən boyları hələ səthi bir şəkildə islamlaşmış olduqlarından qədim Şaman inanclarını və ataları (əcdadları-Y.M) ilə baglı bir sıra kultları mühafizə etməkdəydilər. Şəhərli İran mədəniyyətinin hər cür təsirindən uzaq qalan və Türkcə danışan bu əhali, abdal, baba və ya dədə ünvanlarını daşıyan bilgə ozanlarının çıxışlarını həyəcanla dinləyir və onların söylədiklərini yerinə yetirirdilər. Bu ünvanları daşıyan müxtəlif heterodoks qruplara mənsub olan bu köçəri xalq mütəsəvvifləri ayrıca, mənsub olduqları cəzbəçi ( sufi ritualları zamanı sufinin Allah eşqi ilə asket halına keçməsini bildirən hal –Y.M) sufi məktəbin vətəni olan Xorasan bölgəsinə nisbətlə Xorasan ərənləri şəklində xüsusi bir ünvanla adlandırılırdı. ((13, s.63; 8, s.365)) Qızılbaşlar qruplara ayrılırdı.Hər qrup bir Dədənin rəhbərliyində bir Ocaga baglı olurdu. Dədəlik silsiləsi (soy ağacı) Əlidən gəlmək məcburiyyətindədir. Dədə seyyid olmalıdır. Bu Dədəlik institunun qanuniliyi (Legitimliyi) üçün şərtdir ki, bu da Qızılbaşlığın Şiyəliklə iç-içə girdiyini göstərməkdədir.(9, s.207) (Hazırda İranda imamət sistemi Qızılbaşlardakı Dədəlik sisteminə oxsardır. İmamət sistemində imam (mənəvi rəhbər)-Əhli beyt üzvü olmalıdır.

Fuad Köprülü Ələvi ya da Qızılbaşları “Çöl-Bektaşiləri” olaraq tanıtmışdı. Gerçəkdən də onlar qanun xaricində (anarchique) daha az inkişaf etmiş, şəhərliləşmədiklərindən fiqhə deyil, əski ənənələrə, törələrə əsalanmış bir formada həyat tərzi keçirmişlər. Şəhərləşməmiş, bürokratlaşmamış, müəyyən bir qayda qanun və hüquq sistemini mənimsəməmiş köçəri türkmənlər, şəhərləşmiş, bürokratlaşmış şəhərli türklər tərəfindən sosio-mədəni baxımdan daim aşagılanmışlar ki, sosyal haqsızlıqlardan, sıxıntı və ayrılmalardan bezmiş qızılbaşlar buna cavab kimi narazılıqlarını üsyanlarla bəlli etmişlər. Sosial haqsızlıqla bərabər, dini qayda-qanunların ( mədrəsə islamı) da təzyiqi Qızılbaşlarda daim üsyan duygusunu körükləmiş, bu səbəbdən Qızılbaş deyimi “asi”, “Zındıq”(dindən sapmış) sözləri ilə bərabər mənalarda qavranılmağa başlamışdır. Bu üsyançı zümrələrin əsas xüsusiyyətləri dini sinkretizmə əsaslanan inanclara, islam öncəsi adət-ənənələrə üstünlük vermələri idi və islam qanununa (fikh) əməl etməmələri onların sosial-hüquqi sistem xaricinə itələnmələrinə səbəb olmuşdu. Oturaq həyat tərzini mənimsəməmələri onları mərkəzi idarəetmə gücünün(Dövlət idarəetməsi) hədəfinə çevirmişdi. Buna görə də bu zümrələr özlərini qorumaq üçün gizlilik qaydalarına əməl etmək məcburiyyətində qaldılar. Xalq islamına inanan, təriqət və təkkələr formasında təşkilatlanan bu zümrələrin, rəsmi dindən fərqli oldugu üçün qanundan xaric elan edilən və nəzarət altına alınan dini dünyagörüşləri –müqəddəs mətinlərin batini izahlarına, təfsirinə əsaslanan gizli bilikləri, yad olanların sülükü (təriqətə girişi), qapalı yerlərdə gecə mərasimləri, gizli mənası olan ezoterik ədəbiyyatlardan və biliklərdən istifadə edilməsi, saliklərin aralarında danışdıqları gizli dil və s. kimi bütün ünsürlər sintezləşərək– bir irfan (gnose, biliklərin cəmi) formasına çevrildi.

Heterodoks islam anlayışının siyasi hadisələrə olan yaxınlıgında Üsyançı Mehdiçi ideologiyasının böyük təsiri vardır. “Qədim Mesopatomiya kökənli İran Mesiyanik (qurtarıcı, xilaskar) mədəniyyətinin bir qatqısı olan bu xarakter, IX-X yüzillərdə Orta Asyadakı ( Əbu Müslim, Əl-Muğanna, Babək, Fravartiş-Y.M) XIII yüzildən etibarən də Anadolu və Balkanlardakı mərkəzi idarəçilərə qarşı həyata keçirilən bir sıra dini-sosyal xalq həraktlarında çox açıq formada ortaya çıxmışdır. (8, s.365) İrina Melikova Fernand Braudelə istinad edərək yazır ki, Kiçik Asiya, savaş(müharibə) və təsəvvüf coşqularının ölkəsi idi. Bu mənzərə Osmanlı İmperatorlugunun ilk üç yüzilinin sosio-mədəni quruluşunun əsas xüsusiyyəti idi. İlk Osmanlılar qələbələrini müharibənin və dinin iç-içə girdiyi döyüşkən bir təriqət cöşqusu içində davam etdirdilər. Dərvişlər Qazi oldular, yeniçərilər Bektaşilərə baglandılar. (9, s.220) XIII yüzildə Səlcuklu Anadolusunda baş verən Babailər üsyanı, XV yüzillikdə Balkanlarda baş verən Şeyx Bədrəddin üsyanı və nəhayət XVI yüzillikdə Anadolu üsyanlarının böyük bir hissəsi bu heterodoks islam anlayışını özündə ehtiva edən üsyançı mehdiçi ideolojiyi əks etdirən tipik mesiyanik üsyanlardır. (8, s.365) 1511-ci ildə Antalyada Təkəlilər boyundan, təkkəsinə II Bəyazid tərəfindən daim mükafatlar bagışlanan Həsən Xəlifənin oglu Şah Qulu özünü Mehdi elan edərək üsyana başladı. 1520-ci ildə Osmanlıda Sivac və Kayseri arasındakı Sızır kəndində Təkkəsi olan Şah Vəli ibn Şeyx Cəlal özünü Mehdi-i Halife-i Zaman və Mehdi-i Dövran elan edərək üsyana başlamışdı.(....)

1526-27-ci ildə Qələndəroglu üsyanı, Hürufi üsyanları, Pir Sultan Abdal üsyanı Bektaşi-Qızılbaş təsəvvüf dünyagörüşünə baglı şəxslərin üsyanları idi. Bu üsyanların motivi ilk çaglarda sosial narazılıqlar və tələblər deyildi, daha çox dini-ideoloji xüsusiyyət daşıyırdı. Həzrəti Hüseynin al qanının simgəsi olan Qızılbaşların qızıl Bayragını dalgalandırmaqla üsyan rəhbərləri Hüseynin qanının qisasını almaq, düşmanları xəlifə Mərvanla,Yezidi lənətləmək hərəkatları idi. Köçəri xalq təbəqələrinin dini inanclarında əks olunan şiyəlik ünsürləri Səfəvilərin təbligatı ilə bir Şiyə hərəkatına çevrildi. Hüseynin ailəsinə sevgi və düşmanlarına nifrət mənsında, Şiəliyin Təvəlla və Təbərra qanunu üsyanların ideya qaynagı idi. . (9, s. 230-231) Bu üsyanlar Sünni, Mədrəsə və Fikh islam sisteminə və bu islamın siyasi-hüquqi təmsilçisi olan Mərkəzi hökümətə, Osmanlı sultanlarına yönəlik idi. Beləliklə qeyd edə bilərik ki, XV yüzilin ikinci yarısında ilk Səfəvilərin, Şeyx Heydər, oglu Cüneyd və Şah İsmayılın fəaliyyəti ilə Anadolunun Şərqində başlanan Qızılbaş hərəkatı ilə Təsəvvüfçü dünyagörüşə üsyan düşüncələri sirayət etdi, Şeyx Heydərin fəliyyəti ilə təsəvvüfə üsyana və zorakılıga meyl edən düşüncə girdi. Ancaq I.Səlimin hökmdarlığı dövründə Qızılbaşlara qarşı törədilən kütləvi qırğınlar ələvi-Bektaşilər arasında cox dərin kədərli xatirələr buraxmışdır. Bu qırğınlar 1512-ci ildə I Səlimin cülusunda, müfti Həmzə tərəfindən Qızılbaşlara qarşı verilən Fitva ilə qanuniləşdirildi. Rəsmi qaynaqlara görə, 40.000, Ələvi-Bektaşilərə görə isə daha çox insan qırğına ugradı. Müfti Həmzənin verdiyi Fitvada Qızılbaşlara qarşı həyata keçirilən qırğın “bir dini vəzifə, bir savab idi”. (9, s. 220) XIII yüzillikdən etibarən Heterodoks İslam anlayışı Sufilik hərəkatı içində Qələndərilik,Yəsəvilik, Heydərilik və Vefailik kimi təriqətlər tərəfindən mənimsənərək Andoluda yayılarkən,Qızılbaşlıq da Şeyx Cüneyd tərəfindən yaradılaraq Ərdəbildə qurulmuşdu. (8, s.365) Osmanlı padşahları Erdəbil təkkəsini daim dəstəkləmiş,saygı göstərmişlər.

XV yüzilliyin son illərində başlayan Səfəvi təbligatının təsiri ilə və Şah İsmayıl Səfəvinin öndərliyində On iki imam Şiyəliyinin yeni bir sintezi formalaşdı. Hz.Əli kultu, oniki imam kultu və Kərbala matəmi kultu bu heterodoks islam anlayışının təməl prinsiplərinə çevrildi. Beləliklə bu heterodoks islam, mütəşəyyi (Şiyələşmiş) bir şəkil aldı. Amma bu sintez əsla Sünni bir mahiyyət daşımadıgı kimi, Şiyəlik də heç deyildir. (8, s.365) Səfəvi-Qızılbaş ideyası və hərəkatı kimi meydana çıxan bu anlayışın Sünni və Oniki imam Şiyəliyindən çox fərqli xüsusiyyətləri vardır.

Səfəvi-Qızılbaş doktrininin özünəməxsus təməl xüsusiyyətləri.

1.Tanrı/Tenqri inancının özünəməxsus xüsusiyyəti.Tanrı anlayışı,qısaca “Tanrının insan bədənində şəkillənişi, deyəbiləcəyimiz hülul inancı çərçivəsində, qədim türklərdəki Göy Tanrı anlayışının Hz.Əli ilə eyni (birləşmiş)ləşdirilməsindən təşkil olunmuş bir Tanrı təsəvvürü. “Bu səbəblə Ələvilikdə Hz. Əli, tarixi Hz.Əlidən tamamilə fərqli olub Tanrısal bir mövqedədir və Ələvi teologiyasının onurga sütununu təşkil edir. “Hz . Hüseyn ətrafında təşəkkül edən Kərbala matəmi kultu ikinci önəmli nöqtəni təşkil etməkdədir. (8, s.365) Ruh köçünə (metempsyhose, tenasüh) qədər davam edən yenidən bədənləşmə (reinkarnation); Tanrının insan formasında görünməsi (təcəlli); Əli və on iki imamın insan üstü (Tanrı) varlıqlar olması; Kərbəla Şəhidlərinə yas tutma; Şiyəliyin “təvəlla və təbərra” (Əhli-beyti sevənləri sevmək, sevməyənləri sevməmək) prinsipinin qəbulu. Zalıma qarşı mübarizənin təməl prinsip kimi qəbulu; (Əməviləri təmsil edən Yezidin Əhli -beyt övladı Hüseynə qarşı zülmünün qisasının alınması-Y.M) və zalımdan(Yeziddən-Y.M) intiqamın (Hz.Hüseynin) alınmasının məqsəd kimi qoyulmasında Kərbəla faciəsinin arxetip kimi əsas götürülməsi (Bu prinsip Xorasanda Əməvilərə qarşı mübarizə aparan Əbu Müslüm hərəkatının əsas ideyası olmuşdur. Əbu Müslim hərəkatı heterodoks islamın ideya qaynaqlarından olmaqla hetorodoks islam inancını daşıyan bütün sufi hərəkatların sosial-siyasi məqsəd daşıyan üsyanlarının ilham verici qaynagı olmuşdur-Y.M) (9, s. 212) Bektaşilərdə və Qızılbaşlarda bu prinsiplər eyni olsada, sonralar Qızılbaşlar Mehdi kultunu və yerli mistik folklor inanclarınıda da Qızılbaşlıga qatmışlar. Bektaşi-Qızılbaşların inanclarında Neoplatonizm,Hermetizm, Buddizm, Maniheizm, Nesturilik və ya yerli Xristianlıq kimi, Türklərin qarşılaşdıqları və qəbul etdikləri müxtəlif dinlərdən və fəlsəfi görüşlərdən gələn ünsürlərə rast gəlinir. Məsələn , Bektaşilərin və Qızılbaş-Ələvi xalq Bektaşiliyinin təməl əxlaq prinsiplərindən biri olan “Üç qanun”-ları, “Əlin tək, Dilin pək, belin bərk tut” (Əlini pislikdən qoru, Dilini saxla -Lazımsız yerə danışma, Belini saglam saxla), Maniheizmin üç möhür prinsipinin (agzın, əlin və könlün möhürünü) təkrarıdır. Bu üç prinsip Türkcə Mani dini mətnlərində “üç damğa” adlandırılmışdır. Bu mətnlər “Şaustanif” adlı Maniçi kitabda toplanmışdır. “Dinləyənlər (qulaq verənlər-yəni Saliklərin təşkil etdikləri Seçkinlər təbəqəsinə daxil olmayanlar) üçün bir günah açıqlaması kitabı” hesab edilən “Şaustanif” də “Dinləyənlər üç prinsipə ( üç damga: agzın, könlün, əlin) uymadıqları üçün Tanrıdan bagışlanma diləyərlər” fikri əks olunmuşdur. (9, s. 213) Bununla birlikdə Bektaşi Qızılbaşların inanclarında ...müxtəlif xalqların və dini hərəkatların ideyaları da əks olunmuşdur. Şərqi Anadoluda yayılmış qədim pavlikyianların ideyalarının bəzi ünsürləri də Mani dini adı altında qəbul olunmuşdur.

Səfəvi təriqəti liderləri şeyx Cüneydlə birlikdə Anadoludakı bu heterodoks islama inanan kütlələri öz sıralarına çəkərək Şeyx Heydər, Şeyx Əli və son olaraq da Şeyx İsmayılla birlikdə böyük mübarizələr nəticəsində dövlət və hakimiyyət kimliyinə qovuşdular. Bu gün Anadoludakı və İrandakı Şiyə inancının təməlləri bu quruluş üzərində yüksəlməkdədir. Bu hadisə geniş islam cografiyası üzərində şah İsmailin qurdugu siyasi, dini və sosial bir miras kimi özünəməxsus formada yaşanmaqdadır. (8, s.365) Başlanğıcdan bəri rəsmi islama(otodoksal islam) inanan toplumlardan fərqli (camaat xaricində) olan və ezoterik, batini biliklər və dinlər qarışmasından yaranan bir dünyagörüşü ( hetorodoks islam) mənimsəmiş, Türk boy və kənd zümrələrinə Qızılbaş adı verilmişdir.

Qızılbaş adı, Şeyx Heydər (1460-1488) zamanında böyük bölümünü Azərbaycan və şərqi Anadolu türkmən boylarının təşkil etdiyi hərəkata verilmişdir. Şeyx Heydərin qısa həyatı dövründə Səfəvi təriqəti dini-siyasi bir gücə, tərəfdarları məqsədyönlü, sistemli Qazilərə( qəza yapan-döyüşən, fəth edən) döndü. Bu təriqət üzvləri “qırmızı sarıqlı,Tac-ı Heydəri adı veilən on iki dilimli qızıl papaq geyindikləri üçün Qızılbaşlar adlndırıldı”. Bu döyüşkən və sarsılmaz inanclı (fanatique) quruplar başçıları Heydərin və onun atası Cüneydin Tanrı oldugunu hesab edirdilər. Bu inanc tərəfdarları şeyx Heydərə Qibləyə yönələn kimi və ibadət edərcəsinə səcdə edirdilər.

Qızılbaşların inancları təməldə Bektaşiliklə eynidir.Hər iki zümrə də Hacı Bektaşa baglıdır. Bu daha öncə Qaraqoyunlularda rast gəlinən aşırı şiyə düşüncələrin qatıldıgı antropomorfik və panteist hürufilik və məslək təşkilatlarının(Əxi lonjaları) yumşaldılmış şiyəliyinin təsiri ilə zənginləşən Türkmən babaların inancıdır. XV-XVI əsrdən isə On iki İmam Şiyəliyi (İmamiyyə), Hz.Əli kultu, On iki İmam kultu və Kərbala kultu kimi Şiyə motivləri Səfəvilər vasitəsilə Xalq islamına yüklənmiş, Şiyəliklə-xalq islamının sintezi yaranmışdır.

İrina Melikova V. Minorskiyə (14,s.391-416) istinad edərək yazır ki, Qaraqoyunlular heterodoks inancları ilə tanınmaqda idilər. Dövlətin mərkəzi Van gölünün şimal-şərq sahilində yer alan və hə zaman rəsmi dinə qarşı formalaşan dünyagörüşləin mərkəzi olan Ərciş bölgəsi idi. Agqoyunlular tarixdə sünni olaraq tanınmışdılar. Bununla birlikdə sünnilikləri xan və ətrafı ilə məhdudlaşdırılmışdır. Agqoyunlular arasından dogulmuş Qızılbaşlıq ideologiyası dövlətin ucqarlarındakı ərazilərdə yayılmış şiyəliyin əsas təməllərini və hetorodoks islamın izlərini daşımaqda idi. Bu hetorodoks islamın izlərinə müasir dövrümüzdə İran Azərbaycanının bir bölgəsi olan Maku və Xoy arasında yerləşən Mohal-i Qaraqoyun deyilən yerdə rast gəlinməkdədir. Mohal-i Qaraqoyunda “Ehl-i Hak” inancı hakimdir ). (9, s. 211) Bektaşilik, başlangıcda Türk Şaman ənənəsinə əsaslanan bir nüvəyə malik olmaqla bərabər, sonralar Əxi lonjalarının təsirləri ilə, Kabbala və antropomorfik panteizmin İsmaililik ilə qarışmasından dogulmuş Hürufiliklə, Türkmən boylar arsında yayılmış Qızılbaşlığın Heterodoks şiyəlik ideyalarının sintezindən yaranmış bir dünyagörüş formasına çevrildi. Bektaşilik Şərqdə Acəmlər(Fars,Tacik) və Kürdlər, qərbdə (Anadolu və Balkanlarda-Y.M) xristianlardan və ilk dini təsəvvürləri əks etdirən yerli inanclardan gələn ünsürlərlə qarışaraq bir “ezoterik biliklər cəmi, elm, xəzinəsi”, bir irfan (gnose) formasını aldı.

Bektaşilər ilk Osmanlı Sultanlarının fəth etdikləri bölgələrdə mülkləştirici(colonisateur) dərvişlərə çevrildilər. Fəth edilən torpaqlarda zaviyələr quraraq, kəndlər salaraq, torpaqları əkib-becərməklə Türk-müsəlman tayfalarının buralarda məskunlaşmasına zəmin hazırladılar.

Bektaşi-Qızılbaş (Ələvi) təriqətlərində Yol övladı-Bel övladı ayrımı mübahisə mövzusuna çevrilmişdir. Qızılbaşlıqda övladlıq qan bağına əsaslandığı üçün Bel övladı adlanır və varisliyin qorunması əsas şərtdir. Qızılbaşlıqda qan övladlığı Əhli-beytə söykəndiyi üçün Seyyidlik institutu formalaşmışdır və təkkə başçısı Dədə adlanır. Qədim türk toplumunda mənəvi lider olan Dədəlik institutu ilə, Əhli beyt institutu anlayışları sinkretizmi Qızılbaşlıq inancının və sosial təşkilatlanmasının əsasında durur. Ərəbistanda doğulmuş, Xorasanda şəkillənmiş və sistemləşmiş Əhli-beyt inancı Qızılbaşlıq inancı içinə girdikdən sonra bir sıra əski iran-fars- şiyə inancı və mifləri də qızılbaşlıq içinə sızma imkanı qazanmışdır. Beləki Qızılbaş-Bektaşi təriqətlərinin mənəvi liderləri arasında Salman Farsi, Mənsur Həllac, Əbu Müslim kimi fars kökənli öndərlər liderlərin adını çəkmək olar.(sitat). Bektaşilər isə Bel övladlıgını qəbul etməzlər. Bektaşilər mənəvi övladlığa üstünlük verdikləri üçün Yol övladlığını əsas götürmüşlər ki, bu da Bektaşiliyin yerli Xristianlar və qeyri türklər tərəfindən də qəbul olunmasını asanlaşdırmışdır. Bu baxımdan Təriqətə Balkanlardan və Trakyadan çoxlu dərvişlər qatılmışdır.(Təsəvvüf ədəbiyyatında Türklərin mərkəzi Asiyadan gələrək Azərbaycan üzərindən Anadoluya keçişlərini simvolizə edən Xorasan Ərənləri deyimi var. Xorasan ərənləri türk sufi ərlərə deyiilmişdir. Balkan və Trakya sufiləri isə Rum ərənləri adlandırılmışdır). Belə dərvişlərdən biri, sultan ikinci Bəyazidin istəyi ilə Bektaşi təriqətini 1500-cü illərdən etibarən sistemə salan xristian kökənli Balım Sultan idi. (9, s. 203) Bektaşilikdə Yol övladlıgı- Hacı Bektaş Vəli-Kadıncık (Fatma ana)-Abdal Musa-Balım Sultan vasitəsilə davam etdirilmişdir. Bektaşı təkkələrində Hacı Bektaş və Balım Sultan qanından gələnlərə Çələbilər deyilmişdir.

Hacı Bektaş İslamı qəbul etmiş xristianlardan təşkil olunmuş yeniçəri ocaqlarının piri olaraq qəbul edildi. (Ədirnənin fəthindən sonra 1361-ci ildən sonra, I Muradın Taxta çıxışından sonra 1362-ci ildə Yeniçəri ordusu müharibədə əsir tutulan xristianlardan qurulmuşdu. Yeniçərilər ocagı Bektaşilər ocagına bağlı olmuş, bu 1826-cı ildə yeniçərilər ocagının baglanmasına qədər davam etmişdir. Yeniçərilər Ocagı bağlandıqdan sonra, Bektaşilik Ələviliyə qatılmış, ələviliklə bütünləşərək Heterodoks islamın təmsilçisi olmağa davam etmişdir. Yeniçərilər XV yüzillikdə II Murad zamanında Devşirmə sistemi ilə daha da gücləndilər. Devşirmə sistemi-Xristian uşaqların Türk kültürünü və islamı qəbul etmələri üçün Bektaşi ailələrdə təlimlər keçmələri və nəticədə Türkləşmələri ilə qurulmuşdur.) Bu Trakya-Balkan Bektaşiləri ilə Anadolu Bektaşiləri arasındakı bağların qorunmasına, nəticədə osmanlı mədəniyyətinin doğulmasına, Osmanlı imperatorlugunun bütünlüyünün qorunmasına zəmin hazırladı. Osmanlı fəthinin ilk illərində bir çox dərvişlər Osman və Orxan Qazilərlə birgə fəthlərdə iştirak etmişlər.Bursanın fəthində Abdal Musa da iştirak etmişdir. Abdal Musa Hacı Bektaşın gizli güclərini daşıyan Bacıyan-ı Rumdan olan Xatun Ananın (Qadıncık) müridi olmuşdur. Abdal Musadan sonra Balım Sultan Bektaşi təriqətinin babası olmuş, Bektaşiliyi sistemləşdirmişdir.

Ədəbiyyat

1. Abdülkahir el-Bagdadi. Mezhepler Arasındaki Farklar.Türkiye Diyanet Vakfı Yayınları\73.Önsöz ve Notlarla Çeviren Prof. Ethem Ruhi Fığlalı.Ankara.2005. 2. Anadoluda İslamiyet Türk İstilasından Sonra Anadolu Tarih-i Dinisine Bir Nazar ve bu Tarihin Menbaları, “Darül-Fünun Edebiyat Fakültəsi Mecmuası”,Sene 2,No:4,1338,s.297-310. Prof.Dr. İsmail Mehmetov.Türk Kafkasında siyasi və etnik Yapı. Eski Çaglardan Günümüze Azerbaycan Tarihi. Ötükən nəşriyyatı. İstanbul-2009.

3. Kutsal kitap. “Kitabı mukaddes Şirketi,yeni yaşam Yayınevi, 2 baskı,Şubat 2002,s.1332. Erdogan Çınar. Aleviliğin gizli tarihi.Kalkedon.2007.

4. Erdogan Çınar. Aleviliğin gizli tarihi.Kalkedon.2007.

5. Erdoğan Çınar. Aleviliğin Kayıp Bin Yılı.kalkedon.2008.

6. Taha Akyol. Osmanlıda və İranda Mezhep ve Devlet.İstanbul.1999

7. Yusif Rüstəmov. Mövlanə Cəlaləddin ruminin Sufilik Fəlsəfəsi.Nurlar. Bakı.2006

8. İsmail Mehmetov Prof.Dr..Türk Kafkasında siyasi və etnik Yapı. Eski Çaglardan Günümüze Azerbaycan Tarihi.Ötükən nəşriyyatı.İstanbul-2009.

9. İrene Melikoff. Efsaneden gerçeye Hacı Bektaş, Cumhuriyet kitabevi,Haziran 1999. 10. Sefer Aytekin.Malakat. s.60-67. İstanbul. 1998.

11. Melikoff.İ, “Bektaşilik/Kızılbaşlık: Tarihi Bölünme ve Sonuçları”, Alevi kimligi,tarih vakfı Yurt Yay. Istanbul 1999,s.8-9. Prof.Dr. İsmail Mehmetov.Türk Kafkasında siyasi və etnik Yapı. Eski Çaglardan Günümüze Azerbaycan Tarihi.Ötükən nəşriyyatı.İstanbul. 2009. 12. Ocak A.Y, Türklər,Türkiyə və islam, yaklaşım,Yöntəm və yorum denemeleri,iletişim Yay. İstanbul 1999.s.43-44,46. Prof.Dr. İsmail Mehmetov.Türk Kafkasında siyasi və etnik Yapı. Eski Çaglardan Günümüze Azerbaycan Tarihi. Ötükən nəşriyyatı.İstanbul-2009.

13. Ocak A. Y. Babailər İsyanı: Aleviliyin Tarihi Altyapısı yahut Anadoluda İslam-Türk Heterodoksisinin Teşekkülü, İstanbul 2000(3.bsk).s.63. . Prof.Dr. İsmail Mehmetov.Türk Kafkasında siyasi və etnik Yapı. Eski Çaglardan Günümüze Azerbaycan Tarihi.Ötükən nəşriyyatı.İstanbul-2009.

14. Minorsky V. “Notes sur la secte des Ahl-e Hakk”, Revue du monde Musulman,XI,1920,s.20-97. V.Minorsky. “Jihan-Shah Qaraqoyunlu and his poetry”, BSOAS,1954,XVI/2, s. 272-276) və A.Gordlevskiyə (V.A. Gordlevskij, “karakoyunlu” İzbrannye socenenija,III, Moscou 1962.

15. Aш-Шахристани. Книга о религиях й сеkтах. Mockba.1984.

635x100

Şərhlər

Mühəndis 2021-02-25 10:19:29

İranlı qonşularımızdan üzr diləyirəm! Şah öz varidatı və dövlət büdcəsi hesabına 2000ci ildə İranı region ən güclü müasir enerji ölkəsinə çevirəcəkdi? Enerji istehsalı və ixracı nəinki sənaye, eləcə kənd işini hədsiz asanlaşdırır! Qısqanc dövlətlər İranı texniki inkişafdan dini idarəyə devirtdilər və nəticəsi?

İsmayıl 2021-02-18 07:25:29

t.ədalət, əksinə əsl zamanıdır. Unutma ki saglam əqidə Allahın yardımını əldə etməyin ən başlıca yoludur. Həm insanlarda tarixini bilsinlər.Bu dəyərlərin təhlili dogru deyil deyirsən".Bu sənin ən böyük xətandır. Məqaləni diqqətlə oxu. Sən Allah təkdir deyib daha sonra Allahu Təalani yaratdığı qulu ile eyni qəbul edecəksənsə,Allah səndən nə din qəbul edər,nə də namaz.

İsmayıl 2021-02-17 22:50:38

Yasemen xanim,Allah sizin bu emeyinizi yerde qoymasın. Çox gozel ve islamda böyük önemi olan movzulara toxunmusunuz. Allah sizi de İslamla mukafatlandirsin.Amin. Bu meqalenizi gucum yetdiyi qeder yayacağam. Çox gözəl. Əhsən

t.ədalət 2021-02-17 22:49:54

Yasəmən xanım,gözəldir.Yazılarında da millilik var.Ancaq bu dəfəki yazının vaxtı deyil...Hamımızın bir Allahı,bir Peyğəmbəri,bir Qurani-Kərimi və bir Əhli-beyti var.Bu dəyərlərin təhlili doğru deyil ...

Seyid Ənhu 2021-02-17 22:38:55

AZƏRBAYCANIN BÖYÜK ALİMİ YASƏMƏN QARAQOYUNLUYA SALAM OLSUN!

boz 2021-02-17 18:08:46

Allah bizə Quranı göndərib,bizə başqası lazım deyil.

Son yazılar